Uğur qazanmaq zəhmət və təhsildən asılıdır”

 

BANM-in tələbəsi, Prezident təqaüdçüsü Hacızadə Nəzrin:

Düzdür, mühəndislik sahəsində kişilər üstünlük təşkil edir, ancaq qadınların da bu sahədə kifayət qədər uğurları olub. Mənim fikrimcə, hər hansı bir işdə uğur qazanmaq kişiya qadın olmaqdan deyil, istedad, hadisələrə düzgünorijinal baxış, zəhmət və təhsildən asılı olan məsələdir”

 

2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə 648 baldan 659 bala yüksəlib. Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. BANM-ə 2015/2016-cı tədris ilində qəbul olan tələbələrin içərisindən 690-700 balarası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb.

 

Prezident təqaüdünə layiq görülən tələbələrin əksəriyyəti məhz “Neft-qaz mühəndisliyi” ixtisasına yiyələnir

Onlardan doqquz nəfəri “Neft-qaz mühəndisliyi”, beş nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə, “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Hazırda Prezident təqaüdünə layiq görülən tələbələrin əksəriyyəti məhz “Neft-qaz mühəndisliyi” ixtisasına yiyələnir. Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin tərkibində "Neft-qaz mühəndisliyi" kafedrası 2012-ci ilin aprelində yaradılıb. Kafedranın professor-müəllim heyəti Heriot-Vatt Universitetindən olan həmkarları ilə birlikdə - "Neft-qaz mühəndisliyi" ixtisası üzrə bakalavrların (BEng) hazırlanması üzrə dərs proqramını tədris edirlər. Təhsil ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə aparılır. Birinci kursda tələbələrə elmriyaziyyat sahəsində son illərdə tətbiq edilən başlıca anlayışlar öyrədilir, həmçinin neft-qazkimya mühəndisliyi üzrə ilkin biliklər tədris olunur. Bu kursda kimyaneft-qaz mühəndisliyi üzrə tədris prosesi tələbələrə həm daha geniş çərçivədə biliklərin aşılanması, həm də sənaye nöqteyi-nəzərindən müvafiq biliklərin öyrədilə bilməsi məqsədinə xidmət etmə baxımından təşkil olunur. Burada mühəndislik peşəsini anlamağa imkan yaradan müvafiq peşə bilikləri və ən sadə riyazielmi prinsiplər öyrədilir. Tələbələrin öyrəndikləri bilik və bacarıqları daha da təkmilləşdirə bilməsi məqsədi ilə tədris prosesinə müəssisələrə praktik səfərlər, kitabxanalaboratoriya layihələri, əlavə mühazirə materialları da daxil edilib.

Proqramın ikinci kursu riyaziyyatkimya üzrə müəyyən biliklərlə yanaşı, maye axını, termodinamika, istilik və kütlə transferi, neft-qaz mühəndisliyi sahəsində isə geologiya kimi başlıca mövzuları əhatə edir. Bu mövzular mühazirələr, həmçinin praktik (tyutoriallar) və laboratoriya məşğələləri şəklində tədris olunur. Kurs müddətində həyata keçirilən müxtəlif layihə və laboratoriya məşğələləri tələbələrə praktik təcrübə qazanmaq imkanı yaradır. Tədris ili ərzində tələbələrə, həmçinin öyrədilmiş dərs materialları ilə əlaqədar laboratoriya tapşırıqları, hesablama cədvəllərindən istifadə etməklə kompüter layihələri verilir, layihələndirmə, texniki çertyojlartikinti materialları haqqında ümumi ilkin biliklər öyrədilir.

Üçüncü kursda tədris edilən bütün fənlər sonuncu kursda tədris olunanmüvafiq diplomun verilməsi ilə nəticələnməsi nəzərdə tutulan fənlərin əsasını təşkil edir. Tələbələr tədris olunan fənlərdən birinin aparıcı elmi istiqaməti üzrə müvafiq ədəbiyyatlara əsaslanan şəxsi elmi-tədqiqat layihəsi həyata keçirməlidirlər.

Tədris ili ərzində tələbələrə əsas layihə işi verilir. Onlar müvafiq istehsal zavodu/platformasının texnoloji layihəsi üzərində kiçik qruplarda çalışırlar. Bu, tədris proqramının yekunu olub, bütün bu müddət ərzində öyrədilmiş tədris materiallarından əldə olunan biliklərin sənayedə real mühitində kifayət qədər dəqiq şərtlər çərçivəsində tətbiqini nəzərdə tutur. Verilmiş layihə tələbəyə biliklərini tətbiq edərək kimya mühəndisliyi və neft-qaz mühəndisliyi sahəsində öyrədilmiş biliklərin nə dərəcədə mənimsənildiyini nümayiş etdirmək imkanı yaradır.

