“İlin gənc alimi” müsabiqəsinin qalibləri
mükafatlandırılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda 2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti,
institutun direktoru, Milli Məclisin deputatı, akademik
İsa Həbibbəyli ölkəmizdə
həyata keçirilən gənclər siyasətindən,
dövlətimizin bu sahəyə diqqət
və qayğısından danışıb. Akademik
İ.Həbibbəyli bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq
Sərəncamı ilə 1997-ci ildən ölkəmizdə
fevralın 2-si Azərbaycan Gəncləri Günü
elan olunub. Hər il bu gün
ölkəmizdə Gənclər Günü
kimi qeyd edilir. Bununla yanaşı,
gənclərin inkişafı ilə bağlı imzalanan mühüm
dövlət sənədləri Azərbaycan gəncliyinin
inkişafı yolunda vacib
amilə çevrilib. Prezident
İlham Əliyevin gənclər siyasəti
sahəsində imzaladığı müvafiq
sənədləri xatırladan akademik bu istiqamətdə həyata keçirilən
tədbirlərdən söz
açıb. Qeyd edilib
ki, Azərbaycanda gənclər siyasəti
dövlət siyasətinin mühüm tərkib
hissəsidir. Bu gün
gənclərimiz ictimai həyatın bütün sahələrində fəal iştirak edir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində əhəmiyyətli rol oynayırlar. Akademiyanın yeni inkişaf mərhələsində
gənclərin üzərinə düşən vəzifələrdən
danışan İ.Həbibbəyli elmi-tədqiqat müəssisələrində
gənc alimlərin elmi axtarışlara
qoşulduqlarını, AMEA-nın ictimai-siyasi
həyatında gənclərin rolunun
yüksəldiyini xüsusi
vurğulayıb. Akademik AMEA-da və Ədəbiyyat İnstitutunda
yeni elmi nəslin
yetişməsi, gənclərin inkişafı istiqamətində
görülən işlərdən də söz
açıb. Bildirilib ki, institutda
hər il “İlin gənc
alimi” müsabiqəsinin keçirilməsi
gənclərin elmə olan həvəsinin
artırılmasında, onların yeni tədqiqat
işlərinə cəlb edilmələrində və sağlam rəqabət mühitinin
formalaşdırılmasında böyük
əhəmiyyət daşıyır. Sonra
institutun Gənc Alim və
Mütəxəssislər Şurasının sədri
Eşqanə Babayeva rəhbərlik etdiyi qurumun ötən ildəki
fəaliyyəti barədə məlumat verib.
Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər
Şurasının sədri Famin Salmanov, Fizika İnstitutunun Gənc alim
və Mütəxəssislər Şurasının sədri Suma Hüseynova
çıxış edərək ölkəmizdə həyata
keçirilən gənclər siyasətindən və bu istiqamətdə AMEA-da
və Ədəbiyyat İnstitutunda
aparılan islahatlardan
danışıblar. Daha sonra
akademik İ.Həbibbəyli institutun “İlin gənc alimi” nominasiyası üzrə qalib
olan dörd əməkdaşına
mükafatlar təqdim edib.
Nigar
Palitra.-2016.-3 fevral.-S.13.