Zaqatalada məcburi köçkünlər
üçün yeni
yaşayış kompleksi salınır
Zaqatala rayonunun ərazisində
müvəqqəti məskunlaşmış məcburi
köçkünlər üçün 135 ailəlik
bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan
yeni yaşayış kompleksinin tikintisi başa çatmaq
üzrədir.
Kompleksin tikintisi
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”
çərçivəsində həyata keçirilir.
Rayonun
Aşağı Tala kəndinin ərazisində
tikilən yeni yaşayış kompleksinə
hər biri 45 mənzildən ibarət 3 ədəd
beşmərtəbəli yaşayış binası, həmçinin
150 şagird yerlik məktəb
binası, 50 yerlik uşaq
bağçası, tibb mərkəzi, poçt binası, klub-icma
mərkəzi, inzibati bina və yardımçı tikililər daxildir. AZƏRTAC-ın müxbiri
ərazidə olub, tikinti
işlərinin gedişi ilə
maraqlanıb. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Zaqatala ofisi üzrə baş texniki nəzarətçisi Kamal
Əzizovun bildirdiyinə görə, yaşayış
binalarının tikintisi artıq tam başa çatıb.
Hazırda binaların daxilində avadanlığın
quraşdırılması və təmizlik işləri
aparılır. Məktəb binası, uşaq
bağçası və digər obyektlərin inşası da yekunlaşıb. Binaların elektrik
və istilik şəbəkələri, su-kanalizasiya sistemi istifadəyə
hazırdır. Hər birinin 200 kubmetr tutumu olan iki su
anbarının tikintisində isə son tamamlama işləri görülür.
Yaşayış kompleksinin ərazisində
abadlıq və yaşıllaşdırma işlərinə
də başlanılıb.
Nigar
Palitra.-2016.-19 fevral.-S.5.