Suraxanıda gənclərlə görüş keçirilib

 

2 Fevral Gənclər Günü ilə əlaqədar Suraxanı rayonunda gənclərlə görüş keçirilib. Görüşdə 200-dən çox gənc iştirak edib.

Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri Gənclər Günü münasibəti ilə təbrik edərək qeyd edib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində ümummilli lideri Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün müstəqil Azərbaycanı gücləndirir. Gənclərimizin sorağı beynəlxalq konfranslarda, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir:

Prezident İlham Əliyev yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibəti ilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. Dövlətimizin başçısı öz çıxışında qeyd edib ki, gənclərimiz cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar”.

İlqar Abbasov xüsusi vurğulayıb, gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır və fəxr edirik ki, idmançılarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir.

Bakıda dünyaAvropa birinciliklərinin keçirilməsi, 2015-ci ildə Azərbaycanın 1-ci Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlardan qazanılan çoxsaylı mükafatlar isə gəncliyə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir.

Genişmiqyaslı quruculuq işləri aparılan şəhər və kəndlərimiz gündən-günə abadlaşır, çoxsaylı müasir istehsal sahələri yaradılır, təhsil, səhiyyə obyektləri, idman kompleksləri tikilir, daimi yeni yerləri yaradılır.

Gələcək nəsillərimiz də vətənpərvər və Vətənə bağlı olmalıdırlar ki, ölkəmiz daha da qüdrətli dövlətə çevrilsin.

Rayon rəhbəri çıxışını Heydər Əliyevin sözləri ilə yekunlaşdırıb: “Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz.”

Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd ediblər ki, ölkəmizdə gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Azərbaycan gəncləri müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə Rayon İcra Hakimiyyəti başçısının, Bakı şəhər Gənclər və İdman İdarəsinin, YAP Suraxanı rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələri təqdim olunub.

 

Tural TAĞIYEV

Palitra.-2016.-2 fevral.-S.13.