“İdmanın inkişaf
səviyyəsinə görə dünyada
öndə gedən ölkələrdənik”
Elşən Yəhyayev:
“Bugünkü Azərbaycan gəncliyi öz bilik və
bacarığına görə seçilir”
Müsahibimiz Bakı Slavyan
Universitetinin Jurnalistika
fakültəsinin 3-cü kurs tələbəsi
Elşən Yəhyayevdir. Elşən ictimai
işlərdə də aktivdir və həmçinin
hazırda Azərbaycan Kempo İdman Federasiyasının mətbuat katibidir.
- Öncə ondan başlayaq ki jurnalistikaya maraq sizdə haradan yaranıb?
-Düzü bu elə bir sahədir
ki, düşünürəm,
hər kəsdə bu sahəyə maraq olur. Təkcə təhsil
almıram, həm də idman federasiyalarından
birində mətbuat katibi kimi fəaliyyət
göstərirəm. Hazırda ən
gənc mətbuat katiblərindən sayılıram.
Bundan başqa jurnalistik fəaliyyətimdən də
qalmıram. Bu yaxında tələbə
yoldaşlarımla “musahibe.az” saytını fəaliyyətə
başlatdıq. Saytın redaktoru
vəzifəsində çalışıram.
Dövri
mətbuatda və xəbər portallarında
da çalışıram,
aktual mövzulu yazılarla çıxış
edəm.
-Bir qədər də Kempo İdman
Federasiyasının fəaliyyəti
haqqında da söz açardınız.
-Bildiyiniz kimi, hazırda Kempo İdman Federasiyasında mətbuat katibi kimi fəaliyyət göstərirəm. Bu fəaliyyətim nəticəsində
belə qənaətə
gəlmişəm ki,
Azərbaycanda Kempo idman növünün perspektivləri var. Ölkəmizdə
Kempo idmanı “Toğrul” İdman Klubunun adı ilə bağlıdır.
Federasiya prezidenti və klubun rəhbəri Rauf İbrahimova Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi İdman Şöbəsi tərəfindən
idman sahəsindəki
fəaliyyətlərinə görə Şərq əlbəyaxa döyüş
növləri üzrə
“əməkdar məşqçi”
statusu verilib. Rauf İbrahimov 2010-cu ildən
Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda
səlahiyyətli nümayəndəsidir.
Kempo idmanı ilə məşğul olmaq üçün Bakıda,
Sumqayıtda, Zaqatalada,
Balakəndə, Tərtərdə,
Ağcabədidə, Ucarda,
Cəbrayıl idmançıları
üçün də
Füzulidə müvafiq
klub bölmələri
fəaliyyət göstərir.
Məlumat üçün bildirim ki, Kempo
idman növü olmaqla bərabər, həm də ilk yardım, təbii üsullarla müalicəni
də özündə
cəmləşdirir. Üç ildir ki, Gənclər
və İdman Nazirliyinin xətti ilə Kempo üzrə respublika turnirləri keçirilir.
Bu idman növü
onların da maraq dairəsindədir.
Keçən il 5 idmançımıza
tarixdə ilk dəfə
olaraq, “Kempo üzrə idman ustası” adı verildi. Kemponun gələcəyi daha parlaqdır. Respublika yarışlarında 370 idmançı,
39 klubla təmsil olunuruq. Bunun özü böyük
bir göstəricidir.
Gələcəkdə əhatə dairəmizi
daha da genişləndirəcəyik.
-Xüsusi layihə çərçivəsində qısa müddətə,
Slavyan Universitetində
mətbuat katibi işləmisiniz. Bu barədə də söz acardınız.
