Çindən böyük turizm
bazarı kimi yararlana
bilərik
Anna Vey: “Bu ölkədə
güclü diasporumuzun olması lazımdır”
Xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətini, tarixini, dəyərlərini və ənənələrini lazımi səviyyədə təqdim və təbliğ etmələri, yaşatmaları olduqca vacibdir. Diaspor nümayəndələrimizin dəyərlərimizə bu cür bağlılığı, identikliyini qorumaları, həm də onların diaspor şəklində təşkilatlanmaları ilə yanaşı olmalıdır. Amma təəssüf ki, 50 milyonluq soydaşımızın yaşadıqları bir sıra dünya ölkələrində hələ də yetərincə təşkilatlanmadığını müşahidə etməkdəyik. Ya da elə ölkələr var ki, orada yetərincə azərbaycanlılar yaşadıqları halda, diasporun həmin ölkələrdə varlığından və ya fəaliyyətindən danışmağa dəyməz. Bu müsahibədə haqqında söhbət açılan Çin də həmin ölkələr sırasında gəlir. Çin dünyada çox güclü mövqeyə malik aparıcı ölkələrdən biri olduğu halda, burada yaşayan soydaşlarımız hələ də lazımınca təşkilatlana bilməyiblər və arzuolunan səviyyədə Azərbaycanı bir diaspor olaraq təmsil edə bilmirlər. Yəni istisna halları və məhəlli tədbirləri nəzərə almasaq, Çində güclü və mütəşəkkil Azərbaycan diasporunun yaradılmasına çox böyük ehtiyac var. Çünki güclü dövlətlərdə güclü diasporumuzun formalaşması, bütün göstəricilər baxımından Azərbaycan mənafelərinə tam uyğundur.
Beləliklə, bu mövzuda müsahibimiz Çində yaşayan həmyerlimiz Anna Veydir.
- Öncə özünüz
və Çindəki fəaliyyətiniz barəsində məlumat
verərdiniz.
- Mən - Anna Vey, Çində artıq 3 ildir yaşayıram, Çin dilini Şanxay Xarici Dillər Universitetində öyrənmişəm. Özüm restoratoram, uzun illər restoran sahəsində işləmişəm, bu barədə demək olar ki hər şeyi bilirəm. Bu yaxınlarda fəaliyyət sahəmi turizmə dəyişməyi qərara almışam. Bir il əvvəl firma açmışam, bu yaxınlarda sayt istifadəyə vermişik. Turizm ən maraqlı və xeyirli biznesdir. Get-gedə daha çox insan yeni ölkələr görmək, yeni mədəniyyətlərlə tanış olmaq və sadəcə, istirahət etmək istəyir. Mən hələ ki Çinə biznes turların təşkilinə başlamışam. Çinin çox böyük bazarı vardır, bütün dünyadan sahibkarlar burada biznes qurmağa gəlirlər.
- Çində əsasən
hansı sahədə çalışırsınız?
- Çinə biznes turlar sahəsində çalışıram. Bu istiqamət Çində çox populyardır, bir çox xaricilər məhz Çinlə biznes qurmaq istəyirlər. Mən əlavə olaraq turizmlə məşğul olmaq istəyirəm, təkcə Çinə yox, digər ölkələrə də turlar təşkil etmək istəyirəm. Çin zəngin dövlətə çevrilib, bir çoxları digər ölkələrə getməyə başlamışlar, mən həm də ölkəmin çiçəklənməyini və burada turizmin qaydaya düşməsini istəyirəm. Azərbaycanda turizmlə məşğul olan bir çox firmalar vardır, lakin hələ mütəşəkkillik yoxdur, tərcüməçilər çatışmır, nəqliyyat qıtlığı var, hələ çox sayda turistin qəbul olunması üçün lazım olan şərait yaradılmayıb. Ümid edirəm ki, biz gələcəkdə Çin-Azərbaycan istiqamətində işləməyə başlayacağıq. Çox istərdim ki, ölkəmizi bütün dünya tanısın, bizim necə qonaqpərvər olduğumuzu və ənənələrimizi öyrənsin.
- Çindəki
adət-ənənələr və yaşam
tərzi ilə bağlı hansı fikirləriniz var?
- Çində həyat qaynayır, hamı hər yerə tələsir, hər şey və hər kəs hərəkətdədir. Mətbəx dünyada ən xeyirli mətbəxlərdən biridir, əlbəttə ki, restoranı düzgün seçmək lazımdır, çünki Çin çox rəngarəngdir, siz kəskin ədviyyatlı qidaların olduğu mətbəxə düşə bilərsiniz, bundan sonra səhəri gün də özünüzü pis hiss edərsiniz. İnsanlar gülərüzlüdürlər, xaricilərə xoş münasibət göstərirlər, öz ənənələrini unutmurlar. Çinlilərlə işləmək sadədir, onlar yeniliyə can atırlar, hər şeyi tez öyrənirlər.
