“Rumıniyada ölkəmiz və türk dünyası ilə bağlı tədbirlər həyata keçiririk

 

Zamiq Əhmədov: “Orada ölkəmizlə bağlı tədbirlər və hadisələr özünəməxsus yer tutur”

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rumıniyada ali təhsilini davam etdirən aktiv gənclərimizdən olan Zamiq Əhmədovdur. Zamiq yalnız uğurlu təhsil üçün çalışmır, Rumıniyada ölkəmizin təmsil olunmasın da öz töhfəsini verir. Bu istedadlı, adı birincilər sırasında hallanan gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

 

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Əhmədov Zamiq 1992-ci il yanvarın 1-i Kürdəmir rayonunda anadan olmuşam. Ailəmiz 4 nəfərdən ibarətdir. Atam dənizçidir, anam isə evdar xanımdır. Qardaşım hazırda Qafqaz Universitetində 4-cü kurs üzrə təhsil alır. 1998-ci ildə Bakı şəhəri Nizami rayonu Ə.Mahmudov adına 220 nömrəli lisey-məktəbə 1-ci sinfə qəbul olmuşam. Məktəb illərində Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin debat layihələrində və çempionatlarında iştirak edirdim. Bakı birincisi və Azərbaycan çempionatının qalibi adına layiq görülmüşəm. Bundan başqa həmin yarışlarda ən yaxşı məşqçi adına da sahib olmuşam. 2009-cu ildə məktəbi bitirdikdən sonra, elə həmin il Bakı Biznes Universitetinə bakalavr dərəcəsi üzrə marketinq ixtisasına qəbul oldum. Universitet illərində çalışdığım qədər sosial aktiv fəaliyyətlərlə məşğul olmaq istəmişəm. Bu səbəbdən Universitet TGT-də fakültə rəhbəri olmuşam, bundan başqa ATGTİ, “İrəli”, Debat Cəmiyyəti kimi təşkilatların müxtəlif layihələrində iştirak etmişəm. 2013-cü ildə BBU-dan məzun olduqdan sonra magistratura imtahanında uğurlu nəticə göstərərək Azərbaycan Turizm İnsitutuna ( hazırkı Azərbaycan TurizmMenecment Universiteti) marketinq ixtisası üzrə dövlət sifarişi əsasında qəbul oldum. Bu müddət ərzində həm də Bakı Biznes Universitetində yeni yaradılmış Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışdım. Daha sonra Erasmus Mundus proqramına müraciət edərək Avropanın 2 universitetindən qəbul olmağım haqda xəbər aldım. Hazırda təhsilimi Rumıniyanın ən böyük və qədim dövlət universiteti olan Babeş-Bolyai Universitetində magistratura dərəcəsi üzrə beynəlxalq biznes inzibatçılığı ixtisasında davam etdirirəm.

-Yəqin xaricdə təhsil ən böyük arzunuz olub? Bu yolda sizə kimlər dəstək oldular?

-Xaricdə təhsil almaq bir çox tələbə kimi mənim də böyük arzum olub. Ailəm də hər zaman mənim bu fikrimə hörmət edib və məni dəstəkləyib. Magistraturaya qəbul olduqdan sonra xaricdə təhsil proqramları, xüsusilə təqaüdlərlə yaxından maraqlanmağa başladım. Bakı Biznes Universitetində SİAM rəhbəri vəzifəsində çalışarkən, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov mənə Erasmus Mundus proqramı barədə məlumat verdi və sənədlərimi hazırlayaraq müraciət etməyimi tövsiyə etdi. Bundan başqa oxuduğumsonradan işlədiyim universitetin rektoru professor İbad Abbasov da mənə dəstək olaraq fikrimi dəstəklədiyini bildirdi. Rumıniyaya gəldikdən sonra da mütəmadi olaraq əlaqə saxlayır və mənəvi dəstəyini hər zaman hiss etdirir. Fürsətdən istifadə edib İbad müəllimə və Eşqin müəllimə mənə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirmək istərdim. Sənədlərimi hazırladıqdan sonra bir neçə universitetə müraciət etdim. Bu proqrama müraciət edərkən 2 universitetdən dəvət alacağımı gözləmirdim. Lakin Rumıniyanın Babeş-Bolyai Universiteti və Fransanın Paris-Est universitetlərindən dəvət aldım və qrant əldə etdim. Sonda seçimimi Babeş-Bolyai Universitetindən yana etdim. Çünki irəli sürdükləri təhsil şərtləri digər universitetdən daha sərfəli idi və digər universitetdən fərqli olaraq mənə “full master degree” təklif etdilər. Rumıniyanı seçməyimdə ölkə ilə müsbət əlaqələrimiz, yaşayış xərclərinin daha aşağı olması, təhsil sistemlərinin və universitetlərinin dünya reytinqində ilbəil irəliləməsi, Avropa Birliyinə üzv ölkə olması və s. amillər rol oynadı.

