“Gənclərimiz onlar üçün yaradılan imkandan yararlanmalıdır”

 

Samirə Mustafayeva: “Gənclərin maarifləndirilməsi ilə bərabər, onların ictimai həyatda fəal vətəndaş kimi iştirakına öz köməyimizi əsirgəmirik”

 

Bu gün gənclərlə istiqamətində bütün sahələrdə inkişaf müşahidə olunur. Xüsusilə son illər Azərbaycanın dövlət siyasətində gənclər təşkilatlarının rolu sürətlə artır. Əminliklə deyə bilərik ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizin möhkəmlənməsində böyük rolu olub. Bu gün respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin çoxluq təşkil etməsi sevindirici haldır. Biz mütəmadi olaraq gənclər sektorunda fərqlənənlərlə görüşüb onları oxucularımıza tanış edirik. Budəfəki müsahibimizAzad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayevadır.

-Ölkədəki gənclər strategiyasının gənclərimiz üçün nə dərəcədə səmərəsi var?

- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində ölkəmizdə fəal gənclər təbəqəsi formalaşıb. Artıq ötən illərin səmərəli təcrübəsindən dövlətimizin gənclər strategiyasının gənclərimiz üçün nə qədər səmərəli olduğunun şahidi olmuşuq. Və sağlam düşüncəli, iddialı, savadlı gənc nəslin timsalında Azərbaycanda “yeni dalğa”nın gəldiyini əminliklə söyləmək olar. Dövlət tərəfindən gənclərin inkişafı strategiya olaraq diqqətdə saxlanılır. Gənclərin intellektual, fiziki və mənəvi inkişafı, ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında iştirakının təmin olunması ilə bərabər, gənc ailələr, gənc alimlər, tələbələr və b. sosial rifahının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülür. Fikrimcə, gənclərimiz onlar üçün yaradılan bu imkandan yararlanmalı və öz potensiallarını üzə çıxarmalıdırlar.

-Bildiyimiz kimi, bu günlərdə Prezident İlham Əliyev bir qrup gənclə görüşdü. Həmin görüşdə Prezident tərəfindən səslənən fikirlər sizin fəaliyyətinizə nə kimi stimul verib?

- Prezident İlham Əliyev daima gənclərin ictimai-siyasi fəallığı, təhsilin keyfiyyəti, yaradıcı və istedadlı gənclərin problemyeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, gənclərin beynəlxalq əməkdaşlığı ilə bağlı düşündüyü üçün bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı gənclərlə məlum görüşündə bu məsələlərə bir daha toxundu və ümumiyyətlə, gənclərin perspektiv işlərinin strateji hədəflərini göstərdi. Bütün bunlar da gənclər sektorunda çalışanlarda böyük məmnunluq yaradıb. Məhz buna görə də Azərbaycan gənclərinin əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnundur.

-QHT olaraq gənclərin fəallığı ilə bağlı hansı tədbirlər keçiribsiz?

-“Azad Həmfikirlər” GMİB adından göründüyü kimi, gənclərin maarifləndirilməsi ilə məşğuldur. Təşkilatımız gənclərin maarifləndirilməsi ilə bərabər, onların ictimai həyatda fəal vətəndaş kimi iştirakına öz köməkliyini əsirgəmir. Belə ki, ötən il Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyimizOlimpiya həyəcanını hiss et” layihəsi çərçivəsində 3 ay ərzində Bakının Yasamal, Sabunçu, Binəqədi, Nərimanov və Suraxanı rayonlarının gəncləri arasında geniş maarifləndirmə işləri apardıq. Gənclərə I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı bilgi verdik. Tədbirlərdə bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzunun həlledici rol oynadığı qeyd olundu.

