Ulu Öndər Heydər Əliyev: "Biz... vahid Avropa dilində, azadlıq, demokratiyaqanun dilində danışırıq"

 

Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvlüyünə qəbul edilməsi zamanı ölkənin sabiq Prezidenti Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı nitqində demişdir: "Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə-vahid Avropa dilində, azadlıq, demokratiyaqanun dilində danışırıq. Bizim gücümüz bundadır".

Məhz ölkə başçısının bu yanaşmasına müvafiq olaraq, Azərbaycanda həyata keçirilən islahatlar hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə yönələn daxili vasitələrin (xüsusilə də, məhkəmə-hüquq vasitələrinin) beynəlxalq standartlara uyğunlaşdırılmasına, onların səmərəliliyinin artırılmasına, hər bir fərdin isə dövlət daxilindəki bütün belə vasitələrdən öz hüquqlarının müdafiəsi üçün sonadək və maneəsiz istifadəsinə xidmət edir. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini təmin edən daxili milli mexanizmlərin və hüquq vasitələrinin daha səmərəli fəaliyyətini tələb edir. Çünki Avropa Konvensiyası insan hüquqlarının müdafiəsi məsuliyyətini, başlıca olaraq milli hakimiyyət orqanlarının, xüsusilə də, məhkəmə orqanlarının üzərinə qoyur.

Hər bir dövlətdə insan hüquq və azadlıqlarının təminatı üçün zəruri hesab olunan şərtlərdən biri də azadlıqdan mərhum edilmiş insanlar üçün onların cəza çəkdikləri yerlərdə insanın normal yaşaması üçün zəruri olan şəraitin olduğu penitensiar müəssisələrin olması və müasir dünya standartlarına cavab verən penitensiar qaydaların mövcudluğudur.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan və beynəlxalq hüququn subyektinə çevrildikdən, xüsusilə də, Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra əvvəllər mövcud olmuş penitensiar sistemdə islahatlar başlanmışdır.

Azərbaycanın 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunarkən, üzərinə götürdüyü öhdəliklərə "Avropa Penitensiar Qaydaları"nda əks olunmuş standartlara ölkəmizdə əməl edilməsi də daxildir. Qeyd etmək lazımdır ki, Avropa Şurası Nazirlər Komitəsinin 12 fevral 1987-ci il tarixli qərarı ilə təsdiq və tövsiyə edilmiş həmin qaydalar özündə minimal standartları əks etdirməklə iştirakçı dövlətlərdə də penitensiar sisteminin təkmilləşdirilməsi məqsədi güdür.

Qaydalara görə, "Bütün səylər göstərilməlidir ki, azadlıqdan məhrumetmə yerlərində tətbiq edilən rejimlər elə təyin edilsin və həyata keçirilsin ki:

a)  cəmiyyətdə qəbul edilmiş normalarainsan ləyaqətinə uyğun şərait təmin olunsun;

b) məhbus özünə hörməti və şəxsi məsuliyyətini itirməsin deyə, məhbusluğun mənfi nəticələri və məhbusun həyatının azadlıqdakı həyat fərqi minimum həddə çatdırılsın;

c) məhbusların və onların ailələrinin mənafeyi naminə qohumlarla əlaqə saxlanılsın və bu əlaqə möhkəmləndirilsin;

q) azadlıqdakı həyata uğurla daxil olmağa kömək edən vərdiş və meyilləri inkişaf etdirməkdən ötrü məhbuslara imkan yaradılsın.

Məhbusların islah olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruri hesab olunur ki, onlara da konkret olaraq əmək, təhsil, bədən tərbiyəsi, idman və asudə vaxt, azad edilməyə hazırlıq və digər tədbirlər aid olunur.

Azərbaycan Respublikasında bu sistemdə islahatların həyata keçirilməsi istiqamətində atılmış addımlardan biri 2000-ci ilin sentyabr ayının 1-dən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin qüvvəyə minməsi olmuşdur.

Məcəllənin 10-cu maddəsində məhkumların əsas hüquqları təsbit olunmuşdur.

Demokratik cəmiyyətə doğru irəliləyən Azərbaycan Respublikasında, bütövlükdə penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət siyasəti həyata keçirilir. Bütün bunlar da demokratik cəmiyyətin tələbidir və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin real təcrübədə yerinə yetirməsi deməkdir.

Bununla belə, mütəxəssislərin fikrincə, bu sahədə hələ bəzi problemlər də mövcuddur. Belə ki, Avropa Penitensiar Qaydalarında məhbusların islah edilməsi üçün müəyyən olunmuş tədbirlər kimi, onların təhsili, asudə vaxtı və azad edilməyə hazırlanması işinin daha səmərəli təşkilinə ehtiyac duyulur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev özünün əfv və amnistiya haqqında fərmanlarında da məhbusların azadlığa çıxmalarına hazırlıq məsələləri ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tədbirlər görmüşdür. Odur ki, müvafiq instansiyastrukturlar bu tədbirlərin daha səmərəli surətdə yerinə yetirilməsinə çalışmalıdırlar.