Çin-Azərbaycan istiqamətində işləməyə başlayacağıq. Çox istərdim ki, ölkəmizi bütün dünya tanısın, bizim necə qonaqpərvər olduğumuzu və ənənələrimizi öyrənsin”
- İlk
dəfə gedəndə orada mədəniyyət
şoku keçirdinizmi?
- Bəli, bu şok idi, bu, on il əvvəl, mən ilk dəfə Şanxaya gedəndə baş vermişdi, Şanxay Çinin 26 milyon əhalisi olan maliyyə şəhəridir. O vaxt orada xaricilər az idi və mənə xüsusi diqqət göstərirdilər, düzdür, səni başdan ayağa süzəndə özünü bir az narahat hiss eləyirsən, lakin buna çox tez öyrəşirsən. Davranış mədəniyyətində çox sayda xoşagəlməz cəhətlər var idi, amma onlar hər il dəyişirlər, öyrənirlər və inkişaf edirlər. Bu xalq hörmətə layiqdir, o çoxsaylı aclıq illərinə, Yaponiyanın və digər ölkələrin həmlələrinə dözüb. Buna görə də onlar salamlaşanda - “işlər necədir” sualına cavab olaraq “yemək yemisən?” deyə soruşurlar. Deyəcəksiz ki çox qəribə salamlaşmadır, mən də bu xalqın tarixini öyrənənə qədər belə fikirləşdirdim.
- Çində
Azərbaycan diasporunun
varlığından
danışmağa dəyərmi?
- Düzünü desəm, mən Çində diasporumuzun olub-olmadığını bilmirəm, lakin o lazımdır. Bu, bizim Çində təhsil alan gənclərimizə kömək ola bilmək üçün lazımdır. Onlar bizim haqqımızda bilməlidirlər.
Orada Azərbaycan diasporunun təşkilatlanması və güclənməsi ciddi və aktual məsələdir.
- Yaxın ölkələrdən
hansılarının Çində güclü
diasporları var?
- Rus diasporu Çində çox güclüdür, öz həmvətənlərinə kömək edirlər, müxtəlif tədbirlərdə toplaşırlar, bir-birinə kömək olurlar. Axı Çin başqa dünyanın ölkəsidir, burada qanunlar başqadır, burada mütləq öz dövlətinin köməyi lazımdır. Burada, hətta, erməni diasporu da var. Məncə, biz öz diasporumuzu yaratmalı və Çində də öz əhəmiyyətimizi artırmalıyıq.
“Ölkəmizdə turizmlə məşğul olan bir çox firmalar var, lakin hələ mütəşəkkillik yoxdur, tərcüməçilər çatışmır, nəqliyyat qıtlığı var, hələ çox sayda turistin qəbul olunması üçün lazım olan şərait yaradılmayıb. Ümid edirəm ki, biz gələcəkdə
“Turizm ən maraqlı və xeyirli biznesdir. Get-gedə daha çox insan yeni ölkələr görmək, yeni mədəniyyətlərlə tanış olmaq və sadəcə, istirahət etmək istəyir. Mən hələ ki Çinə biznes turların təşkilinə başlamışam. Çinin çox böyük bazarı var”
- Çinin
Azərbaycanla əlaqələrini
gücləndirmək üçün
hansı işlərin həyata keçirilməsini təklif
edərdiniz?
- Çin təkliflərə açıqdır, əgər əvvəllər xarici məhsulların ölkəyə gətirilməsi qadağan idisə, indi artıq rəflər rus, Ukrayna, Avropa qida məhsulları ilə doludur. Bu böyük bazarda biz də öz yerimizi tapa bilərik.
- İqtisadi, turizm və mədəni sahədə sizcə, Çinlə hansı birgə işləri həyata keçirmək olar?
- Turizmi inkişaf etdirmək lazımdır, hazırkı mərhələdə bu, bizim ölkəmiz üçün çox sərfəli olardı. Azərbaycana çox sayda turlar təşkil etmək olar, lakin təyyarə bilətləri çox bahadır, bizim hotellər bahalıdır, buna görə də Türkiyə və əlbəttə ki Avropanın təkliflərinə üstünlük verilir. Başlanğıc üçün bu məsələləri həll etmək lazımdır, belə ki, Çinin təkcə bir şəhərində 26 milyon insan yaşayır. Çox təəssüf ki, burada bizim mətbəximiz yoxdur, amma bizim Azərbaycan mətbəximiz ən dadlı mətbəxdir. Burada nələr etmək barədə çox danışmaq olar. Əsası odur ki, bizi dinləsinlər. Biz hamımız istəyirik ki, Azərbaycan çiçəklənsin, onu bütün dünyada tanısınlar. Harada yerləşdiyimizi uzun-uzadı xəritədə göstərməli olmayaq, bəzən buna bir neçə dəqiqə sərf etməli oluruq.
İlkin AĞAYEV
Palitra.- 2016.- 12 iyul.- S. 6.