Heç tərəddüd etmədən Bakı Ali Neft Məktəbini seçdim

 

BANM-in tələbəsi: “Özümü gələcəkdə neft sektorunda tanınmış, bilikli və bacarıqlı bir mütəxəssis kimi görmək və xalqıma, millətimə xidmət etmək istəyirəm”

 

Ölkədə mütəxəssis hazırlığı, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və digər dövlət sənədlərində qarşıya məhz ölkədə dünya standartlarına cavab verən təhsilin qurulması, yüksək hazırlıqlı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması vəzifəsi qoyulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu proqram, fərman və sərəncamların həyata keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Tələbə qəbulu üzrə kampaniyanın və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının təşkili və keçirilməsi ilə əlaqədar görülən işlər də bu fəaliyyətin tərkib hissəsidir. 2014-2015-ci il ali təhsil müəssisələrinə qəbul imtahanları da TQDK tərəfindən yüksək səviyyədə təşkil olunmuşdu. TQDK-nın məlumatına görə, ötən il ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak etmişdi ki, onlardan 6,01 faizi 500-700 bal toplamışdı. Ümumiyyətlə, abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdi. Cari ildə də ali məktəblərə qəbul imtahanı TQDK tərəfindən uğurla həyata keçirildi. Ali təhsil müəssisələrinin 38831 plan yerinin müsabiqəsində iştirak etmək üçün 38763 abituriyent iştirak edib. Onlardan 32276 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 15406 nəfərini oğlanlar, 16870 nəfərini qızlar təşkil edir. 28900 abituriyent Azərbaycan bölməsi üzrə, 3376 abituriyent isə rus bölməsi üzrə tələbə adını qazanıb. Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanında I ixtisas qrupu üzrə 7, 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veribmaksimum nəticə göstərərək 700 bal toplayıb.

2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları ilə bağlı TQDK-nın məlumatına əsasən, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə 648 baldan 659 bala yüksəlib. Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul zamanı 679 bal göstəricisi ilə qeydə alınıb.

Süleymanlı Murad Mətləb oğlu 31 mart 1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri 88 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2014-cü ildən Murad Süleymanlı təhsilini Zəngilan rayonu 28 saylı tam orta məktəbdə davam etdirib. Oxuduğu müddət ərzində o, məktəbin ictimai işlərində öz fəallığı ilə seçilib və məktəb tərəfindən dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunub. 2013-cü ildə məktəblilərin fənn olimpiadasında “Kimya” fənni üzrə Xətai rayonu və Bakı şəhəri üzrə 1-ci yerə, Respublika üzrə isə 3-cü yerə layiq görülüb və fəxri fərmanlarla təltif olunub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirdikdən sonra TQDK-nın keçirdiyi qəbul imtahanında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.

Layihə çərçivəsində növbəti müsahibimiz Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsü Murad Süleymanlıdır:

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaqimtahandan sonra hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı çox rahat keçmişdi. Yaradılan şərait tam şəkildə normal idi. Digər abituriyentlərdən fərqli olaraq imtahandan öncə həyəcan hissi keçirməmişdim, məndə bu həyəcanın yerini böyük məsuliyyət hissi tuturdu. İmtahandan əvvəlki son üç gün sanki üç il kimi gəlib keçmişdi, artıq imtahandan keçib mənim üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək istəyirdim. İmtahandan sonra çox xoşbəxt idim, çünki hər şey ürəyimcə olmuşdu, bütün sualları cavablandırmışdım.Abituriyentverilişində cavablarımı yoxlayıb 690 bal hesablamışdım cavablar elan olunduqda bunu bir daha gördüm. Prezident təqaüdçüsü olduğumu öyrəndikdən sonra sevincim daha da artdı. Valideynlərimin özümün çəkdiyim əziyyətin hədər getmədiyini görmək məni ailəmi çox sevindirdi.

- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına özün yaxın ətrafın inanırdımı?

- Sınaq imtahanlarında əldə etdiyim nəticələr qəbul imtahanında topladığım baldan həmişə aşağı olub son sınaq imtahanında nəticəm 649 bal olmuşdu. Amma buna baxmayaraq, ailəm bütün müəllimlərim məndən maksimum nəticə - 700 bal gözləyirdilər.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir ixtisas seçimini necə etməlidir?

- Məncə, qəbul imtahanında 600 baldan yüksək nəticə əldə etmək üçün son iki il kifayət deyil. Yüksək nəticə göstərmək istəyən abituriyentlər aşağı siniflərdən başlayaraq sistemli şəkildə oxumalıdırlar. Bunun üçün hər bir fənn üzrə keçilən materialları dərindən mənimsəmək öyrəndiklərini testlər üzərində tətbiq etməlidirlər. Əgər abituriyent bu əziyyətlərə qatlaşarsa, sonda öz əziyyətinin bəhrəsini görəcək.

- Niyə məhz bu ixtisası BANM-i seçdin bu seçimi etdikdə qarşına hansı məqsədləri qoydun?

- BANM-i Azərbaycanın digər ali təhsil müəssisələrindən fərqləndirən çoxsaylı xüsusiyyətləri məndə əvvəlcədən bu ali təhsil ocağına qarşı böyük maraq hissi yaratmışdı. Dərs proqramlarının xaricdəki nüfuzlu ali təhsil ocaqlarındakı proqramlarla paralel olaraq aparılması, ingilis dilli təhsil bu kimi digər göstəricilərə malik olduğuna görə universitet seçimində heç tərəddüd etmədən çoxdankı arzum olan Bakı Ali Neft Məktəbini seçdim. Bunu da qeyd etməliyəm ki, burada təhsil alan tələbələrin ictimai həyatına da böyük önəm verilir. Hər ay teatr tamaşalarına, muzeylərə səfərlərin təşkilini misal göstərə bilərəm. Seçdiyim ixtisasa gəlincə isə, neft-qaz mühəndisliyi çoxşaxəli, geniş bir sahə olduğuna görə ən əsası, özümü gələcəkdə məhz bu sahədə gördüyümə görə bu ixtisası seçdim.

- BANM- ali təhsil almaq arzusunda olan abituriyentlərə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?

- Gələcək təhsilini BANM- davam etdirmək fikrində olan abituriyentlərin doğru yolda olduqlarını düşünürəm. Onlara elə indidən ingilis dili biliklərini təkmilləşdirməyi məsləhət görürəm bacardıqları qədər bütün sahələrdən az da olsa, minimal informasiya əldə etməklərini məsləhət görürəm.

- Özünü gələcəkdə harada görürsən?

- Özümü gələcəkdə neft sektorunda tanınmış, bilikli bacarıqlı bir mütəxəssis kimi görmək xalqıma, millətimə xidmət etmək istəyirəm.

- Boş vaxtlarında ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin var?

- Abituriyent zamanından bəri uzun müddət texniki fənlərə üstünlük verməyimə baxmayaraq, humanitar fənlərə ədəbiyyata böyük marağım var. Azərbaycanın tarixi ilə, tarixi şəxsiyyətləri ilə maraqlanıram. Boş vaxtlarımda ingilis Azərbaycan dilində bədii kitablar oxumağa üstünlük verirəm. Yay aylarında üzgüçülükbasketbolla məşğul oluram.

 

Nigar Abdullayeva

 

Palitra.-2016.-6 fevral.-S.11.