Biz "Azad Həmfikirlər" GMİB olaraq ölkədə həyata keçirilən tədbirlərdən kənarda qalmırıq və gəncləri də bu istiqamətdə maarifləndirməyə çalışırıq. Bildiyimiz kimi, ötən il ölkəmizdə parlament seçkiləri keçirildi. Biz də elə bu məqsədlə Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “İlk dəfə səs verəcək gənclərin seçkilərə hazırlanması” layihəsini icra etdik. Layihə çərçivəsində sözügedən kateqoriyadan olan gənclərin seçki prosesinə geniş cəlb olunması, onların elektoral mədəniyyətinin yüksəldilməsi, gənclər arasında seçki qanunvericiliyinin populyarlaşdırılması və seçki institutuna marağın artırılması məqsədi ilə keçirilən təlimlərdən gənclərin maksimum faydalanması üçün uğurlu işlər görüldü. Bir çox rayonlarda sözügedən gənclər arasında müvafiq sorğular aparıldı və nəticələr müzakirə olundu. Həyata keçirilən tədbirlərdə gənclərdə səmərəli vətəndaş mövqeyinin güclənməsi üçün onlarla seçkilərin əhəmiyyəti, seçkilərdə iştirakın formaları və seçki qanunvericiliyinin müddəalarının izah olunması ilə bağlı qarşılıqlı diskussiyalar aparıldı. Qeyd edim ki, görüşseminarlarda iştirakçılara üzərində “Gənc seçici- 2015” yazılan maykalar və bukletlər paylanıldı.

-Xanım QHT rəhbəri olaraq qadınlarla bağlı hansı layihələriniz olub?

- Hazırda ölkədə gedən sosial-iqtisadi inkişafda əldə olunan uğurlu nəticələrdə və bu prosesdə qadınların rolu xüsusi vurğulanmalıdır. Xüsusən də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədə gördüyü geniş və əhatəli işləri qeyd etməliyik. Biz qadınların ictimai aktivliyini artırmaq üçün bir sıra layihələr, tədbirlər və görüşlər etmişik. Bunlardan bir olaraq bələdiyyələrdəki qadınların liderliyinin artırılması ilə bağlı gördüyümüz işləri misal çəkə bilərəm. Biz Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ ) ilə birgə bu işləri həyata keçirmişik. Azərbaycanın əksər bölgələrindən qadın bələdiyyə üzvlərinə liderlik qabiliyyətinin artırılması mövzusunda treninqlər keçirdik. Bu treninqlərdə bələdiyyələrdə təmsil olunan qadınlara hüquq və imkanlarının artırılması, onların qərarvermə proseslərinə təsiri və qadın liderliyinin inkişafının gücləndirilməsi yolları aşılandı.

-Perspektiv planlarınız nədən ibarətdir?

-Biz ötən il Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində Hollandiyanın HaaqaAmsterdam şəhərlərində təbliğati tədbirlər etdik. “Azərbaycanı tanı” adı altında təşkil etdiyimiz bu tədbirlərdə ölkəmizin inkişafı, qazandığı uğurlar, Qarabağ problemi, Xocalı soyqırımı və I Avropa Oyunları barədə mövzulara toxunuldu, qeyd olunan mövzulara dair videoçarxlar nümayiş etdirildi. Belə tədbirləri bu ildavam etdirəcəyik. Fikrimiz var ki, Almaniyada Azərbaycan həqiqətlərini təbliğ edək. Bu baxımdan Almaniyada sərgi təşkil edəcəyik. Həmin sərgiyə Qarabağ müharibəsinin şahidi olan bir litvalı fotojurnalisti də dəvət edəcəyik.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “Məzun evi”ndəki uşaqlarla bağlı layihə etmək planımızdadır. Bura hər iki valideynini itirmişvalideyn himayəsindən məhrum olmuş məzunlar üçün istifadəyə verilib. Biz də həmin uşaqlara sosial-psixoloji yardım, fərdi yaradıcılıqlarının üzrə çıxarılması, cəmiyyətə inteqrasiya olunması istiqamətində treninqlər keçirəcəyik. Daha bir perspektiv layihəmiz erkən nikahların qarşısının alınması mövzusundadır. Bu istiqamətdə layihəmizi isə, əsasən, regionlarda icra edəcəyik.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-18 fevral.-S.10.