"Sarı Gəlin"
mahnısı Tayvanda səsləndirilib
Ənənəvi
olaraq hər il yay aylarında Tayvanın şimal-şərqində
yerləşən Yi-lan dairəsinin Dong-Shan River Chin-shue Park mərkəzində
“Yi-lan Beyəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə
Festival 2016” keçirilir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Sinshuy çayının sahilində təşkil olunan bu festival müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilə də uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.
İyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər
Mədəniyyət və Turizm Baş İdarəsinin 11 saylı Musiqi Məktəbi və V.Mustafazadə
adına 2 saylı Uşaq İncəsənət
Məktəbinin şagirdlərindən ibarət birləşmiş
“Aysel-Buta” Folklor qrupunun üzvləri təmsil edir.
ABŞ,
Kanada, Rusiya, Yaponiya, Meksika, Filippin, İndoneziya, Koreya, Tayland,
İran, Hindistan, Slovakiya, Arqentina, Braziliya, Venesuela, Kolumbiya,
Gürcüstan və s. ölkələrdən gələn
müxtəlif kollektivlərlə yanaşı, Azərbaycanın
“Aysel-Buta” Folklor qrupunun çıxışları, milli rəqsələrimizin
və xüsusilə də “Sarı gəlin”
mahnısının ifası xarici tamaşaçıların
böyük marağına səbəb olub və onlar da yadda
qalan xoş təəssürat yaradıb.
Festival
həmçinin, ölkəmizin qədim və zəngin mədəniyyətinin
təbliği, habelə milli musiqi alətlərinin, rəqslərinin
və milli geyimlərinin nümayişi üçün əlverişli
fürsət yaradıb.
Qeyd
edək ki, avqustun 15-dək davam edəcək festival
çıxışlarla yanaşı, iştirakçı
ölkələrin Tayvanın mədəni həyatı ilə
tanış olması üçün yerli ekskursiya və qrup
gəzintiləri kimi bir sıra mədəni tədbirlərin
təşkilini də nəzərdə tutub.
Palitra.-2016.- 21 iyul.- S.16.