Gənc sahibkarlara 300 milyon manatdan artıq güzəştli
kredit verilib
Sahib Məmmədov:
“Bu,14200-dən çox
yeni iş yerinin açılmasına
imkan yaradıb”
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı
ilə Bakı Biznes Mərkəzində
“İdeyadan biznesə
doğru” mövzusunda
gənclərin iştirakı
ilə tədbir keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin,
“ASAN xidmət” mərkəzinin,
Azərbaycan Gənclər
Fondunun, Yüksək Texnologiyalar Parkının,
ali təhsil müəssisələrinin nümayəndələri,
eləcə də
150-ə yaxın gənc
iştirak edib. İqtisadiyyat nazirinin müavini
Sahib Məmmədov dövlət
başçısı İlham
Əliyevin gənclərin
hərtərəfli inkişafına,
onların cəmiyyətdə
rolunun daha da güclənməsinə,
məşğulluğunun təmin
edilməsinə və
sosial problemlərinin həllinə, sahibkarlıq
təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, gənclərin sahibkarlıq fəaliyyətinin
dəstəklənməsi və
məşğulluğun təmin
edilməsi “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramının
həyata keçirilməsi
üzrə Tədbirlər
Planında müəyyən
edilmiş mühüm
vəzifələrdəndir. Ölkədə sahibkarlıq fəaliyyətinə,
gənclərin məşğulluğunun
artırılmasına dəstək
mexanizmlərindən biri
də güzəştli
maliyyə dəstəyinin
göstərilməsidir. Belə ki, İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən indiyədək 4600-dən çox
gənc sahibkara 307,9 milyon manat
güzəştli kredit
verilib ki, bu,14200-dən
çox yeni iş yerinin açılmasına imkan
yaradıb. Biznes inkubatorların yaradılmasının
gənclərin sahibkarlıq
fəaliyyətinə cəlb
edilməsində əsas
mexanizmlərdən olduğunu
vurğulayan nazir müavini Sahib Məmmədov
İqtisadiyyat Nazirliyi
tərəfindən Quba-Xaçmaz
Regional İnkişaf Mərkəzində
yaradılmış biznes
inkubatorun fəaliyyətinin
gənclərin innovativ
potensialının və
təşəbbüskarlığının
dəstəklənməsinə, məşğulluğun artırılmasına,
eləcə də iqtisadi rayonun inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb.
Bir il ərzində
biznes inkubatorda müxtəlif tədbirlərin,
o cümlədən treninqlərin,
beynəlxalq ekspertlərin
iştirakı ilə
seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsini,
davamlı məsləhət
xidmətlərinin göstərilməsini
qeyd edən Sahib Məmmədov bu tədbirlərin gənc biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında
mühüm rol oynadığını və
bu işlərin gələcəkdə də
davam etdiriləcəyini
vurğulayıb.
Bakı
Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, “ASAN xidmət” mərkəzinin
əməkdaşı Fariz
Cəfərov, Azərbaycan
Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov və digər iştirakçılar
gənclərə göstərilən
diqqət və qayğının daha da artdığını,
gənclərin yaradıcılıq
və məşğulluq
təşəbbüslərinin genişləndiyini qeyd edib, dövlət proqramları çərçivəsində
gənclərin təhsili
və məşğulluğu
sahəsində həyata
keçirilmiş tədbirlər,
gənclərin sahibkarlıq
fəaliyyətinin daha
da genişlənməsi
istiqamətində görüləcək
işlər barədə
iştirakçılara ətraflı
məlumat veriblər.
Tədbirdə çıxış edən
gənclər ölkədə
sahibkarlığın inkişafına
göstərilən diqqət
və qayğıya, həyata keçirilən
çoxsaylı dəstək
tədbirlərinə görə
ölkə başçısına
minnətdarlıqlarını bildirib, gənclərin inkişafı üçün
daha yaxşı şəraitin yaradılmasına
dair bir sıra təkliflər səsləndiriblər.
İ.AĞAYEV
Palitra.-2016.-12 fevral.-S.5.