- Bu layihə Azərbaycanın
ali təhsil ocaqları arasında yeganə olaraq Bakı Slavyan Universitetində 2002-ci ildən
etibarən hər ilin 13 dekabr tarixində həyata keçirilir və tələbələrdə özünüidarəetmə,
işgüzarlıq kimi
xüsusiyyətlərin inkişafında,
onların peşə
məsuliyyətini dərk
etməsində önəmli
rol oynayır. Məhz həmin gün universitetin rektor, prorektor, dekan və s. rəhbər vəzifələrində
tələbələr tərəfindən
səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət
göstərir. Həmin
xəlifələr universitetdə
bir gün ərzində tədris prosesi, inzibati və s. işlərlə
bağlı qərarlar
qəbul edə, həmçinin yeniliklər
həyata keçirə
bilərlər. Xəlifələrin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə
malik olur. Onu da qeyd
edək ki, xəlifələr 13 dekabrdan
sonra “Kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri
rəhbər vəzifələrini
davam etdirirlər. Mən də, tələbələrin
seçimi ilə universitetin mətbuat xidmətinin rəhbəri
seçildim. Vəzifəmi də layiqincə yerinə yetirdiyimi düşünürəm. Nə də olsa AKF-nin də mətbuat
katibiyəm. Orada qısa
müddətlik fəaliyyətim
AKF-də hər gün gördüyüm işlər idi.
- Azərbaycanda idmana göstərilən qayğının
nəticəsidir ki, bu gün ölkədə
AKF kimi xeyli sayda federasiyalar fəaliyyət göstərirlər.
- Haqlısınız. Xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı və
Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının
məntiqi nəticəsi
olaraq ölkəmiz regionun nəinki idmanda, bütün sahələrdə lider dövlətinə çevrilib.
Dövlətimizin iqtisadi qüdrətinin
ildən-ilə artması
bütün sahələr
kimi idmanın tərəqqisinə də
müsbət təsir
göstərir. Çox fərəhləndirici
haldır ki, bu gün idmana
dövlət səviyyəsində
qayğı və diqqət göstərilir.
Nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox olimpiya komplekslərinin, müasir
idman qurğularının
tikilib istifadəyə
verilməsi, maddi-texniki
bazanın möhkəmləndirilməsi
bunu deməyə əsas verir. Həm də bu obyektlərin
əksəriyyətinin təməlqoyma
və açılış
mərasimlərində şəxsən
dövlətimizin başçısı
iştirak edir. Bu gün Azərbaycan
idmanın inkişaf səviyyəsinə görə
dünyada öndə
gedən ölkələrdən
biridir. Bu, danılmaz həqiqət və təsdiq olunmuş faktdır.
AKF-nin də
uğurlu fəaliyyət
göstərməsində bir
nömrəli səbəb
yaradılan şəraitdir.
-Bəs ümumilikdə ölkəmizdə gənclər
üçün yaradılan
şərait necə,
sizi qane edirmi?
-Gənclər sektoru hökumətin diqqətdə
saxladığı prioritet
istiqamətlərdən biridir.
Gənclər siyasəti uğurla
davam etdirilir. Bugünkü Azərbaycan gəncliyi
öz bilik və bacarığına
görə seçilir.
Gənclərimizin təhsilə
göstərdiyi maraq,
həmçinin hər
il xaricdə
təhsil alan gənclərimizin sayının
artması buna sübutdur. Təbii ki, yüksək
təhsilli və intellektual gəncliyin ölkənin ictimai, siyasi mühitinə təsiri olmamış deyildir. Hesab edirəm ki,
bu işdə müasir texnologiya vasitələri də gənclərimizə əlavə
imkanlar verir. Fəal olmaq olar. Əsas məsələ odur ki, sənin fəaliyyətin nəticəyönümlü
olsun. Bunun üçün də yüksək təhsillə yanaşı,
düzgün seçim
etmək bacarığının
olmasıdır. Mənim də
aktiv gənc kimi hədəflərim böyükdür. Düşünmürəm
ki, nəyisə əldə etmişəmsə,
rahat oturmalıyam.
Gələcək fəaliyyətimi televiziya
sahəsinə də bağlamaq istəyirəm.
Tural TAĞIYEV
Palitra.-2016.-2 mart.-S.6.