Vyanada azərbaycanlı rəssamın
sərgisi
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar rəssam Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Rənglərin poeziyası” adlı sərgi açılıb. Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, avstriyalı incəsənət həvəskarları, soydaşlarımız iştirak ediblər.
Mədəniyyət Mərkəzinin rəhbəri
Leyla Qasımova tədbirdə
çıxış edərək Əsmər Nərimanbəyovanın
müasir Azərbaycan rəngkarlıq sənətinin
tanınmış nümayəndələrindən biri olduğunu bildirib. O qeyd edib ki, Ə. Nərimanbəyovanın
yaradıcılığına qiymət verərkən öncə
onun böyüyüb
boya-başa çatdığı və
incəsənət xadimi kimi
yetişdiyi mühitə nəzər salmaq lazımdır. Görkəmli
azərbaycanlı rəssam, SSRİ-nin və
Azərbaycanın dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul
Nərimanbəyov və istedadlı heykəltəraş, Azərbaycanın
Əməkdar rəssamı Elmira
Hüseynovanın ailəsində dünyaya
göz açan
Ə. Nərimanbəyovanın hələ uşaq
yaşlarından rənglər dünyası ilə
tanış olduğu, bu
yaradıcı mühitin onun
əsərlərinə təsirsiz ötüşmədiyi qeyd edilib. Azərbaycanlı
rəssamın əsərləri dünyanın müxtəlif
ölkələrində sərgilənib və bir sıra məşhur qalereyalarda
saxlanılır. Əsərlərinin musiqi
və incəsənət şəhəri olan
Vyanada nümayiş
etdirilməsindən məmnunluğunu bildirən Ə. Nərimanbəyova
sərginin təşkil olunmasında göstərdiyi təşəbbüsə
və dəstəyə görə Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri Leyla
Qasımovaya təşəkkürünü bildirib.
Sonra Vyanada yaşayan gənc azərbaycanlı
musiqiçilər Təhminə Abdullayeva
(skripka) və Müşfiq
Quliyev (fortepiano) Azərbaycan
və Avropa bəstəkarlarının əsərlərindən
ibarət musiqi proqramı ilə
çıxış ediblər. Sərgi mart
ayının sonunadək sənətsevərlər üçün açıq olacaq.
Palitra.-2016.-19 fevral.-S.13.