Məktəblilər üçün
qış ekoloji məktəbi təşkil
edilib
AMEA Mərkəzi
Elmi Kitabxanası ekoloji
təhsil və beynəlxalq təcrübəyə dair müasir elmi araşdırmalar toplanan
zəngin məlumat bazasına malik ən müasir proqramlarının həyata
keçirilməsi üçün
uyğunlaşdırılıb
Təhsil
Nazirliyinin nəzdindəki Respublika
Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzinin (RETTM), Gənc Turistlər və
Diyarşünaslıq Mərkəzinin təşəbbüsü
ilə Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Mərkəzi Elmi
Kitabxanasının (MEK), Bakı Dövlət Universitetinin
(BDU), WWF, GIZ, ENPİ FLEG və “EkoSfera” SEC ekspertləri
tərəfindən, respublikada fəaliyyət
göstərən ekoloji tərbiyə və
təcrübəçilik, gənc turistlər və
diyarşünaslıq mərkəzləri
direktorlarının iştirakı ilə “Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
ekoloji tərbiyə və təcrübəçilik,
turizm və diyarşünaslıq mərkəzlərinin
inkişaf perspektivləri” mövzusunda
seminar keçirilib.
Layihə çərçivəsində bu
məsələlərə toxunacağıq.
Ekoloji təhsil sahəsində görülmüş işlər barədə
ətraflı məlumat verilib
RETTM-dən bildiriblər ki, fevralın 1-dən 3-dək keçirilən seminar beynəlxalq və yerli təcrübə əsasında fasiləsiz ekoloji təhsil sisteminin təşkili, bu sahədə strateji fəaliyyət istiqamətləri, birgə əməkdaşlıq, təcrübə mübadiləsi, ekoloji təhsil və turizm sahəsində yeni təlim üsulları və metodların tətbiqi, müxtəlif layihələrin müzakirəsinə həsr edilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Turizm və Diyarşünaslıq mərkəzlərinin direktoru Firuzə Sultanzadə ekoloji təhsil sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. Seminarda gələcək inkişaf strategiyası, ekoloji və turizm mərkəzlərinin respublika şəbəkəsinin yaradılması perspektivləri müzakirəsi olunub. Qeyd olunub ki, tədbirin Mərkəzi Elmi Kitabxanada keçirilməsi təsadüfi deyildir. MEK ekoloji təhsil və beynəlxalq təcrübəyə dair müasir elmi araşdırmalar toplanan zəngin məlumat bazasına malik ən müasir təlim və tədris proqramlarının həyata keçirilməsi üçün uyğunlaşdırılıb. Eyni zamanda, kitabxana tərəfindən həyata keçirilən Milli Rəqəmsal Yaddaş layihəsi Azərbaycanda ekoloji hərəkat, ölkə ekologiyası və diyarşünaslıq sahəsində reallaşdırılmış fəaliyyətlərin, əldə olunmuş nailiyyətlərin gələcək nəsillərə olduğu kimi ötürülməsini təmin etmək məqsədi daşıyır.
AMEA Mərkəzi
Elmi Kitabxanası və RETTM arasında anlaşma memorandumu imzalanacaq
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə AMEA Mərkəzi Elmi Kitabxanası və RETTM arasında anlaşma memorandumu barədə razılıq əldə olunub. İlk birgə tədbir kimi məktəblilər üçün qış ekoloji məktəbi təşkil edilib. Eyni zamanda, əməkdaşlıq çərçivəsində respublika üzrə ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişaf perspektivləri mövzusunda seminar keçirilib. Tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, şöbənin sektor müdiri Ayla Həsənova, BDU-nun dosenti Sevinc Hümbətova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Biomüxtəlifliyin İdarə Olunması Proqramının rəhbəri Oliver Kögler, ekspertlər Aleksandra Jozef, Elməddin Namazov, Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov, bu qurumun əməkdaşı Sevinc Saruxanova, ENPİ FLEG Proqramının ölkə üzrə əlaqələndiricisi Azər Qarayev təqdimatlarla çıxış edərək ekoloji təhsil və turizm sahəsində strateji istiqamətləri müzakirə ediblər. Seminarda ekosistem xidmətləri, biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin mühafizəsi və bərpası, ali və orta təhsil müəssisələrində ekologiyanın əlaqəli tədrisi barədə ətraflı məlumat verilib. Pedaqoji kadrlarla ekoloji mövzuların tədrisi, kütləvi tədbirlərin keçirilməsi, ətraf mühitin mühafizəsi, uşaq turizmi sahəsində dövlət qurumları və ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi və digər məsələlər barədə geniş müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılara ekoloji vəsaitlər təqdim olunub.
