Biləsuvarda yeni yerləri yaratmaq üçün sahibkarlara yardım göstəriləcək

 

Sahibkarların problemlərini, təkliflərini dinləmək və kömək etmək üçün qərargah yaradılıb və “Qaynar xətt” fəaliyyətə başlayıb

Biləsuvar Rayon İcra Hakimiyyətində rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı yaradılmış xüsusi qərargahın iclası keçirilib.

İclasda Rayon İcra Hakimiyyətinin başçısı, qərargahın sədri Mahir Quliyev, qərargah üzvləri, aidiyyəti müəssisə rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və rayon sahibkarları iştirak edib. İclasda çıxış edən İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, bu gün dünyanı bürüyən iqtisadi böhran şəraitində də respublikamızın əldə etdiyi uğurlar göz önündədi: “Cənab Prezident dünyadaregionda gedən böhranlı proseslərə baxmayaraq maksimum səviyyədə çalışır ki, ölkəmiz indiki vəziyyətdə öz inkişafını qorusun, vətəndaşlarımız zərər görməsinlər. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılıb, bu mənbə kiçikorta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir. Natiq bildirib ki, ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə sahibkarlaratorpaq mülkiyyətçilərinə hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonda da görüləcək işlər müəyyənləşdirilib, sahibkarlar və mülkiyyətçilərlə mütəmadi olaraq müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir. Bu iclasın da əsas məqsədi rayonda sahibkarlığın daha da inkişaf etdirilməsi və nəticədə əhalimizin məşğulluq səviyyəsinin artırılması, yeni yerlərinin açılmasına sahibkarlarımızın dəstək olmasıdır,M.Quliyev qeyd edib ki, bu məqsədlə sahibkarlarımızın görəcəyi işlər dəqiqləşdirilməlidir, onların hər biri öz işlərini daha da genişləndirmək üçün planlar hazırlamalıdırlar. Bu sahəyə həm dövlətin maliyyə dəstəyi olacaq, həm də hər bir sahibkar yeni sərmayələr axtarışında olmalıdır.

Görüşdə bildirilib ki, bu sahədə hər hansı bir problemya təkliflərin dinlənilməsi və araşdırılaraq köməklik göstərilməsi məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətində müvafiq qərargah yaradılıb və (295-02-11) nömrəli “Qaynar xətt” fəaliyyətə başlayıb. Daxil olan hər bir müraciət və təklif dəqiqliklə araşdırılaraq dərhal icrası istiqamətində işlər aparılacaq. Qərargah rayonun inkişafı məqsədilə görüləcək işləri müəyyənləşdirərək, yaradılacaq yerləri barədə araşdırmalar aparıb.

Görüşdə çıxış edən rayon sahibkarları - “Biləsuvar AqroMMC-nin icraçı direktoru Ufuq Çetin, “Biləsuvar SüdMMC-nin icrası direktoru Yusif Bağırov, MKT Biləsuvar pambıq məntəqəsinin rəhbəri Qulamhüseyn Əliyev, “Uğurmarketin rəhbəri Yaşar Əsədov, “Muğan-Storenin rəhbəri Xudaverdi Kazımov, Azərbaycan sahibkarlar özəl və elm müəssisələri işçilərinin Biləsuvar rayon həmkarlar ittifaqı komitəsinin sədri Zahid Əliyev, dövlət vergi müfəttişi Ramazan Məmmədov və digərləri sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı Prezidentə minnətdarlıqlarını bildiriblər.

Sahibkarlar bundan sonra da öz imkanlarını səfərbər edərək bizneslərinin daha da böyüdülməsi və nəticədə yeni yerlərinin yaradılması istiqamətində görə biləcəkləri işləri müzakirə ediblər.

Qərara alınıb ki, qərargahın iclasları hər həftə keçirilsiniclaslarda görülən işlər müzakirə olunsun, qarşıya çıxan problemlərin həlli yolları axtarılsın.

 

A.Miriyev

Palitra.-2016.-5 fevral.-S.12.