BANM-in tədqiqat mərkəzinə ən
gənc alim rəhbər təyin olundu
Sənan Eminov, həmçinin
Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsinə
seçilib
Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi
meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və
mövcud kadr
potensialı ilə də ölçülür.
Hərtərəfli və davamlı inkişafın
etibarlı yolu elm və
təhsilə daha çox
diqqət və qayğı göstərilməsindən və
onun müasir dünya standartlarına uyğun
təşkilindən keçir. Məhz buna görə də
dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru
irəliləmək məqsədilə bu
sahəyə birinci dərəcəli əhəmiyyət
verirlər.
Gənclərimizin
öz bilik və
bacarıqlarını üzə çıxarmalarına münbit şərait yaradılıb
Ölkəmizdə də bu istiqamət
hər zaman prioritet olub. Respublikanın
inkişaf perspektivləri
ictimai-iqtisadi və elmi-mədəni sahələrdə
fəaliyyət göstərəcək
kadrlar qarşısında
müxtəlif dövlət
qurumlarında, beynəlxalq
təşkilatlarda, eləcə
də özəl sektorda çalışaraq
Azərbaycanda idarəetmənin,
sənayenin, mədəniyyətin,
elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə
keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar təhsil
ocaqlarında ölkəmiz
üçün mütəxəssis
hazırlanması zərurətini
meydana gətirib.
Gənclərin mənəvi inkişafında
təhsil mühüm
amillərdən biridir.
Ölkəmizdə gənclərimizin öz bilik və
bacarıqlarını üzə
çıxarmalarına, potensiallarını
effektli reallaşdırmalarına,
cəmiyyətdə layiqli
yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki,
gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və
yaradılmış şəraitdən
səmərəli istifadə
etməlidirlər. Bu gün gənclərimiz ölkə daxilində təhsil almaqla kifayətlənməyib, eyni
zamanda təhsillərini
xarici ölkələrdə
davam etdirirlər.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsil almasına dair Dövlət Proqramı" üzrə
cari ildə 373 nəfər, ümumilikdə
isə Proqramın qüvvədə olduğu
8 il ərzində 3558
nəfər Azərbaycan
vətəndaşı dünyanın
aparıcı təhsil
müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olub. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir,
onlar da tibb təhsili alan gənclərdir.
Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
Məzunların işlə təminatı
sahəsində təcrübə
və karyera layihəsi icra olunur. Layihə çərçivəsində
məzunlar bir neçə dövlət
və özəl qurumlarda təcrübə
keçməyə başlayıblar.
Bütün bunlar bir daha onu göstərir
ki, gənclərimizin
öz bilik və bacarıqlarını
üzə çıxarmalarına,
potensiallarını effektli
reallaşdırmalarına, cəmiyyətdə layiqli
yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki,
gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və
yaradılmış şəraitdən
səmərəli istifadə
etməlidirlər. Bu gün
xaricdə təhsil alan bir
çox azərbaycanlı
gənclər var ki, onların yüksəkixtisaslı gənc
kadr kimi Vətənə dönməsi
və burada müvafiq qurumlarda çalışması ölkəmizin
həm təhsil, həm də iqtisadi gücünün artmasına təkan verir. Onlardan bir qismi məhz
müəllim ali təhsil ocaqlarında çalışmağa
üstünlük verir.
Hətta təhsil naziri Mikayıl Cabbarov da çıxışında
bildirib ki, heç bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət
göstərən müəllimlərin
gücündən üstün
ola bilməz.
Yüksək ictimai status daha
bilikli və hazırlıqlı insanların
bu peşəni seçməsinə stimul
yaradır. Ölkəmizdə
müəllim peşəsinə
savadlı abituriyentlərin
marağını artırmaq
üçün yüksək
bal toplayan tələbələr üçün
xüsusi layihə həyata keçirilir və bu tədbirlər
qısa zaman kəsiyində öz müsbət nəticələrini
verib. Bu il müəllimlik ixtisasını
seçən abituriyentlərin
orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olub. Əgər bir il bundan əvvəl
Azərbaycan Dövlət
Pedaqoji Universitetinə
qəbul olan tələbələrdən cəmi
19 nəfəri 500-dən artıq
bal toplamışdısa, bu
il onların sayı 10 dəfə artaraq 188 nəfərə
çatıb. Bu il müəllimlərin
tam şəffaf və
elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər
işlə təmin olunub.
Gənc alimin Biokütlənin
bioyanacaqlara çevrilməsi
ilə bağlı elmi məqaləsi dünyanın ən nüfuzlu jurnalında
Ölkəmizin tanınmış ali təhsil ocaqlarından biri də Bakı Ali Neft Məktəbidir (BANM).