- Bəs oxuduğunuz ali təhsil ocağı haqqında nələri deyərdiniz? Ümumiyyətlə, bu ölkənin təhsil sistemi necədir? Tədrisin səviyyəsi sizi qane edirmi?

-Təhsil aldığım universitet 1919-cu ildə fəaliyyətə başlayıb nəinki Rumıniyada, eləcə Şərqi Avropada olan qədim böyük dövlət universitetlərindən biridir. Babeş-Bolyai Universitetini rumın macar xalqlarının ortaq universiteti adlandıra bilərik. Universitet adını o vaxt Transilvaniyada yaşamış rumın Viktor Bebeş macar Yanos Bolyainin adlarından götürüb. Universitetin 45 minə yaxın tələbəsi var, bununla da hazırda Rumıniyanın ən böyük dövlət universitedir. Təhsilimi davam etdirdiyim biznes fakültəsinin əsas adıTransilvania Business School”-dur. Bu isə öz növbəsində Rumıniyada ilk yeganə “Business School”-dur. Buradakı təhsil bakalavr dərəcəsi üzrə əsasən nəzəri aspektləri özündə cəmləşdirsə , magistratura dərəcəsi üzrə isə əsasən praktik aspektdən təhsilə yanaşırlar. Universitetdə Rumıniyanın ən yaxşı biznes Menecment ixtisası üzrə professor heyəti cəmləşib. Eləcə onlar Rumıniyada fəaliyyət göstərən ən iri beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışırlar. Misal olaraq Banca Transilvania, KPMG, PwC, Emerson, Evalueserve, Rompetrol bir sıra şirkətlərin nümayəndələri semestr ərzində bizə hər bir fənnin həm nəzəri, həm praktik tərəflərini öyrədirlər. Həmçinin zaman-zaman qeyd etdiyim şirkətlərə tanışlıq xarakterli ziyarətlər həyata keçiririk.

Bundan başqa, qeyd etmək istərdim ki, universitetin beynəlxalq əlaqələri çox yüksək səviyyədədir. Hər semestr Almaniyadan, Niderlanddan, Belçikadan, Fransadan, Avstriyadan professorlar dəvət edərək onların bizə 7-10 günlük seminarlarını yaxud xüsusi dərslərini təşkil edirlər. Universitetdə demək olar ki, dünyanın hər bir tərəfindən 6000-dən artıq xarici tələbə təhsil alır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, universitetdən fakültədən gözlədiyim hər bir nüans həyata keçirilib.

-Rumınlar haqqında da söz açardınız. Bu ölkədə nələri bəyənirsiniz?

-Burada yaşadığım 2 il müddətində Rumıniyanın demək olar ki, 25-30 şəhərində olmuşam. Gördüklərim deməyə əsas verir ki, ölkələrimiz insanlarımız, düşüncələrimiz arasında fərqlər mövcuddur. Bildiyiniz kimi, Rumıniyada insanlar arasında ortodoks xristian dini üstünlük təşkil edir. Hətta Rumıniya Avropa Birliyi ölkələri arasında ən dindar ölkə kimi qəbul olunur. Mən yaşadığım Cluj-Napoca şəhəri əsasən gənclərin daha çox üstünlük təşkil etdiyi bir yerdir. Bura da digər tipik Avropa şəhərləri kimidir. İnsanlar öz zəngin tarixləri mentalitetləri ilə fəxr edir, mümkün qədər onları təbliğ etməyə səy göstərirlər. Ümumiyyətlə, Şərqi Avropa ölkələri istər tarixə bağlılıq, istərsə , mental dəyərlərə hörmət baxımından bizim yerləşdiyimiz region ölkələrinə daha çox bənzəyirlər. Mənim düşüncəmə əsasən, buna səbəb onların uzun müddət Osmanlı imperiyasının tərkibində olması ilə bağlıdır. Hətta rumın leksikologiyasında bir sıra türk sözlərindən istifadə olunur.

