Azərbaycan milli mətbəxi
Aktau
Qazaxıstanın
Aktau şəhərinin “Xan
Şaxar” istirahət və əyləncə
sarayında dünya xalqlarının milli mətbəxlərinin nümayişi
keçirilib.
Aktauda fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri tərəfindən təşkil olunan tədbirdə 20-dək xalqın milli mətbəxi nümayış etdirilib.
Azərbaycan milli mətbəxinin təşkil olunmasında Aktaudakı baş konsulluğumuz, şəhərdə fəaliyyət göstərən azərbaycanlıların “Viva” şirniyyat evi, “Manqal” “Ayjan”, “Şəms” restoranları yaxından dəstək göstəriblər.
Milli mətbəximizin nümayişi üçün ayrılmış süfrədə plov, dolma, müxtəlif kabablar, həmçinin təndir çörəyi və lavaş, şirniyyatlardan paxlava, şəkərbura iştirakçılara təqdim olunub.
Azərbaycan milli mətbəxinin
təqdimatı zamanı ölkəmiz haqqında videoçarx nümayış etdirilib.
Həmçinin milli geyimli
qızlar Azərbaycan milli rəqslərini
ifa ediblər.
Fuad
Palitra.-2016.-10 fevral.-S.10.