“Azərbaycan öz
iqtisadiyyatını dəyişmiş mühitə
uyğunlaşdıra biləcək”
Ceyhun Babaşov: “Öyrəndiklərimi
Azərbaycanın gənc nəslinin inkişafı
üçün sərf etməyi qarşıma məqsəd
qoymuşam”
Layihə çərçivəsində
Böyük Britaniyanın Nyukastl
Universitetinin bakalavrı Ceyhun
Babaşovla müsahibəni təqdim edirik
-Öncə sizin təhsil karyeranızı bilmək istərdik.
-2011-ci ildə Sabunçu rayonu 72 saylı lisey məktəbdə 11 illik orta təhsilimi başa vurmuşam. Sonra ali məktəbə qəbul imtahanında 675 bal toplayıb, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə təhsil almağa başlamışam. Yüksək nəticəyə görə 2-ci qrup üzrə imtahan verən 26,397 abituriyent arasından ilk 25-liyə düşərək Prezident Təqaüdünə layiq görüldüm. Akademiyada təshil aldığım müddətdə bir çox könüllü fəaliyyətlərlə məşğul olmağım, intellektual oyunlarda iştirak etməklə çempionluq qazanmağım və digər universitetlərdən olan tələbələrlə birgə xeyriyyə aksiyaları təşkil etməyim həyatda daha böyük uğurlar qazanmaq istəyimi gücləndirirdi. Professional karyera baxımından da daim öz üzərimdə çalışmağımın nəticəsində nəhəng şirkətlərdən olan “Azersun Holdinq” və BP Azərbaycan ofislərində yay təcrübə proqramları əldə etməklə bir çox bilik və bacarıqlara yiyələndim . 2013-cü ildə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət edib uğur qazanmaqla Böyük Britaniyanın Nyukastl Universitetində 3 illik Maliyyə və mühasibatlıq ixtisasında bakalavr təhsilimə başladım. Hal-hazırda son kursumda yüksək nəticələrə doğru irəliləməklə yanaşı, gələcəkdə magistr təhsili almaqla ixtisas biliklərinə daha da dərindən yiyələnməyi və sonradan öyrəndiklərimi Azərbaycanın gənc nəslinin inkişafı üçün sərf etməyi qarşıma məqsəd qoymuşam.
-Sizi
xaricdə təhsil almağa nə cəlb
edirdi?
-Məktəb yaşlarımdan oxumağa, əsas da riyaziyyata, analizlərə və qrafiklərə qarşı çox böyük marağım olub. Hətta, deyilənə görə, 5 yaşımda artıq qəzetləri hecalayıb oxumağa başlamışdım qonşularımızın yanında. Yuxarı siniflərə doğru getdikcə daha çox öyrənməyə çalışırdım və bu da insanda güclü inam hissi yaradırdı. Zəhmətli illərdən sonra Azərbaycanda ən güclü universitetlərdən birinə qəbul oldum. Burada təhsil almağım tək bilik və bacarıqlarımın güclənməsinə yox, həm də intellektual gənclərlə, sosial təşkilatlarla və müxtəlif imkanlarla əhatələnməyimə şərait yaratdı. Təhsil aldığım ixtisasın Menecment olmasına baxmayaraq, iqtisadyönümlü və riyazi bacarıqlar tələb edən fənlər həmişəki kimi daha çox marağımı cəlb edirdi. Azərbaycan gəncliyi üçün ən gözəl imkanlardan biri olan Xaricdə təhsil Proqramı haqda öyrənəndən sonra bu şansı maksimum dəyərləndirməyə qərar verdim. Azərbaycanın hələ yeni qurulmuş iqtisadiyyatının davamlı inkişafı bugünkü gənc ekspertlərdən, ixtisaslaşmış kadrlardan asılıdır. Riyazi-analiz bacarıqlarımı və gələcəkdə