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasəti ətraf mühitin mühafizəsi və təhsil haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir
Qeyd edək ki,
ölkəmizdə əhalinin ekoloji təhsili
və maarifləndirilməsi haqqında qanun
qəbul edilib. Bu qanun əhalinin ekoloji təhsili
və maarifləndirilməsi ilə bağlı dövlət
siyasətinin hüquqi, iqtisadi
və təşkilati əsaslarını müəyyən edir, bu sahədə
münasibətləri tənzimləyir. Ekoloji
təhsil ətraf mühitin mühafizəsi
və təbii ehtiyatlardan istifadə
üzrə normaların, xüsusi biliklərin,
təcrübənin tədrisi və öyrənilməsi prosesidir. Ekoloji biliklər
ətraf mühitə, ekologiyaya, insan və təbiət arasında
qarşılıqlı əlaqələrə dair məlumatlar, ekoloji
maarifləndirmə isə ekoloji mədəniyyətin
formalaşmasına yönəldilmiş ekoloji
bilik və təcrübənin
yayılmasıdır. Bu qanunun təsir dairəsinə ekoloji təhsil prinsiplərini özündə
əks etdirən və dövlət təhsil standartlarına uyğun fasiləsiz ekoloji
təhsil və maarifləndirmə sistemi,
həmçinin təhsil müəssisələrində ekoloji təhsilə aid informasiya məkanı daxildir.
Qanun ekoloji təhsil və maarifləndirmə sahəsində
idarəetməni həyata keçirən dövlət hakimiyyəti
və yerli özünüidarəetmə
orqanlarına, təhsil müəssisələrinə, əhalinin
maarifləndirilməsi ilə məşğul olan,
həmçinin digər aidiyyəti hüquqi
və fiziki şəxslərə şamil edilir. Əhalinin
ekoloji təhsili
və maarifləndirilməsi sahəsində dövlət siyasəti
ətraf mühitin mühafizəsi və
təhsil haqqında qanunvericiliyin tələblərinə,
müvafiq dövlət proqramlarına,
habelə bunlara dair
ölkədə və beynəlxalq təcrübədə mövcud olan prinsiplərə
uyğun həyata keçirilir.
Əhalinin ekoloji təhsili
və maarifləndirilməsi sahəsində dövlət siyasətinin
əsas prinsiplərinə ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər
şəraitin yaradılması, orta təhsil
sistemində ekoloji biliklərin tədrisinin
icbariliyi, ekoloji təhsil
və maarifləndirmə prosesinin fasiləsizliyi,
ekoloji təhsil və maarifləndirmə
sahəsində aşkarlığın təmin olunması və
ekoloji təhsil və maarifləndirmə
sahəsində dövlət siyasətinin həyata
keçirilməsində əhalinin və qeyri-hökumət təşkilatlarının
iştirakına şərait yaradılması daxildir.
Ekoloji təhsil
və maarifləndirmə sahəsində dövlət hakimiyyəti
orqanlarının hüquqları və vəzifələri
sırasında ekoloji təhsil və
maarifləndirmə sahəsində dövlət siyasətinin əsas
istiqamətlərinin müəyyən edilməsi və
onların həyata keçirilməsi, ekoloji
təhsil və maarifləndirmə sisteminin
təşkil edilməsi, informasiya və elmi-metodik təminatı, təhsil və ekoloji təhsil proqramlarının uyğunluğunu təmin etmək üçün
dövlət ekspertizasının aparılması, ekoloji təhsil və maarifləndirmə sahəsində
dövlət və yerli
özünüidarəetmə orqanlarının,
qeyri-hökumət təşkilatlarının, müvafiq hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsi
və istiqamətləndirilməsi, bu sahədə dövlət ekoloji
proqramların hazırlanması, təsdiqi və həyata
keçirilməsi, mütəxəssis-ekoloqların, elmi, pedaqoji və digər
kadrların hazırlanması və ixtisaslarının
artırılması və s. kimi məsələlər daxildir.
Ekoloji təhsil
və maarifləndirmə sahəsində yerli
özünüidarəetmə orqanları ərazi
hüdudları daxilində ekoloji təhsilin
idarə edilməsi üzrə strukturların
yaradılmasında iştirak etmək,
qanunvericiliyə uyğun olaraq
ekoloji təhsil və maarifləndirməni
təşkil etmək, bu sahədə tədris
fəaliyyətini həyata keçirən
hüquqi şəxslər yaratmaq, dövlət və bələdiyyə
təhsil müəssisələrindən, məlumat-tədris
bazasından istifadə etmək, əhalinin ekoloji
təhsili və maarifləndirilməsi üzrə dövlət
və regional proqramların işlənməsi
və təkmilləşdirilməsi baxımından təkliflər
irəli sürmək, qanunvericilikdə nəzərdə tutulan qaydada bu proqramların həyata keçirilməsində
iştirak etmək, ekoloji
təhsilin inkişafına kömək etmək kimi hüquqları var. Ekoloji təhsil üzrə dövlət təhsil
standartları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən əlaqədar
dövlət orqanlarının iştirakı ilə
hazırlanır və təsdiq edilir. Ekoloji təhsil
sahəsində təhsil müəssisələrinin tipləri,
təhsilalma formaları və mərhələləri üçün nəzərdə tutulan icbari ekoloji təhsil proqramlarının məzmunu müvafiq dövlət təhsil
standartlarına uyğun müəyyənləşdirilir.
Ekoloji təhsil
üzrə dövlətin təhsil standartları ekoloji təhsilin keyfiyyətinin yüksədilməsi,
bu sahədə mütəxəssislərin
bilik səviyyəsinin müəyyənləşdirilməsi
məqsədilə aparılan attestasiya sənədlərində
əsas götürülür.
Anar Miriyev
Palitra.-2016.-5 fevral.-S.11.