Yeni iqtisadi çağırış modern təhsil

 

Ali təhsil müəssisələrində aktuallığını itirən fənlərin yeni tələblərə cavab verən fənlərlə əvəzlənməsi, şirkət müəssisələrin nümayəndələrinin tədris planları ilə yaxından tanış olması kimi təkliflər səsələndirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın nüfuzlu şirkət nümayəndələrinin adamlarının iştirakı ilə tədbir keçirilib. UNEC-in Texnologiya dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirYeni iqtisadi çağırış modern təhsilmövzusunda olub. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq. NEC-in Tədris təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov Azərbaycan Respublikası Prezidentinin ölkədə biznes mühitinin yaxşılaşdırılması dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində apardığı islahatlardan danışıb. Bildirib ki, ölkə Prezidentinin çağırışlarına UNEC real addımlarla cavab verməkdədir. Belə ki, universitetdə iqtisadi təhsilin modernləşdirilməsi iqtisadi təhsildə keyfiyyət parametrlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

 

Sahibkarlar müəssisə şirkətlərə yerli mütəxəssislərin cəlb olunmasında maraqlıdır

 

D.Bağırov bildirib ki, UNEC-in tələbə məzunlarının işlə təmin olunması universitetin prioritetləri sırasındadır. Bunun üçün universitet adamları sahibkarlarla daha sıx əməkdaşlıq etmək niyyətindədir. Görüşdə iştirak edən şirkət nümayəndələri adamları müasir bazar tələblərinə cavab verən kadrların hazırlanmasında universitetlərin mühüm rol oynadığını bildirib. Azərbaycandakı zavod müəssisələrin ən son texnologiyalar əsasında qurulduğunu bildirən qonaqlar, bu avadanlıqlardan istifadə üçün müasir standartlara cavab verən texnoloji mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb. Qeyd edilib ki, sahibkarlar da müəssisə şirkətlərə yerli kadr mütəxəssislərin cəlb olunmasında maraqlıdır. Çünki xaricdən dəvət olunan mütəxəssislərə daha artıq vəsait ödənilir. Bunun üçün tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin tədris olunmasının vacibliyi qeyd olunub. Bildirilib ki, ali təhsil müəssisələrində aktuallığını itirən fənlər yeni tələblərə cavab verən fənlərlə əvəz olunmalıdır. Bunun üçün şirkət müəssisələrin nümayəndələri tədris planları ilə yaxından tanış olmalı, gərəkli fənlərin tədrisi üçün təkliflər verməlidir. Görüşdə UNEC-in Karyera mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, UNEC tələbələri mütəmadi olaraq şirkətlərdə tanışlıq turunda olurlar. UNEC tələbələrinin digər universitetlərlə müqayisədə daha aktiv həvəsli olduğu da bildirilib. Tədbir müzakirələrlə davam edib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün təkliflər verilib.

 

UNEC elmi tədqiqatları müasir standartlar səviyyəsinə yüksəltmək niyyətindədir

“Thomson Reuters” şirkətinin nümayəndəsi is’ Azərbaycan Dövlət İqtisad Universitetində seminar keçib. Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən seminarda “Thomson Reuters” şirkətinin Beynəlxalq informasiya agentliyinin Elmi tədqiqatlar əqli mülkiyyət departamentinin Tədris şöbəsinin müdiri Valeriy Boqorov “Web of Science” platformasından səmərəli istifadə barədə məlumat verib. Platformanın xüsusiyyətləri, elmi resursların axtarışı, istifadə şəkli, istinadlar digər spesifik mövzular barədə görüş iştirakçılarına informasiya verilib. Tədbirdə bildirilib ki, UNEC- elmi fəaliyyətlərin stimullaşdırılması universitetin iqtisadi tədqiqatların mərkəzinə çevrilməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. Qeyd olunub ki, “Thomson Reuters”in “WEB of Science” elmi platformasına daxil olan elmi jurnallarda məqalələr çap etdirən UNEC əməkdaşları üçün birdəfəlik pul mükafatı təsis edilib.

 

Azərbaycandakı zavod müəssisələrin ən son texnologiyalar əsasında qurulduğunu bildirən adamları müasir standartlara cavab verən texnoloji mütəxəssislərə ehtiyac olduğunu vurğulayıblar

 

Mükafatın təsis edildiyi qısa müddət ərzində artıq bir neçə UNEC əməkdaşının həmin elmi jurnallarda məqalələri nəşr olunub. Yeddi nəhəng elektron elmi bazanı özündə birləşdirən “Web of Science” elmi platformasına sahib “Thomson Reuters” şirkəti Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycanın 40 ali təhsil müəssisəsinə müvafiq platformalara tam çıxış imkanı yaradıb. Qeyd edək ki, UNEC- “Thomson Reuters” daxil olmaqla, dünyanın elmi platformalarına elektron qaydada çıxış imkanlarına malik müasir kitabxana yaradılır. Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə universitetlərdə aparılan elmi tədqiqatları müasir standartlar səviyyəsinə yüksəltmək nəticələrini iqtisadiyyata tətbiq etmək, həmçinin beynəlxalq elmi əlaqələri dərinləşdirmək istiqamətlərində bir sıra mühüm addımlar atılıb. Bu istiqamətdə ən vacib hadisələrdən biri 22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə dünyanın aparıcı transmilli kütləvi media informasiya şirkəti olan “Thomson Reuters Corporation”nınİntellektual mülkiyyət elm” bölməsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması olub.