ölkənin inkişafına verə biləcəyim töhfəni nəzərə alaraq iqtisadiyyat sahəsində təhsil almağa qərar verdim. Sahəmin ən güclülərindən ola bilmək üçün maliyyə üzrə dünyanın ən güclü təhsil ölkəsindən olan Böyük Britaniyanın ən güclü 10 universitetindən birində təhsil almaq yeganə yol idi. Və mən bunu seçdim. Xaricdə təhsil almaq tək dərslərdə müəllimdən öyrənmək deyil, nə də kitabxanada günlərlə üzərində baş sındırdığımız kitablardır. Burada qazanmaq istədiyim ən böyük bacarıq həyatda daha da böyük uğurlar əldə etmə istəyi idi, ətrafdakı hər imkandan düzgün yararlanmaq, vaxtını səmərəli bölüşdürmək, bu müddətdə xarici dil biliyini gücləndirmək və bununla da daha çox informasiyaya giriş əldə etmək. Təbii ki, fərqli mədəniyyəti, yaşam tərzini təcrübə edərkən insanın özünü daha yaxşı anlamasını, şəxsi inkişaf, yeni macəralar və dostlar qazanmasını da bu uğurlar sırasında unutmaq olmaz. Və indi təhsilimin son pilləsində artıq geriyə baxanda dövlətimizin mənə qoyduğu investisiyanın əksər hissəsini dəyərləndirdiyimə əminəm. Qalan hissəsini isə bu bilikləri Azərbaycanda başqalarına da aşılamaqla və ölkəyə həsr etməklə tamamlayacağam.
-Siz gələcək iqtisadçısız. Hazırda dünyada bas verən iqtisadi böhranın səbəbləri sizin dərslərinizdə hansı formada analiz edilir?
-Dünya iqtisadiyyatının bir zamanlar yaşadığı artım dövrü artıq 2008-2009-cu illərin böhranından sonra kəskin zəifləməyə başlamışdı. Hansı ki, bu artım dövrünün özü də istər Avropada, istərsə də Amerikada bir çox maliyyə skandalları, saxtakarlıqları ilə yadda qalmışdı. Böhran dövründən sonra iqtisadiyyatda dirçəlmə başlasa da, özüldə dayanan əsas problemlər hələ də həll edilməmişdi. 7-8 il keçməsinə baxmayaraq, son əsrin ən böyük böhranı sayıla biləcək bu hadisənin dünya ölkələri iqtisadiyyatı, əsasən də dövlət borcu, əməkhaqları, ümumi daxili məhsul və işsizlik üzərindəki təsirləri hələ də tam həll edilməyib.
Avropa təhsil sistemini fərqləndirən xüsusiyyət odur ki, burda müəllimlər gəlib birbaşa iqtisadi böhranın səbəblərindən danışmırlar. Bilmədiklərindən yox, sadəcə, keçirilən leksiyaların əsas məqsədi ümumi anlayış vermək və tələbələri araşdırma aparmağa həvəsləndirməkdir. Balıqçıya lazım olan bütün alətləri verib onu balıq tutmağa həvəsləndirmək kimi. Balığın özünü də tutub versələr, heç nə öyrənə bilməzsən. Alətlərimiz kitablardı, internet resurslarıdı, müxtəlif illərdə deyilmiş, bəzən bir-birinə zidd gedən teorilərdi. 100% düzgün fikir deyə bir şey yoxdur, öz fikrini faktlarla sübut etdiyin müddətdə düzgün sən sayılırsan. İxtisasım dünya iqtisadiyyatından daha çox firma səviyyəsində, maliyyə bazarları səviyyəsindəki məsələlərə fokuslandığı üçün bütün fənlərdə qlobal şirkətlərın audit, maliyyə və idarəetmələri baxımından analizlərinə üstünlük verilir tədris zamanı.
