Təlim kurslarını bitirmiş müəllimlərə sertifikatlar verilib

 

Fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyasının tətbiqi nəticəsində 35 mindən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərslərindən, həmçinin dərsdənkənar fəaliyyətdən faydalanır

 

TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində ümumi təhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təşkil edilmiş təlim kurslarını müvəffəqiyyətlə bitirmiş müəllimlər diplomsertifikatlara layiq görülüblər. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərə toxunacağıq. Təhsil Nazirliyindən bildiriblər ki, Bakı şəhəri 6 saylı tam orta məktəbdə diplom və sertifikatların təqdim olunması mərasimi keçirilib. Qeyd edək ki, təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsi müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi, təhsil prosesində diferensial yanaşma və fərdilik prinsiplərinin nəzərə alınması həyati zərurətə çevrilib.

Qeyd edək ki, fiziki tərbiyə insanın harmonik fiziki inkişafını təmin etməklə və mənəvi-iradi dayanıqlığını formalaşdırmaqla cəmiyyətdə müstəsna əhəmiyyətə malikdir. Ümumtəhsil məktəblərində fiziki tərbiyənin tədrisi qarşısında qoyulan əsas məqsədlərdən ən əhəmiyyətlisi öz vətənini, xalqını, millətini sevən, fiziki cəhətdən hazırlıqlı, nümunəvi davranışa malik, mübariztolerant insan tərbiyə etməkdir. Səmərəli qurulmuş fiziki tərbiyə prosesi qeyd olunan məqsədlərin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasına imkan verir. Kiçik kollektivin, komandanın mənafeiləri uğrunda mübarizəsi sonda vətənpərvərliyə,yoldaşları ilə ünsiyyət-əməkdaşlığa, oyun qaydalarına riayət və rəqibə hörmət - tolerantlığa, rəqabət və qalib gəlmək hissi - mübarizliyə, ani qərar qəbul etmək və onu reallaşdırmaq - qətiyyət xüsusiyyətləri kimi formalaşdırılır. Fiziki tərbiyə prosesində insan sağlamlığı və ona təsir edən amillər haqqında geniş informasiyanın əldə edilməsi, sağlamlığın qorunması, möhkəmləndirilməsi və reablitasiyası üçün hərəkətlərdən və digər vasitələrdən istifadəyə dair biliklərə və metodlara yiyələnmə özününsağlam olmaq məsuliyyəti”ni dərk edən, “sağlamlıq mədəniyyətinə” malik olan gənclərin cəmiyyətə inteqrasiyası üçün şərait yaradır. Hal-hazırda yüksək fiziki hazırlıq tələb edən peşə sahələri mövcuddur. Orduda, ölkənin müdafiəsində, güc strukturlarında , fövqəladə hallarda xilasetmə xidməti və s. belə fəaliyyət sahələrinə aiddir. Qeyd olunan fiziki hazırlığın əsası isə insanın fiziki inkişafının daha intensiv dövrünə təsadüf edən ümumtəhsil məktəblərində, fiziki tərbiyə prosesində qoyulur. Həyati əhəmiyyət kəsb edən bacarıq və vərdişlərin formalaşdırılması fiziki hazırlığın artırılması həyatda rast gəlinməsi mümkün olan ekstremal şəraitlərdə insanın uğurlu fəaliyyətinə əsas yaradır.

