Diaspor təbliğatında sosial şəbəkələrin rolu

 

Sosial şəbəkələrdən insanlar bəzən çox süni şəkildə istifadə edirlər”

Ötən əsrin 80-90-cı illərində Avropada əhalinin daha çox toplaşdığı yerlərdə ictimai lövhələr qoyulurdu. Əgər kimin ağlına nəsə faydalı ictimai fikir gəlirdisə, bura yazırdı. İnternetin yaranması ilə bu lövhələri sosial şəbəkələr əvəz etdi. Belə desək, insanlar iki-realvirtual həyat yaşamağa başladılar. Bununla yanaşı, ictimai həyat da reallıqdan virtuallığa doğru yol aldı. Əslində, elə sosial şəbəkələrin yaranmasına əsas səbəb ictimai fikrin virtual aləmə daşınması oldu.

Bu gün artıq sosial şəbəkələr insanların həyatının bir hissəsinə çevrilib. Eyni zamanda sosial şəbəkələr hazırda ən aktiv vurtual təbliğat formalarından biri hesab olunur. Belə bir vəziyyətdə maraqlıdır ki, xaricdəki soydaşlarımız diaspor siyasətinin həyata keçirilməsi işində sosial şəbəkələrdən kimi yararlana bilirlər?

Dünyanın ən məşhur istifadəçisi ən çox olan sosial şəbəkəsiFacebook”dur, deyə burada bu baxımdan müşahidələr apardıq. Axtarış etdikdə “Diaspora Azerbaijan”, “Azeri diaspora”, “Azerbaycanili,” “Dunya azerbaycanlilari s. adda profil qruplara rast gəlmək mümkündür. İsveçdə fəaliyyət göstərən Vahid Azərbaycan Dərnəyinin sədri Aygün Coşqun dedi ki, bəzi zamanlar sosial şəbəkələrdən çox gözəl bəhrələnirlər: “Amma bəzən bəhrələnmək o yana qalsın, adamı peşman edirlər... Sosial şəbəkələrdən insanlar bəzən çox süni şəkildə istifadə edirlər, sırf öz məqsədləri üçün, heç bir şeyi düşünmədən”. Onun sözlərinə görə, sosial şəbəkələrdə bizdə priortet müzakirələr daha çox ictimai-siyasi xarakter daşıyır: “Sosial şəbəkə əlahiddə bir şey deyil. Bu, cəmiyyətin özünün virtual inikasıdır. Sosial şəbəkələrdə indiki müzakirələr şəxsən məni qane etmir. Təbii ki, buna müdaxilə etmək olmur. Çünki insanları maraqlandırırsa, ona uyğun istiqamətlənirlər”.

O, xarici ölkələrdə insanların sosial şəbəkələrdən daha çox öz karyerası biznesini qurmaq, eləcə özünütəsdiq üçün istifadə etdiklərini vurğuladı.

VAD sədri insanları cəmiyyətə daha çox fayda verən istiqamətə yönəldən müzakirələrin aparılmasını məqsədəuyğun hesab edir.

 

Diaspor nümayəndələri sosial şəbəkələrdən sistemli şəkildə istifadə etmirlər

İsveçdəkiArazTv”nin rəhbəri, prodüsser Rahim Sadıqbəyli diasporumızun hələ sosial şəbəkələrdən tam lazımınca faydalana bilməməsindən təəssüflənir. Ayrı-ayrı insanlarımızda bir yaxınlaşma canlanmanın hiss olunduğunu istisna etməyən soydaşımız bunun da məişət səviyyəsindən hələ o tərəfə gedib çıxmadığını dedi: “Çox maraqlıdır ki, bütün dünyanın həm tanınmış tanınmamış şirkətləri, biznes mərkəzləri həm hökumət qeyri-hökumət təşkilatları, eləcə federasiyalar, dərnəklər bu kimi qeyri-kommersial təşkilatlar bu şəbəkələrdən həddindən artıq çox istifadə edirlər. Bununla onlar ölkələrinin, şirkətlərinin, eləcə təşkilatlarının həm tanınmasına, həm inkişafına çox böyük dəstək olurlar. Yuxarıda da qeyd etdiyim kimi, ayrı-ayrı diaspor nümayəndələri çox fəaldırlar, amma bunu sistemli şəkildə demək, təəssüflər olsun ki, çox çətindir”.

 

Ənənəvi diaspor fəaliyyətləri artıq heç kimin diqqətini cəlb etmir

 

Facebookfəalı, Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Vətəndaşların Avropa Forumunun qurucusu Natiq Bayramovsa qəzetimizə açıqlamasında diasporumuzun sosial şəbəkələrdən bəhrələnməyə çalışdığını bildirdi: “Amma yenə diaspor təşkilatlarının fəaliyyətləri mahiyyət etibarilə düzgün qurulmadığından sosial şəbəkələrdəki fəaliyyətləri səmərəsiz olur. Diasporumuzun fəaliyyət dairəsi çox dardır. Yenilikçi ideyalar yaranmır, yaransa da bunların həyata keçirilməsi üçün mütləq Azərbaycan hökuməti tərəfindən dəstəklənməsi gözlənilir. Bunlar yanlış meyillərdir”.

