Rumıniyada təhsil rumın, macar, ingilis, alman, fransız, ispan italyan dillərindədir

 

Zamiq Əhmədov: “Bu ölkədə təhsil almaq istəyən gənclərimiz təhsildən öncə, bu dillərdən ən azı, bir-ikisini səlis öyrənməlidirlər

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rumıniyada ali təhsilini davam etdirən aktiv gənclərimizdən olan Zamiq Əhmədovdur. Zamiq yalnız uğurlu təhsil üçün çalışmır, Rumıniyada ölkəmizin təmsil olunmasın da öz töhfəsini verir. Bu istedadlı, adı birincilər sırasında hallanan gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

 

 

(Əvvəli ötən sayımızda)

 

-Rumıniyada təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?

-Rumıniya Cluj-Napoca şəhəri təhsil almaq üçün çox gözəl yerdir. Hətta Rumıniyanın hazırkı prezidenti Klaus Yohannis magistratura təhsilini Babeş-Bolyai Universitetində alıb. Dünyanın 2-ci ən böyük özəl universiteti olan Spiru Haret Universiteti Rumıniyada yerləşir ki, tələbələrinin sayı 315000 nəfərdən artıqdır. Rumıniya regionda əsas beynəlxalq təhsil imkanı verən ölkələrdən biridir ki, yüksək təhsil təklif edir. Ölkədə təhsil 7 əsas dildə aparılır - rumın, macar, ingilis, alman, fransız, ispan italyan. Gənclərimizə məsləhətim bu ölkədə təhsil almağı qərarlaşdırmazdan öncə, bu dillərdən ən azı 1-2-i səlis öyrənsinlər. Təhsil alacaqları sahəni öncədən müəyyən etsinlər, daha sonra universitet seçimini etsinlər. Çünki hər bir sahə bir universitetdə eyni dərəcədə reytinqli ola bilməz. Məsələn, tibb sahəsi, yaxud texniki sahələr bir çox universitetlərdə var, lakin yaxşı olardı ki, bu ixtisasları xüsusi ixtisaslaşmış universitetlərdən öyrənsinlər. Ümumi götürdükdə, yeni gəldikləri zaman bir qədər “cultural shock” keçirə bilərlər. Lakin çox keçməmiş, onlar buraya alışacaq təhsillərini uğurla davam etdirə biləcəklər.

-Azərbaycan gəncliyi ilə Rumıniya gəncləri arasında müqayisələr aparardınız.

-Mənə görə gənclik gənclər ölkədən, dindən, dildən, mədəniyyətdən asılı olmayaraq hər bir yerdə eynidir. Lakin təbii ki, ölkələr arasında olduğu kimi gənclər arasında da müəyyən mentalitet fikir fərqləri mövcuddur. Rumıniyada, xüsusilə, Cluj-Napocada gənclərin demək olar ki, hamısı ingilis dilində bir neçə digər Avropa dillərində səlis danışa bilirlər. Bu da onların dünyaya açılmasına mühüm təkan verir. Hər iki ölkə gənclərinin əyləncə meyarları da fərqlidir. Bizim gənclər həftəsonları dostlar şəkilində bir araya gələrək dərdləşmək, məsləhətləşmək ya bir-birinə qonaq getməklə vaxt keçirirlərsə, rumın gənci həftə sonunu gecə klublarının birində yaxudpub”larda dostlarla əylənməklə keçirir. Rumıniyada gənclər mənə görə daha rahat azaddırlar. Yəni hələ orta məktəb illərindən etibarən gənclər ailədən asılılığı sıfıra endirirlər müstəqil qərarlar qəbul etməyi öyrənirlər. Daha sonra rumın gəncləri boş günlərində səyahət etməyi çox sevirlər, həm ölkədaxili, həm kiçik Avropa səfərləri həyata keçirirlər. Rumın gəncləri intellektual dünyagörüşü cəhətdən xüsusi seçilirlər. Ümumi götürdükdə, əvvəldə qeyd etdiyim kimi, gənclər arasında fərqləri elə qabartmağa dəyməz, çünki əsas fərqlər mentalitet fikir fərqlərindən ibarətdir.

-Azərbaycan təhsili ilə bu ölkənin təhsili arasında hansı fərqləri görürsünüz?

