Nizami Kino Mərkəzində Xocalıya həsr olunan kino axşamı

 

Nizami Kino Mərkəzi Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə fevralın 26-da repertuarına dəyişiklik edəcək. Mərkəzin mətbuat xidmətindən bildirilib ki, həmin gün yalnız rejissor Vahid MustafayevinXocafilmi nümayiş olunacaq. Həmçinin Xocalı soyqırımına həsr olunmuş kino axşamı keçiriləcək.

Kino xadimlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak edəcəyi tədbirdə dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş, Azərbaycanın Milli qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunanİlk komandir”, “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmləri nümayiş olunacaq. Qeyd edək ki, “İlk komandir” və “Pəhləvan komandir” filmlərinin rejissoru Nizami Abbas, “Xocalının zaminifilminin rejissoru isə Zamin Məmmədovdur.

 

Palitra.-2016.-25 fevral.-S.16.