 

Nümunəvi dərslər başa çatıb

 

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində professorların iştirakı ilə keçirilən nümunəvi dərslər yekunlaşıb. Sonuncu nümunəvi dərsi Tədris təlim texnologiyaları üzrə prorektor, professor Damət Bağırov keçib. Professorun dərsiBüdcə təşkilatlarının maliyyə hesabatlarının komponentləri onların tətbiqi qaydaları mövzusunda olub. Bundan başqa, nümunəvi dərslər UNEC-in bütün tədris binalarında təşkil edilib. İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş ƏhmədovDavamlı inkişafın təmin edilməsinin dövlət mexanizmi”, Sosial sferanın iqtisadiyyatı idarəedilməsi kafedrasının müdiri, professor Əli ƏlirzayevSosial sferanın müdafiə sistemi onun təkmilləşdirilməsi istiqamətləri”, İqtisadiyyat kafedrasının müdiri Əli HacıyevSənayenin mövcud vəziyyəti inkişaf perspektivləri”, Qiymət qiymətləndirmə kafedrasının müdiri, professor Xanhüseyn KazımlıValyuta bazarında qiymətin əmələ gəlməsi”, İqtisadi hüquq kafedrasının müdiri, professor Fərhad Rəhmanovİnformaüionnoe obhestvo i pravo», Əməyin iqtisadiyyatı təşkili kafedrasının professoru Natiq QasımovƏmək ehtiyatları əmək potensialı”, Ticarət kafedrasının müdiri Məhərrəm ƏkbərovMüasir dövrdə beynəlxalq birjalar, auksionların işinin təşkili inkişaf xüsusiyyətləri”, Marketinq kafedrasının müdiri Telman İmanovƏmtəə bazarlarında marketinqin tətbiqi problemləri”, Fizika kimya kafedrasının müdiri Rövnəq Rzayevİstilik şüalanmasımövzusunda, Qida məhsulları texnologiyası kafedrasının müdiri Gülnisə AbbasbəyliÇörək, bulka məmulatlarının texnologiyası keyfiyyətinin yüksəldilməsi üsulları”, Dizayn kafedrasının müdiri Lalə Məmmədovaİspanskaə moda gpoxi Renessansa kak ərçayşiy v istorii fenomen sinteza raznıx stiley», Azərbaycan tarixi kafedrasının professoru Vəkil HəsənovAzərbaycan Xalq Cümhuriyyəti (1918-1920)”, Texnoloji maşınlar sahə avadanlıqları kafedrasının professoru Fazil VəliyevPambığın uzunmüddətli saxlanması prosesində nəmliyin dəyişilməsi kinetikası”, Magistratura mərkəzinin direktoru, professor Qabil Manafovİqtisadi tədqiqat metodlarının təsnifləşdirilməsi”, Nəzəri praktiki iqtisadiyyat kafedrasının professorları Nəbiyev RasimMakroiqtisadiyyatın predmeti metodu, əsas iqtisadi göctəriciləri”, Telman BabayevTədiyyə balansı valyuta”, Ətraf mühitin mühafizəsi iqtisadiyyatı kafedrasının müdiri Validə MehdiyevaFənnin predmeti, coğrafi anlayışların yaranma mərhələləri”, Maliyyə maliyyə institutları kafedrasının professoru Nizami XudiyevSığorta bazarının formalaşması idarəedilməsi”, professor Zahid Məmmədov “Bank sistemində böhran antiböhran idarəetmə”, Mühasibat uçotu audit kafedrasının müdiri, professor Sifaris SəbzəliyevPul vəsaitləri onların ekvivalentlərinin uçotu”, professor Qəzənfər AbbasovMühasibat uçotu hesablarının təsnifatı”, professor Fazil HacıyevMaliyyə vəziyyətinin təhlili”, Statistika kafedrasının müdiri, professor Sakit YaqubovDinamika sıraları”, Menecment kafedrasının müdiri, professor Kamil ŞahbazovUpravlenie personalom orqanizaüii”, Rus dili kafedrasının professoru Nailə VəliyevaSobesedovanie, priem na rabotumövzusunda ustad dərslər keçiblər. Bir ay davam edən nümunəvi dərslərin məqsədi təhsilverənlərin bilik bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qocaman professor təcrübəli pedaqoqların tədris təlim texnologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürülməsi olub. Dərslərdə universitetin professor-müəllim heyəti, doktorant, dissertant, gənc müəllimlərlə yanaşı, digər ali təhsil müəssisələri, təşkilat şirkətlərin nümayəndələri iştirak ediblər.

 

Anar Miriyev

Palitra.-2016.-19 fevral.-S.11.