Bugünlərdə Bakı
Ali Neft Məktəbində
müasir ixtisaslar üzrə mütəxəssis
hazırlığını və aktual mövzular üzrə elmi tədqiqatların aparılmasını təmin
etmək məqsədilə
yaradılan Bərpaolunan
enerji mühəndisliyi
üzrə tədris və tədqiqat mərkəzinə Böyük
Britaniyanın London İmperial
Kollecinin məzunu Sənan Eminov müdir təyin olunub. O, bu yaxınlarda
London İmperial Kollecində
doktorantura pilləsini
uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə
doktorluq dissertasiyasını
müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.
Sənan
Eminov 1987-ci ildə Bərdə rayonunda anadan olub. Orta məktəbə Bərdə
şəhəri 3 saylı
orta məktəbdə
başlayıb, sonra təhsilini Mingəçevir
Özəl Türk Liseyində davam etdirib. Hələ məktəbdə oxuyarkən Kimya fənninə olan həvəsi onu bu elmin sirlərinə
dərindən yiyələnməyə
sövq edib. Elə bu həvəs də onun beynəlxalq
olimpiadalarda uğur qazanmasına stimul verib. Təhsil aldığı müddətdə Kimya fənni üzrə respublika fənn olimpiadalarında 3 qızıl
medal qazanıb. O, 2003-cü ildə Yunanıstanda keçirilən 35-ci Beynəlxalq
Kimya Olimpiadasında bürünc medal, 2004-cü ildə
Almaniyada keçirilən
36-cı Beynəlxalq Kimya
Olimpiadasında qızıl
medal qazanıb, 2005-ci ildə
Tayvanda keçirilən
37-ci Beynəlxalq Kimya
Olimpiadasında ölkəmizi
layiqincə təmsil edərək qızıl medala sahib çıxıb.
“Kimya” beynəlxalq fənn olimpiadaları tarixində ilk dəfə
olaraq Tayvanda keçirilən Beynəlxalq
Kimya Olimpiadasında imtahanın nəzəriyyə
bölməsində ən
yüksək balı (229 mütləq
baldan 228 bal) topladığı
üçün mütləq
birinciliyə layiq görülüb və xüsusi mükafatla təltif olunub. Olimpiadalardakı uğurlarından sonra Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olan Sənan Eminov I kursu bitirdikdən sonra təhsilini Almaniyanın Beynəlxalq
Bremen Universitetində davam
etdirib. Almaniyada təhsil aldığı
müddətdə ilk elmi
işi "Qallotanninlərin
yaşıl çayın
tərkibindən ekstraksiyası"
mövzusunda olub.
Sonra o,
2010-2011-ci illərdə SOCAR-ın təqaüd proqramı ilə Böyük Britaniyanın
London İmperial Kollecində
magistraturada təhsil alıb. Magistratura pilləsini bitirdikdən sonra Sənan Eminov Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə
təsdiq edilmiş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
xətti ilə
2011-2015-ci illərdə London İmperial Kollecində doktorantura pilləsinə qəbul olub və orada Gələcək
üçün enerji
(Energy Future’s Lab) və professor Tom Veltonun rəhbərlik etdiyi Üzvi kimya və ekologiya
laboratoriyalarında bərpaolunan
enerji sahəsi üzrə elmi tədqiqatlar aparıb. Elmi-tədqiqat sahəsi ion mayelərdən
istifadə edərək
biokütlənin parçalanması
və alternativ enerji mənbəyi olan platforma kimyəvi maddələrinə
çevrilməsidir. Bu
elmi tədqiqat işi yeni nəsil
bioenerjinin alınması
və tətbiqini əhatə edir. Biokütlənin bioyanacaqlara çevrilməsi
hal-hazırda tükənməkdə
olan və bərpa oluna bilməyən nefti əvəz etməsi üçün ideal variant hesab
olunur. Onun bu sahədə
elmi məqalələri
dünyanın ən nüfuzlu jurnallarından biri olan ACS (American Chemical
Society) Sustainable Chemistry and Engineering-ə təqdim
olunub. Elmi məqalələrindən biri 2014-cü ildə çap olunub, redaktorlar tərəfindən
ən yaxşı məqalə seçilib
(Editors’ Choice Article) və həmçinin
bu elmi məqalə
jurnalın üz qabığında öz əksini tapıb. Sənan Eminov bir çox
beynəlxalq elmi konfrans və simpoziumlarda əsas məruzəçilərdən biri kimi iştirak
edib. Həmçinin onun məruzələri
və tezisləri beynəlxalq konfransların
elmi məqalələr
toplularında yer alıb. Beləliklə,
onun fəaliyyətini
nəzərə alaraq
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə ali məktəbin
Kimya mühəndisliyi
kafedrasında baş müəllim vəzifəsinə
təyinat alan Sənan Eminov, həmçinin sözügedən
mərkəzə rəhbər
təyin olunub.
Nigar Abdullayeva
Palitra.-2016.-10 fevral.-S.11.