 

Mühəndislik bu gün həm dünyada, həm də ölkəmizdə ən prioritet ixtisaslardan biridir

 

Hazırda “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan gənclərdən biri də Nəzrin Hacızadədir. Hacızadə Nəzrin Elşən qızı 1997-ci il avqust ayının 30-da Bakı şəhərində anadan olub. 2004-cü ildə Suraxanı rayonu Ramiq Abidov adına 85 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2006-cı ildən təhsilini Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbində davam etdirib. 2015/2016-cı tədris ilində TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub, Prezident təqaüdçüsüdür.

-Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaqimtahandan sonra hansı təəssüratlarla yadda qalıb?

-Qəbul imtahanı mənim üçün çox şəffaf və sakit şəraitdə keçdi. İmtahandan əvvəl iştirak etdiyim bütün sınaq imtahanlarında mənim üçün əsas problem vaxt idibu dəfə də eyni şeyin təkrarlanacağından qorxduğum üçün çox həyəcanlı idim. Cavab testimi yoxlayarkən “Fizika” fənnindən bir səhvim çıxdı. 700 bala hazırlaşsam da, 690 bal topladım, amma nəticəmdən razı idim.

-Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına özün və yaxın ətrafın inanırdımı?

-TQDK-nın təşkil etdiyi sınaq imtahanlarında əldə etdiyim ən yüksək nəticə 654 bal olub. Bu nəticə məni qane etmirdidaha yüksək bal toplamaq üçün son 2 ay daha çox çalışdım. Ailəm və müəllimlərim mənə dəstək olur və onların inamını doğruldacağıma güvənirdilər.

-İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini etdikdə nələri əsas götürməlidir?

-Düşünürəm ki, hər bir kəs uğur qazanmaq üçün, əvvəla, qarşısına məqsəd qoymalıdır. Məşhur aforizmdə deyildiyi kimi, hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz. İmtahana hazırlaşarkən vaxt amili xüsusilə nəzərə alınmalıdır, çünki hər abituriyentə yalnız 3 saat vaxt veriliro, bundan səmərəli şəkildə istifadə etməlidir. İxtisas seçimi edərkən bu işdə təcrübəsi olan insanlarla məsləhətləşmək də çox vacibdir və çalışmaq lazımdır ki, seçimimiz bu günün tələblərinə uyğun olsun.

-Niyə məhz bu ixtisası və BANM-i seçdinbu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

-Mühəndislik bu gün həm dünyada, həm də ölkəmizdə ən prioritet ixtisaslardan biridir və fikrimcə, Azərbaycanda heç bir universitet mühəndislik üzrə tədrisdə BANM ilə rəqabətə girə bilməz. Bu ixtisası seçməkdə əsas səbəb kimi müəllimlərimin və ailə üzvlərimin dəyərli məsləhətlərini və mənim gələcəkdə yüksəkixtisaslı kadr kimi uğur qazanmaq istəyimi, xüsusilə qeyd etmək istərdim. Gələcəkdə təhsilimi magistr pilləsi üzrə xaricdə davam etdirmək və neft-qaz sənayesinin ən qabaqcıl mütəxəssislərindən biri olmaq istəyirəm.

-Adətən, deyirlər ki, texniki sahə və mühəndislik peşəsi kişilərə aid sənətdir. Sən bu barədə nə düşünürsən və bu sahəyə marağın hardan yaranıb?

-Düzdür, mühəndislik sahəsində kişilər üstünlük təşkil edir, ancaq qadınların da bu sahədə kifayət qədər uğurları olub. Mənim fikrimcə, hər hansı bir işdə uğur qazanmaq kişiya qadın olmaqdan deyil, istedad, hadisələrə düzgünorijinal baxış, zəhmət və təhsildən asılı olan məsələdir.

-BANM-də ali təhsil almaq üçün arzusunda olan abituriyentlərə nə məsləhət görərdin?

-BANM-də ali təhsil almaq istəyən abituriyentlərə məsləhətim budur ki, kompüter biliklərinə və ingilis dilində danışığa xüsusi fikir versinlər. Məsləhətim budur ki, dərsdən əlavə hobbiləri olsa da, fikirlərini yayındıracaq məşğuliyyətlərdən, xüsusilə sosial şəbəkələrdən uzaq olsunlar. Əgər istədikləri nəticəni əldə edə bilmirlərsə, daha çox çalışsınlar, ümidsizliyə qapılmasınlar. İxtisas fənlərindən başqa, digər fənlərə, məsələn, tarix, ədəbiyyat, coğrafiyaya da diqqət yetirsinlər. BANM-dəki təhsil öz müasirliyi, şəffaflığı və praktiki biliklərin çox olması ilə fərqlənir.

-Humanitar fənlərlə ədəbiyyatla aran necədir?

-Humanitar fənləri çox sevirəm, həmişə Coğrafiya ilə yaxından maraqlanmışam. Mütaliə etməyə, xüsusilə tarixi əsərlər oxumağa daha çox vaxt ayırmağa çalışsam da, hazırda dərslərimlə əlaqədar olaraq buna vaxt tapmıram.

-Qarşına qoyduğun məqsədlərini hansı aforizmlə ifadə edərdin?

-“Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silah təhsildir”.

 

Nigar Abdullayeva

Palitra.-2016.-16 fevral.-S.11.