Onun fikrincə, bütün sahələri əhatə edən çoxşaxəli vətəndaş təşəbbüsləri olmalıdır: “Bunlar müstəqil fəaliyyət göstərməli öz fəaliyyətləri ilə Azərbaycanın milli maraqlarını tamamlamalıdırlar. Bu təşəbbüslər Azərbaycan hökuməti tərəfindən müxtəlif formalarda dəstəklənə bilər, amma bu dəstək onların müstəqilliyinə xələl gətirməmək şərtilə göstərilməlidir. Məhz bu halda yaradıcılıq yenilikçilik üçün münbit zəmin yaranar bu qabiliyyətlərin reallaşdırılmasının ən əlverişli platformlarından olan virtual platformda da Azərbaycan diasporunun səmərəli fəaliyyətinin şahidi olarıq”.

N.Bayramov etiraf edir ki, ənənəvi diaspor fəaliyyətləri artıq heç kimin diqqətini cəlb etmir: “Xüsusilə başqalarının gündəliyinə cavab vermək addımları ilə ayaqlaşmağa çalışmağa köklənmiş fəaliyyətlər... Bütün sahələrdə olduğu kimi, bu sahədə uğur qazanmaq üçün yaradıcılığa yenilikçiliyə ehtiyac var. Yaradıcılıq yenilikçilik isə çərçivələri nəzarəti sevmir. Bunun üçün təşviqat lazımdır”.

İnformasiya-kommunikasiya texnologiyalarının şəxsi ictimai həyata təsir imkanları yüksələn xətlə inkişaf edir. Müasir İKT-nin imkanlarından istifadə etməklə dünya azərbaycanlıları arasında iki çoxtərəfli əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması, azərbaycanlıların intellektual potensialının ümummilli mənafelərin reallaşdırılması üçün səfərbər edilib. Demək olar ki, əksəriyyət üçün internet deyəndə ilk ağıla gələn sosial şəbəkələrdir. Xüsusən mobil telefonlara internetin çıxış imkanı asanlaşdığından sosial şəbəkələr daha çox insanların həyat amalına çevrilib. Bu kimi imkanlar yarandığı halda diasporumuza sosial şəbəkələrdə təbliğatın aparılması üçün bir fürsət yaranıb. Artıq virtual təbliğat üçün mobil imkanlar belə, var. İstənilən sosial şəbəkənin mobil versiyasından istifadə etməklə təbliğat aparmaq olar. Ayrıca sosial şəbəkələrdə müxtəlif müzakirələr, informasiya mübadiləsi aparmaq da mümkündür.

Qeyd etdiyimiz kimi, sosial şəbəkələrdə diasporla da bağlı qruplar yaradılıb. Lakin təkcə qrupu yaratmaq şərt deyil. Onun dəstəklənməsi, əlaqələrin qurulması, insanları müzakirələrə cəlb etmək, artıq ciddi tələb edir. Məhz bu fəaliyyətlər davamlı olmadığına görə, bir çox qruplarFacebook”da ad olaraq qalıb.

 

Azərbaycan diasporunun özünü sınaması üçün yeni sosial şəbəkə

 

Nəzərə çatdıraq ki, hazırda "Diaspora" adlı sosial şəbəkə fəaliyyət göstərir. "Diaspora"nın interfeysi "Facebook" "Twitter"in qarışığına bənzəyir. Lakin bu sosial şəbəkənin prinsipial fərqi odur ki, istifadəçinin məlumatları ümumi yenilənmə lentinə yerləşdirilmir, "aspekt"lərə bölünür. "Aspektlər" isə müxtəlif qruplardır. Bundan başqa, "Diaspora" istifadəçinin fərdi informasiyasının təhlükəsizliyinə təminat verir. "Anti-Facebook" imicinə rəğmən "Diaspora" artıq "Facebook" "Twitter"lə inteqrasiya edilib. İstənilən istifadəçi hansı informasiyaya hər kəsin, hansı məlumatlara yalnız dostlar ya istifadəçinin özünün çıxış əldə edə biləcəyini nizamlaya bilər. İstifadəçi sistemdə özünə aid bütün məlumat faylları (foto, video) saxlayacağı serverini nizamlamaq imkanına malikdir. Xatırladaq ki, "Diaspora" layihəsini Nyu-York Universitetinin bir qrup tələbəsi yaradıb. Hər halda, bu sosial şəbəkədə təbliğat aparmaq üçün Azərbaycan diasporu özünü sınaya bilər.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2016.- 19 iyul.- S.11.