Ona görə hal-hazırda baş
verən böhranın səbəblərini dərslərdə
öyrəndiyimiz bilikləri anlamaqla özüm araşdırmağa cəhd edirəm
hər dəfə. Məşhur “Financial Times”, Bloomberg Business, BBC Business ən
çox istifadə etdiyim resurslar arasındadı. Böhranın
ən mühüm başvermə səbəblərindən
biri dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çində baş verən istehsal, tikinti və ixrac zəifləməsini
göstərməliyik. Baxmayaraq ki,
iqtisadiyyat 2015-ci ildə
6.9% artım göstərdi,
əslində, bu, son
25 ilin ən zəif göstəricisi idi. Təkcə Çində baş
verən iqtisadiyyatın
və tələbin zəifləməsi, demək
olar ki, əksər qlobal şirkətlərin rəqəmlərinə
mənfi təsir göstərir. Bununla yanaşı,
neft qiymətindəki
kəskin düşüş
neftdən asılı
Rusiya, Venesuela, Nigeriya kimi ölkələrdə
çətinliklər yaratsa
da, bir çox
digər ölkələrdə
iqtisadiyyata canlanma gətirə bildi. Hələ neftin qiyməti yuxarı olduğu vaxtlarda Azərbaycanda da Prezident dəfələrlə
qeyri-neft sektorunun vacibliyindən danışmışdı
və bunun sayəsində kənd təsərrüfatı, istehsal
və xidmət sahələrində böyük
addımlar atıla bilmişdi. Buna görə
d, düşünürəm ki, Azərbaycan növbəti 5-10 il ərzində öz iqtisadiyyatını
dəyişmiş mühitə
rahat şəkildə
uyğunlaşdıra biləcək.
-Azərbaycanı öz universitetinizdə necə tanıdırsız?
- Biz burada Azərbaycanla bağlı bir sıra tədbirlər etmişik. Amma, məncə, ölkəni
necə tanıtmağımız
daha çox gündəlik gördüyümüz
hər işdən, universitet yoldaşları ilə keçirdiyimiz vaxtdan və adi davranışımızdan
asılıdır. Çünki bizim hər etdiyimiz hərəkət,
əslində, ölkənin
də adının yaxşı və ya pis cümlədə
hallanmasına səbəb
olur. Ona görə özümüzü
daim inkişaf etdirmək vacibdir. Bunun üçün mən də öz dil biliklərimi gücləndirib, maliyyə
sahəsindəki məşhur
“Bloomberg” testlərindən götürmüşəm, eləcə
də bir sıra onlayn tərcüməçilik işləri
ilə məşğulam.
Ölkəni tanıtmaq
məqsədilə hər
il 1-2 tədbir
keçirib, qalan vaxtlarda isə xarici tələbələrdən
tamam aralı gəzmək kifayət etmir. Ölkəni ən yaxşı
tanıtmağın yolu
xarici tələbələrlə
həm universitetdəki
qrup işlərində,
həm də dərsdənkənar fəallıq
göstərməkdən keçir.
Bu cəhətdən, yəqin ki, çevrəmdəki bir-birindən
tamam fərqli qrup uşaqları ilə fəxr edə bilərəm.
Bilirəm ki, 3 ilin sonunda bu tələbələrdən
bəziləri öz ölkələrinə geri
döndükdə gəldiyi
vəzifədən asılı
olmayaraq Avropa-Asiya arasında mühüm strateji mövqeyi olan Azərbaycanla müxtəlif sahədə
əməkdaşlıq etmək
fikirlərinə gələ
bilər.
Bundan əlavə,
yadımdadır ki, burada səyahət etdiyim bir neçə
muzeydə Azərbaycanın
təhrif olunmuş xəritəsi və tarixi faktları ilə rastlaşdıqda bununla bağlı narazılığımı bildirib
və onun düzəldilməsini tələb
etmişdim. Belə hallar
həqiqətlərin aşkara
çıxmasına yardımçı olur.
Fuad Hüseynzadə
Palitra.-2016.-25 fevral.-S.11.