“Azərbaycan özünün
multikulturalizm siyasəti ilə dünya dövlətlərinə nümunədir”
“Heydər
Əliyev və multikulturalizmin Azərbaycan
modeli” mövzusunda elmi-praktik seminar keçirilib
Dünən Heydər
Əliyev Mərkəzində “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli”
mövzusunda elmi-praktik
seminar keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan elmi-praktik seminarlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanın
müxtəlif sahələrində inkişafında əvəzolunmaz
xidmətləri təhlil edilib.
Tədbiri giriş
sözü ilə açan
Heydər Əliyev Mərkəzinin direktorunun
birinci müavini Adil Kərimli bildirib ki, seminar öz
aktuallığı ilə cəmiyyətdə geniş vüsət alan, geniş təbliğ edilən və dövlət
siyasətinin prioritet istiqamətlərinin
biri kimi müəyyən
edilən aktual və əhəmiyyəli
bir mövzuya həsr edilib. A.Kərimli bildirib ki, 2015-ci il ərzində ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən, onun müxtəlif sahələrdəki
zəngin xidmətlərini aşkara
çıxaran mövzular araşdırılıb
və dəyərli alimlərimiz, ictimai-siyasi
xadimlərimiz tərəfindən təqdim edilib, Mərkəzdə bu
mövzulara həsr olunan
müxtəlif elmi-praktik seminarlar
təşkil olunub: "Təbii
ki, bugünkü
seminarın mövzusunun dərin kökləri
var və ulu öndər
Heydər Əliyevin siyasi fəaliyyətində
multikulturalizm ideyası əsas yer tutur". İctimaiyyət
nümayəndələri, tələbələrin
iştirakı ilə keçirilən elmi-praktik
seminarda çıxış edən Prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, Heydər Əliyev Azərbaycanın gələcək
uğurlu inkişafı üçün
dəqiq ideoloji hədəf seçdi və öz
uzaqgörən, müdrik siyasəti ilə
əsrlər boyu formalaşmış Azərbaycanın
çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi, onu keyfiyyətcə yeni mərhələyə
qaldırdı. K.Abdullayev bildirib
ki, “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim
sərvətimizdir, üstünlüyümüzdür.
Biz bunu qiymətləndiririk
və qoruyub saxlayacağıq” - deyən ümummilli lider bütün sonrakı siyası fəaliyyətini
bu sərvətin əbədi olması istiqamətinə
yönəltdi: "Əslində, Heydər Əliyev Azərbaycan
multikulturalizminin siyasi
banisi oldu. Azərbaycanın multikultural ənənələrinin
dövlət tərəfindən qorunması işində ən
vacib olanı ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan
Respublikasının Konstitusiyasında əks
olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil
edən tolerantlıq prinsipi Azərbaycan
Konstitusiyasının bir sıra maddələrində
aydın şəkildə təsbit edilib".
K.Abdullayev bildirib ki, ümummilli lider multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi
hesab edir, Azərbaycan
ərazisində yaşayan milli
azlıqların hüquq və
azadlıqlarının, o cümlədən,
etnik-mədəni, müxtəlif dinlərə məxsus
insanların dini dəyərlərinin
qorunmasını demokratiyanın mühüm
prinsipi olan əsas insan hüquq və
azadlıqları kontekstində görürdü:
“Təbii olaraq, ulu öndər etnik millətçiliyə
alternativ kimi
bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin,
eyni zamanda Azərbaycan
dövlətçiliyinin yüksəlişini şərtləndirən
və multikulturalizmin əsas mənəvi
bazası olan azərbaycançılıq
prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd edirdi ki,
etnik millətçilik, nəhayət,
etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib
çıxarır. Azərbaycançılıq
ideologiyası isə dinindən, dilindən, irqindən
asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları
birləşdirir”. Dövlət müşaviri
qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin
qorunması və inkişaf etdirilməsi
sahəsində həyata keçirilən siyasi
istiqamət yeni mərhələdə Prezident İlham Əliyev
tərəfindən uğurla inkişaf etdirilir: “Multikulturalizmi Azərbaycanın
dövlət siyasəti, xalqımızın həyat tərzi
kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində
BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam
Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa
xüsusi önəm verir.
İlham Əliyev daim
ölkəmizin bu təşkilatlar tərəfindən
qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının
müdafiəsi ilə bağlı konvensiyalara
qoşulmasının vacibliyini qeyd edir". K.Abdullayev
vurğulayıb ki, Azərbaycanın mənəvi-siyasi
yüksəlişində son dərəcə
vacib məqamlardan biri
Prezident İlham
Əliyevin təşəbbüsü və iştirakı ilə
2011-ci ildən bəri həm də mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar
Forumun keçirilməsidir. Dövlət
müşaviri, həmçinin qeyd edib ki,
Azərbaycanın multikultural ənənələrinin
qorunub saxlanması, təbliği ilə
bağlı Heydər Əliyev Fondu əhəmiyyətli
layihələr həyata keçirir:
"Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə
çərçivəsində qapalı inkişafını
deyil, dünya çərçivəsində
dinlərin və mədəniyyətlərin müxtəliflikləri
rejimində fəaliyyət göstərməsini
reallaşdırır. Heydər Əliyev Fondunun
düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin
mühüm aspektlərindən biri olan mədəniyyətlərarası
əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
Əliyevanın təşəbbüsü ilə keçirilən
“Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi”,
“Qloballaşma şəraitində mədəniyyətlərin
rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində
birgə yaşama”, “Azərbaycan -
tolerantlıq məkanı” layihələrini xüsusi
qeyd etmək olar”. K.Abdullayev bildirib ki, müasir
dövrdə Azərbaycan özünün
multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi
nailiyyətlərlə dünya dövlətlərinə,
o cümlədən bu
sahədə tarixən öz zəngin təcrübəsi
ilə tanınan Qərb ölkələrinə nümunədir:
“Azərbaycan nümunəsi göstərir ki,
multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər
ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə, haradasa iflasa
uğrayıb. Amma Azərbaycanda
yaşayır və bu meyillər, ideyalar güclənir, ictimaiyyətdən də
daha çox dəstək
alır. Bütün bunların nəticəsində 2016-cı il Azərbaycanda “Multikulturalizm
ili” elan olunub”. Çıxışdan sonra
K.Abdullayev seminar
iştirakçılarının Azərbaycanda multikulturalizm ənənələri, tarixi və gələcək inkişafı
istiqamətində müxtəlif suallarını cavablandırıb.
Cavidan
Palitra.-2016.-23 fevral.-S.6.