İ.Həbibbəyli: “İki
institutun birləşdirilməsi düzgün addımdır”
Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, AMEA-nın Rəyasət Heyətində Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi haqqında qərar qəbul edildi. Bu barədə AMEA-nın ümumi yığıncağı qarşısında vəsatət qaldırılacaq. Bu institutların fəaliyyətinin nəinki oxşar, hətta tamamilə eyni olduğunu deyən İ.Həbibbəyli onların birləşdirilməsini düzgün addım sayıb. Onun sözlərinə görə, AMEA-nın digər elmi-tədqiqat qurumlarının birləşdirilməsi məsələsi bu gün gündəmdə deyil.
İ.Həbibbəyli AMEA-da
yarımştat vəzifəsində çalışan
işçilərin işdən azad ediləcəyi
ilə bağlı məlumatlara da
aydınlıq gətirib. Vitse-prezident qeyd edib ki,
AMEA-da lüzumsuz
ştatların ləğv olunması hər zaman
gündəmdə olub: “Elə ştatlar var ki, onların adı var, özü yoxdur.
Lazımsız, bu cür
tam və ya yarım ştat olan, ancaq formal xarakter
daşıyan ştatların ləğv olunması hər zaman gündəmdə ola
bilər. Akademiya hiss
etsə ki, haradasa
lazımsız ştat, artıq qurum (kiçik qurumlardan söhbət gedir),
sektor var, onlar birləşdirilə, bağlana
bilər. Çünki onlar bizə lazım deyil. Belə islahatlar daim olub, indi də
ola bilər”.
Nigar
Palitra.-2016.-6 fevral.-S.7.