“UNEC Mərkəzi və Şərqi Avropa regionu üzrə 3117 ali təhsil müəssisəsi arasında 340-cı yerdədir”

 

Anar Kazımov: “Webometrics” - universitetlərin veb-resurslarının keyfiyyətini ölçən nüfuzlu reytinqdir”

 

Layihə çərçivəsində təqdim etdiyimiz müsahibədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr departamenti rəhbərinin müavini Anar Kazımov bir sıra maraqlı məqamlara toxunub:

- Öncə “Webometrics” haqqında qısa məlumat vermənizi

xahiş edirik.

- Bildiyiniz kimi, dünya üzrə ali təhsil müəssisələrinin reytinqini müəyyən edən bir neçə nüfuzlu reytinqlər mövcuddur. Bunlardan universitetlərin veb-resurslarının keyfiyyəti və təsirini ölçən, başqa sözlə desək, universitetlərin internetdə görünməsini qiymətləndirən ən genişnüfuzlu reytinqThe Ranking Web” və yaWebometricsreytinqidir. 2014-cü ildən etibarən hər 6 aydan birCybermetrics Lab” (İspaniya Milli Tədqiqat Şurası) tərəfindən aparılır. Adətən 20 000-dən çox universitet tədqiqata cəlb olunur.

-Bu reytinqin ölçmə meyarları nələrdən ibarətdir?

- Təbii ki, “Webometricsin özünəməxsus ölçü meyarları var. Bu meyarları görünmə və fəaliyyət olaraq iki başlıqda birləşdirmək olar. Bu meyarların hər biri 50% çəkiyə malikdir. Əvvəlcə qeyd edək ki, saytın görünməsi resursa olan unikal kənar istinadların sayının (Backlinks) kvadrat köküistinad edən domenlərin (Reffering domains) sayına hasilidir. Bu məlumatlar iki mühüm məlumat daşıyıcısı tərəfindən yığılır. Bu zaman kənar istinadların sayının “Google” vasitəsilə yoxlanması köməkçi xarakter daşıyır. Görünmə meyarı 1 çəki əmsalına malikdir və reytinqdə bu Təsir (Impact) adı altında verilir. Fəaliyyət meyarına yüksək keyfiyyət (Excellence), iştirak (Presence) və açıqlıq (Opennes) göstəriciləri daxildir. Bunların hər birinin bərabər çəkisi var, yəni 1/3-dür. Yüksək keyfiyyət (Excellence) - ümumi çəkinin 1/3 hissəsini təşkil edir. Bu meyar vasitəsilə elmi məhsuldarlığın qiymətləndirilməsini aparan elmi-tədqiqat qrupu Scimagonun (SIR) reytinq verilənlərini nəzərə alınır. Nüfuzlu beynəlxalq jurnallarda nəşrlərin hamısı deyil yalnız uyğun elm sahələri üzrə çox sitat gətirilənlərin 10%-i götürülür. İştirak (Presence) 1/3. Burada universitetin əsas domeninin bütün səhifələrinin sayı nəzərə alınır. Bu zaman “Googleaxtarış sistemində indeksləşmiş altdomen direktoriyalara baxılır. “Webometricsreytinqin qiymətləndirmə meyarlarına göründüyü kimi, ali təhsil müəssisəsinin ictimaiyyətə açıq olan elmi fəallığının keyfiyyəti, həm universitet saytının görünməsini göstərən sitat gətirilən məzmunun nüfuzluluğu daxildir.

-Bu ilin yanvar ayındaWebometricsöz nəticələrini açıqlayıb. UNEC Azərbaycan ali təhsil müəssisələri arasında birinici yeri tutmaqla liderliyini daha da möhkəmləndirib. Yuxarıdakı meyarların UNEC üzrə qiymətləndirilməsi necədir?

- Təbii ki, Azərbaycan ali təhsil ailəsinin üzvü olaraq UNEC bütün tərəfdaşlarımızın belə bir mötəbər reytinqdə lider mövqe tutmasını arzu edir. Qeyd etdiyiniz kimi, UNEC bu ilki reytinqdə ötənilki 4469-cı pillədən 4137 pilləyə yüksələrək birinci yerdə qərar tutub. Reytinqdə UNEC-in inkişaf dinamikası hər dövr üçün təhlil olunur. Son siyahıda UNEC-in meyarlar üzrə qiymətləndirməsini təhlil etmişik. Təsir (Impact) meyarı üzrə UNEC ölkə sıralamasında 1-ci yerdədir. Açıqlıq (Opennes) meyarı üzrə iki dəfə irəliləyiş var. Belə ki, ötən dövr ərzində UNEC əhəmiyyətli dərəcədə 18942-ci mövqedən 9160-cı mövqeyə yüksəlib. Baxılan meyar “Google Scholar”da çap olunan indeksləşmiş materialların sayına əsaslanır.

