Dünya şöhrətli alim son mənzilə yola salınıb

 

Dünən dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya aqrar elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Azərbaycanın ali dövlət mükafatlarına - “İstiqlalŞərəfordenlərinə, PrezidentinFəxri diplomu”na layiq görülmüş akademik Cəlal Əliyev ilə vida mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun AMEA-nın binasının matəmsayağı bəzədilmiş salonunda postament üzərindəki tabutu önünə Prezidentin adından əklil qoyulub. Akademik Cəlal Əliyevin həmkarları, dostları, tanışları, tanınmış elm mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlib, görkəmli alimə gözəl insana son borclarını veriblər. Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tanınmış bioloq alim Cəlal Əliyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda biologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, alim bu sahədə elmi məktəb yaradıb, bütün mənalı ömrünü biologiya elminin inkişafına həsr edib. Akademik Cəlal Əliyevin simasında Azərbaycan elmi böyük bioloq alimi itirib. AMEA-nın rəhbəri qeyd edib ki, görkəmli alimin elmi fəaliyyətinin 65 ilindən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub. Onun fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Bildirilib ki, görkəmli alimin əldə etdiyi bir sıra elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Akademik C.Əliyevin bu istiqamətdə apardığı tədqiqatlar ona dünyada böyük nüfuz qazandırmışdı. Onun rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğdanın genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Bunun əsasında gen mühəndisliyindən istifadə edilməklə kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb. AMEA-nın rəhbəri vurğulayıb ki, 600-dən çox məqalənin müəllifi olan Cəlal Əliyevin elmi işləri dünyanın nüfuzlu impakt faktorlu jurnallarında yer alıb. Onun rəhbərliyi ilə 80-dən çox elmlər namizədi, 10-dan çox elmlər doktoru hazırlanıb. Biologiya elmində böyük bir məktəb yaradan alimin molekulyar biologiya, fotosintez, fototənəffüs digər istiqamətləri əhatə edən araşdırmaları daim xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə xaricdə müxtəlif nüfuzlu elmi təşkilatlarda fəaliyyətlərini uğurla davam etdirirlər. Dünya şöhrətli alim, təvazökar səmimi insan C.Əliyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək. Vida mərasimində çıxış edən akademiklər Əhliman Əmiraslanov, Məhərrəm Babayev, Böyükkişi Ağayev, AMEA-nın müxbir üzvü Validə Əlizadə C.Əliyevin biologiya elminin inkişafındakı xidmətlərindən, zəngin elmi, ictimai-siyasi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açıblar, alimlə bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər görkəmli alimin Azərbaycan elminin dünyada tanınması istiqamətində gördüyü işləri diqqətə çatdırıblar. Bildirilib ki, ömrünün yarıdan çoxunu Azərbaycan biologiya elminin inkişafına həsr edən akademik Cəlal Əliyevin irsi gələcək nəsillərə layiqli mirasdır. Akademikin bu sahədə hazırladığı kadrlar beynəlxalq elmi qurumlarda biologiya elmini yüksək səviyyədə təmsil edirlər. C.Əliyevin həyat fəaliyyəti, eyni zamanda, Azərbaycan dövlətinə, elminə layiqli xidmət nümunəsidir. O, Milli Məclisin elm təhsil komitəsinin üzvü kimi, elm sahəsində mütərəqqi qanunların yaradılmasında mühüm xidmətlər göstərib. Mərhumun tələbələri adından çıxış edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov da görkəmli alimlə bağlı xatirələrini dilə gətirib. Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb. Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, spiker Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev digər dövlət rəsmiləri başsağlığı veriblər.

 

Cavidan

Palitra.-2016.-2 fevral.-S.4.