 

Fiziki tərbiyə və ibtidai sinif müəllimləri müasir təhsil texnologiyası ilə təmin edilir

Təhsil Nazirliyi, “Bakcell” və Böyük Britaniyanın “British Council” təşkilatının tərəfdaşlığı ilə reallaşdırılan “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsinin əsas məqsədi də ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini tədris etdikləri fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Qeyd edilən mərasimdə TOPs proqramının əsas icraçı operatoru olanİnkişaf naminə idmanİctimai Birliyinin layihə rəhbəri Vəli Musayev təqdimatla çıxış edərək 2015-2016-cı tədris ilində həyata keçirilən layihələrdən danışıb. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir və son illər bununla bağlı silsilə layihələr həyata keçirilir. Sonra 2014-2015-ci tədris ilində layihənin icrasında səmərəli fəaliyyətlərinə görə 220 saylı məktəbin direktoru Nərminə Ağayeva, 138 saylı məktəbin direktoru Mirfaiq Mirheydərli və 269 saylı məktəbin direktoru Alla Vəzirovaya diplomlar təqdim edilib. Bakı və Sumqayıt şəhərləri üzrə 33 məktəbdə çalışan 170 nəfər fiziki tərbiyə müəllimi TOPs proqramı əsasında təşkil edilmiş təlim kurslarını müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla təltif olunub. Həmçinin layihənin uğurlu icrasında və təbliğində xüsusi əməyi olanİnkişaf naminə idmanİctimai Birliyinin və “Təhsil” TV-nin əməkdaşlarına diplomlar verilib. Xatırladaq ki, bu layihə 2015-2016-cı tədris ilindən Bakı və Sumqayıt şəhərlərindəki 33 məktəb, internat eviliseyi əhatə edir. Layihə çərçivəsində təşkil olunan təlim kurslarında 200 nəfərdən artıq fiziki tərbiyə və ibtidai sinif müəllimi fiziki tərbiyənin tədrisinə dair yeni bilik və bacarıqlar əldə edib. Fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyasının tətbiqi nəticəsində 35 mindən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərslərindən, həmçinin dərsdənkənar fəaliyyətdən faydalanır. Qeyd edək ki, Bakı şəhərindəki M.Müşfiq adına 18 saylı tam orta məktəbdə TOPs proqramı çərçivəsində idman festivalı keçirilib. Festivalda məktəbin 100-dən çox şagirdi müxtəlif idman növləri üzrə qüvvə və bacarıqlarını nümayiş etdirib. Məktəbin fiziki tərbiyə müəllimlərinin rəhbərliyilə keçirilən festivalda valideynlər də iştirak edərək övladlarını dəstəkləyiblər. Festivalın keçirilməsində məqsəd şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, psixoloji dayanıqlılığının qorunması və onların fiziki tərbiyə dərslərinə olan münasibətinin daha da yaxşılaşdırılmasından ibarətdir. İdman və incəsənət bayramı kimi keçirilən tədbir şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə müsbət təsir göstərir, onların idmana marağının artırılmasına kömək edir. Tədbirdə 18 saylı məktəbin direktoru Rəna Süleymanova çıxış edərək TOPs metodologiyasının üstünlüklərindən, təhsildə şagirdlərin fiziki sağlamlığının əhəmiyyətindən söz açıb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Festival zamanı məktəblilər tərəfindən ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub, yarışlar keçirilib. Tədbirin sonunda qalib komandalar kubokmedallarla mükafatlandırılıb.

 

Rəqəmsal laboratoriya avadanlığı və innovativ

texnologiyaların tətbiqi

Onu da qeyd edək ki, təbiət fənləri üzrə “Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsinin ikinci mərhələsi başa çatıb. Müsabiqənin təşkilinin əsas məqsədi təbiət fənləri (kimya, biologiyafizika) üzrə dərslərin qurulmasında rəqəmsal laboratoriya avadanlığının və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdir. Təhsil Nazirliyi və “EdumediaMMC-nin birgə keçirdiyi müsabiqəyə “Ən yaxşı müəllim işi” və “Ən yaxşı təlimçi işi” nominasiyaları üzrə 86 layihə qəbul edilib. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə 21 nominant seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti qarşısında təqdim olunacaq və qiymətləndiriləcək. Müsabiqə qaliblərinə “iPad air”, “Globimateplanşeti, “Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaq.

 

Anar Miriyev

Palitra.-2016.-18 fevral.-S.11.