 

“U niversitet reytinqlərinin Berlin prinsiplərinə əsasən reytinqə cəlb olunan hər bir universitet saytının kontentinin ən azı 30 faizi ingilis dilində olmalıdır

 

Yüksək keyfiyyət (Excellence) meyarı üzrə isə elmi məhsuldarlığın qiymətləndirilməsini aparan elmi-tədqiqat qrupu Scimagonun (SIR) reytinq verilənləri əsas götürülərək, elmi məqalərin, konfranslarda edilən məruzə tezislərin sayı nəzərdən keçirilir. Təqdirəlayiq haldır ki, bu meyar üzrə UNEC 5490-cı mövqedən 5439-cu mövqeyə qalxıb. İştirak (Presence) meyarı üzrə saytın həcminin “Google” sorğusu vasitəsilə hesablanması aparılır. Bura təsir edə biləcək faktorlar universitetin saytlarının sayının artması, ayrı-ayrı istiqamətlər, layihələr alt bölmələrin sayının artması ola bilər. Digər tərəfdən saytda yeni materialların çap olunması, avtomatik olaraq çap materiallarının səhifələrinin formalaşması, tədris-metodiki materialların, müəllimlərin fərdi səhifələri, təlim proqramlarının fənlərin təsvirinin yerləşdirilməsi mühüm rol oynayır. Yuxarıdakı təhlillər göstərir ki, UNEC ən böyük çəki əmsalına malik olan təsir (Impact) meyarı üzrə liderliyi qorumaqla bərabər açıqlıq (Opennes) sahəsində iki dəfədən çox irəlilyib, yüksək keyfiyyət (Excellence) meyarı üzrə isə 51 pillə qalxıb.

-“Webometricsdünya üzrə müxtəlif regionları əhatə edən reytinqlər hazırlayır. UNEC-in bu regionlar üzrə mövqeləri necədir?

- Azərbaycan ali təhsil müəssisələri digər regionlar üzrə reytinqdə iştirak edir. Mərkəzi Şərqi Avropa regionu, Avropa qitəsi üzrə, Avrasiya qitəsi üzrə UNEC-in nəticələri sevindiricidir. Belə ki, Mərkəzi Şərqi Avropa regionu üzrə UNEC 3117 ali təhsil müəssisəsi arasında 340-cı yerdədir. Ümumiyyətlə, siyahıya Karlova Universiteti (Çexiya) başçılıq edir. Avropa qitəsi üzrə UNEC 6055 ali təhsil müəssisəsi arasında 1244-cü yerdədir. Bu siyahıya Oksford Universiteti başçılıq edir. Avrasiya qitəsi üzrə UNEC 14994 ali təhsil müəssisəsi arasında 2643-cı yerdədir. Uyğun olaraq siyahıya Oksford Universiteti başçılıq edir. Beləliklə, Azərbaycan ali təhsil müəssisələri arasında istər dünya üzrə istərsə hər üç region üzrə UNEC lider universitetdir.

-Ümumiyyətlə, “Webometricskimi nüfuzlu reytinqin faydaları haqqında məlumat verərədiniz universitetlərin reytinqdə mövqeyinin yaxşılaşdırılması üçün bu istiqamətdə hansı təkliflər var?

- Təbii ki, “Webometricsali təhsil müəssisələrinin yuxarıda qeyd etdiyimiz meyarlar üzrə fəaliyyətinin universitetin tədqiqat prioritetlərinə dərəcədə uyğunluğunu göstərir. Reytinq vasitəsilə universitet saytı önə çəkilməklə, elmi tədqiqatın effektliyinin dünya ictimayyətinə çatdırılması, bu yolla da tərəfdaşların, ekspetlərin, tələbə potensialının diqqətini cəlb etməyə kömək edir. Buna uyğun olaraq universitetlər reytinqin nəticələrinə əsaslanıb hər 4 meyar üzrə üstün zəif cəhətlərini müəyyənləşdirə bilər. Məsələn, yüksək keyfiyyət meyarı üzrə əsas etibarı ilə ən çox istinad olunan məqalələrin ölçülməsi, açıqlıq meyarı üzrə isə jurnallar tədqiqat nəşrlərinin sərbəstliyi əlyetərliliyi qiymətləndirilir. Bu meyarlar üzrə geriləmə olduğu təqdirdə universitetlər inetrnetdə bu məlumatlara çıxışların daha da artırılması, elmi-tədqiqatların daha da işıqlandırılmasına diqqət yetirməlidirlər. Digər tərəfdən materialların ingilis dilində yerləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, universitet reytinqlərinin Berlin prinsiplərinə əsasən reytinqə cəlb olunan hər bir universitet saytının kontentinin ən azı 30%-i ingilis dilində olmalıdır. Digər təkliflər sırasına universitet rəhbərliyinin tədqiqat fəaliyyətinin inkişafı üçün tək bir strategiyanın inkişaf etdirilməsi, universitet saytının təkmilləşdirilməsi daxildir. Bu zaman elmi naliyyətlərin qlobal şəbəkədə daha çox əks olunmasına önəm verilməlidir. Tədqiqat işlərinin, məqalə xülasələrinin tezislərin ingilis dilində internet resurslarda təsviri çox vacibdir. Onlayn mühitdə müxtəlif mövzular üzrə debatların, konfransların seminarların təşkili çox əhəmiyyətlidir. Məsələn, UNEC-in “Diskurs.az” virtual platforması buna misal ola bilər. Universitet müəllimlərinin, ayrı-ayrı qurumlarının rəhbərlərinin tələbələrinin şəxsi bloqları bu mənada köməkçi vasitə kimi götürülməlidir.

 

Anar Miriyev

Palitra.-2016.-11 fevral.-S.11.