Müasir Azərbaycanda insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində həyata keçirilən dövlət siyasəti sayəsində söz və mətbuat azadlığı bərqərar olmuşdur. Bu sahədə müəyyən olunmuş siyasi xətt ardıcıl həyata keçirilir, yaradılmış möhkəm hüquqidemokratik dəyərlərin bərqərar olması vətəndaş hüquq və azadlıqlarının gerçək təminatına çevrilmişdir. Bu hüquqi baza ölkədə kütləvi informasiya vasitələrində dövlət senzurasının qadağan olunması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kimi kütləvi informasiya vasitələrinin sərbəst və azad inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsinə yönələn dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli Fərmanı ən mühüm addımlardan biri hesab edilir. Prezidentin həmin Fərmanı ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu dövründə söz, fikir və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafı, cəmiyyətin həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etmişdir.

Fərmandan irəli gələn vəzifələr kontekstində həyata keçirilən tədbirlər sırasında KİV-in maddi-texniki vəziyyətini yaxşılaşdırmaq məqsədilə bütün mətbuat və informasiya vasitələrinin 1998-ci ilin sonundan əlavə dəyər vergisindən azad edilməsi olmuşdur. Yalnız əlavə dəyər vergisi üzrə kütləvi informasiya vasitələrinə verilən illik güzəştlərin məbləği 7 milyard manat təşkil edir. KİV-ə şamil olunan illik güzəştlərin məbləği və onların öhdəlikləri vergilərin məbləğindən iki dəfədən də artıqdır.

Ölkədə KİV-in təsis edilməsi, onların vətəndaşlarının tam, doğru-dürüstoperativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönələn fəaliyyətin təşkilatı, hüquqiiqtisadi əsasları 7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Beləliklə, Azərbaycanda demokratik cəmiyyət quruculuğu yolunda əldə olunan nailiyyətlərin xarakterik göstəricisi kimi mətbuat azadlığı çıxış edir. Təsadüfi deyil ki, bu gün respublikamızda 650-yə yaxın müxtəlif kütləvi informasiya vasitələri fəaliyyət göstərir ki, onlardan da 372 qəzet, 113 jurnal, 25 informasiya agentliyi, 10 teleradio şirkəti qeydiyyatdan keçmişdir. Ölkədə mövcud olan belə mətbuat bolluğu cəmiyyətimizdə demokratik mühitin, söz və mətbuat azadlığı üçün yaradılmış əlverişli şəraitin inkişafından xəbər verir. Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə çap olunan qəzet və jurnalların böyük əksəriyyəti müxalifət yönümlüdür. Lakin burada belə bir cəhət də vurğulanmalıdır ki, ölkədə yaradılmış bu imkan və şəraitdən sui-istifadə hallarına da rast gəlinir. Ayrı-ayrı qəzetlərdə qərəzli, reallıqdan uzaq, böhtan və təhqir xarakterli materialların çap edilməsi sözfikir azadlığından sui-istifadə cəhdlərinə misal ola bilər.

Beləliklə, Ə.Əhmədovun qeyd etdiyi kimi, Azərbaycanın həqiqi demokratiyaya keçidinin vacib mərhələsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sabitliyin, əmin-amanlığın təmin edilməsi ilə başlamışdır. Həmin mərhələnin əldə edilməsi sayəsində real demokratiya quruculuğu yolunda atılmış növbəti addımlar sırasında insan hüquq və azadlıqlarının təminatı mühitinin və mexanizmləri sisteminin yaradılması və azad mətbuatın inkişafına rəvac verilməsi vacib yer tutur.

Azərbaycan Respublikasında hər kəsin vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək və bu zəmində başqaları ilə birləşmək hüquqlarının müdafiə və təmin edilməsi üçün müvafiq şərait yaradılmış və bu istiqamətdə düşünülmüş dövlət siyasəti həyata keçirilir. İndi ölkədə 360-dək qeydiyyatdan keçmiş müxtəlif dini icma fəaliyyət göstərir ki, onlardan da 337-si islam, 54-ü qeyri-islam dini birliklərdir. Bundan başqa, bir çox qeyri-ənənəvi dini icmaların qeydiyyatı müvafiq qanunvericiliyə uyğun olaraq davam etdirilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında 2001-ci ildə qeydiyyatdan keçmiş dini təşkilatların sayı 20215 təşkil etmişdir ki, onlardan 11 minə yaxını rus pravoslav kilsəsini təmsil edir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 1 iyul.- S.15.