-Ümumi təhsildən başlasaq, Rumıniya orta məktəbləri artıq bir neçə ildir ki, 12 illik ümumi təhsil sistemi ilə fəaliyyət göstərirlər, ölkəmizdə isə bu, yenilik hesab olunur. Daha sonra bakalavr ixtisası üzrə təhsil Rumıniyada bir çox hallarda ixtisaslarda 3 il müddətinə həyata keçirilir, ölkəmizdə isə bu, minimum 4, bəzən 5 il müddətinə həyata keçirilir. Ən əsas məsələlərdən biri budur ki, burada müəllim öz istədiyi sistem ilə istədiyi şəkildə tələbələri magistrları qiymətləndirir. Yəni fənni tədris edən müəllim semestr ərzində yaxud yekunda tələbədən istər imtahan şəklində, istər test üsulu ilə, istər esse verməklə, yaxud müxtəlif layihə təqdimatlar verməklə qiymətləndirə bilər. Ola bilsin, tələbə semestr ərzində çox aktiv fəaliyyət göstərir müəllim onu yekun imtahandan azad edərək qiymətləndirir. Yəni universitet müəllimə heç cür müdaxilə edə bilməz, müəllim istədiyi tərzdə tələbəni qiymətləndirir. Bizdə isə hər bir universitet konkret tələb qoyur ki, tələbəni bu üsul ilə qiymətləndirmək lazımdır. Buradakı universitetlərdə dərsə davamiyyətə limit qoyulmur. Hətta semestr boyu dərsə gəlməyən tələbə sonda imtahanda iştirak edib, uğurlu nəticə göstərərsə, o fənni mənimsəmiş hesab olunur, lakin digər tələbələr kimi maksimum qiymətlərlə qiymətləndirilə bilməz. Burada fikirləşirlər ki, tələbə azaddır, öz qərarını özü verməlidir tələbə dərsə gəlmirsə, özünə ziyandır. Çünki fənni yaxşı qavraya bilməyəcək. Bununla belə demək olar ki, tələbə heyətinin 80-90 faizi daimi olaraq dərslərdə iştirak edirlər. Ən alqışlanası məqamlardan biri odur ki, fakültə rəhbərliyi tələbələrdən müəllimlər barədə “feedback”-lər alaraq onların fəaliyyətini daim diqqətdə saxlayırlar hər ay ərzində hər bir qrup üçün belə demək mümkündürsə, sorğu ilə ən yaxşı ən pis tədris edən müəllimlər müəyyənləşdirilir onlara çatışmazlıqları barədə məlumatlar verilir.

-Prezident ölkədə qeyri-beft sektorunun inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atır. Gənc mütəxəssis kimi bu istiqamətdə ölkə başçısının tövsiyə tapşırıqlarını necə dəyərləndirərdiniz?

- Doğru vurğuladınız. Artıq qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsinə görə çox ciddi addımların atılması üçün əməli işlər görülməyə başlayır. Öncə onu deyim ki, bildiyiniz kimi, oxuduğum ixtisas beynəlxalq biznes inzibatçılığı adlanır. Mahiyyəti isə ümumi götürdükdə beynəlxalq səviyyəli bizneslərin, şirkətlərin idarə edilməsi, biznes strategiyaların seçilməsi, onların şirkətlərə, müəssisələrə tətbiqini ehtiva edir. Bu proqram magistrlərə perseptualanalitik qabiliyyətləri aşılamaqla yanaşı, lazımi biznes qərarları qəbul etmək və biznes siyasətini qiymətləndirmək kimi xüsusiyyətləri özündə əks etdirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatbiznes sahələri üzrə nəzərəçarpacaq irəliləyişlər əldə edib. Bunun sayəsində bir çox beynəlxalq və transmilli şirkətlər ölkəmizə investisiya qoyuluşu həyata keçirib və fəaliyyət göstərirlər. Bu sahədə hazırkı durumu qənaətbəxş hesab etmək olar, lakin bir sıra islahatlar və qərarlar qəbul etməklə onların sayını daha da artırmaq mümkündür. Nəzərə alsaq ki, hazırda dünyada baş verən maliyyə böhranı ölkəmizdən də yan keçmirneft qiymətləri aşağı səviyyədədir, Prezidentinqeyd etdiyi kimi qeyri-neft sektoru inkişaf etdirilməli və ora xariciyerli investisiyalar cəlb edilməlidir. Bu həm də ölkəmizdə yeni yerlərinin açılmasına, ölkəyə investisiya sayəsində yeni maliyyə daxilolmalarına və qeyri-neft sektorunun büdcədə çəkisinin daha da artmasına gətirib çıxaracaq. Ümumi götürdükdə, ölkədə bu sahə inkişafdadır və statistikalara əsasən biznes mühitiinkişafa doğru irəliləməkdədir.

- Özünüz necə, gələcəkdə Azərbaycandakı biznesdə iştirakçı olmağı planlaşdırırsınızmı?

 

-Yaxın gələcəkdəki planlarım Buxarestdə yerləşən “SOCAR Romania”-da təcrübəmi uğurla başa vurmaq daha sonra dissertasiya mövzumu da müdafiə edərək təhsil aldığım universitetdən məzun olaraq ölkəmizə dönüb öz təcrübəmi və öyrəndiklərimi orada tətbiq etməkdir. Bundan başqa təhsilimi və tədqiqatlarımı da davam etdirmək istəyirəm. Belə ki, döndükdən sonra çox güman ki, sənədlərimi doktorantura dərəcəsi üzrə təhsil almaq üçün hazırlayıb, öz sahəm üzrə təhsilimi və tədqiqatlarımı davam etdirəcəyəm. Bundan başqa əlbəttə ki, istərdim ki, öz biznesimi yaradım və onu inkişaf etdirim. Hər halda hər bir şeyi gələcək göstərəcək.

 

Tural TAĞIYEV

Palitra.-2016.-5 fevral.-S.7.