Rumın iqtisadiyyatı inkişaf etməkdə olan iqtisadiyyatlardan hesab olunur. Xüsusilə, Avropa Birliyinin maliyyə dəstəyi ilə bir çox iri regional layihələr həyata keçirilir. Bunlar da insanların həyat səviyyəsinin yüksəlməsində əsas faktorlardan biridir.

-Rumıniyada hansı yaddaqalan hadisələrlə rastlaşmısınız?

-Ümumiyyətlə, mən çalışmışam ki, burada yaşadığım hər bir günün mənim üçün yaddaqalan xatirəsi olsun. Təhsil aldığım 2 il müddətində həm maraqlı, həm yaddaqalan hadisələr çox olub. Amma mənim üçün burada ölkəmiz ilə bağlı hadisələr daha özünəməxsus yer tutur. Misal olaraq, ClujdaAzərbaycan Günləri”nin keçirilməsi. Bu zaman burada təhsil alan tələbələrimiz ilə bir yerdə ölkəmizin milli dəyərlərinin, mədəniyyətinin, mətbəxinin, tarixinin, teatrının, musiqisinin yerli əhaliyə tanıdılması oldu. Onlar qeyd etdiyim bütün nümayişləri böyük maraqla izlədilər. Bu da onun sübutudur ki, bizim xalqımız ölkəmiz zəngin tarixə, mədəniyyətə malikdir.

Daha yaddaqalan qürurverici hadisələrdən biri , Avropanın Gənclər Paytaxtı rəmzi açarının Cluj-Napoca şəhərindən Gəncə şəhərinə təhvil verilməsi mərasimi oldu. Həmin tədbirdə Cluj şəhərinin meri Emil Boc rəmzi açarı Gəncə İcra hakimiyyətindən gələn nümayəndə heyətinə təqdim etdi.

Digər yaddaqalan hadisələrdən biri Buxarestdə olduğumuz müddətdə “SOCAR Romania”-nın prezidenti Həmzə Kərimov ilə görüşümüz olub. Çünki ölkəmizin Rumıniyada tanıdılmasında bir adamı, savadlı bir kadr kimi ən əsası azərbaycanlı kimi onun əvəzsiz rolu var. Maraqlı hadisələrsə saymaqla bitməz. Ən maraqlı hadisələr həm Rumıniyada, həm Avropanın digər ölkələrinə səyahət edərkən yolda qarşılaşdığımız hadisələr, görüşlər, tanışlıqlar zamanı olur.

-Təhsildən başqa ictimai işlərə vaxt ayıra bilirsinizmi?

-Qeyd etdiyim kimi, orta məktəb illərindən, daha sonra universitet illərindən etibarən daim çalışmışam, ictimai işlərdə aktiv fəaliyyət göstərim. Rumıniyaya gəldikdən sonra da, əsasən ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində fəaliyyətlərlə məşğul olmağa səy göstərmişəm. Babeş-Bolyai Universitetinin tərkibində Türkologiya və Mərkəzi Asiya Mərkəzi yaradılıb. Bu mərkəzlə birlikdə ölkəmiz və türk dünyası ilə bağlı tədbirlər həyata keçiririk. Burada milli bayramlarımızı və ölkəmiz üçün önəmli günləri qeyd edir, mədəniyyətimizin, teatrımızın, musiqimizin, milli geyimlərimizin, Azərbaycan dilinin tanıdılması istiqamətində işlər həyata keçiririk.

(Ardı var)

Tural TAĞIYEV

Palitra.-2016.-4 fevral.-S.7.