“Tədqiqatçıların
stimullaşdırılması tədqiqatların
məhsuldarlığını şərtləndirir”
Cavadxan Qasımov: “AMEA
Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsində işin əlverişliliyinin
təmin olunması üçün əməkdaşlar
səmərəli fəaliyyət göstərir”
Layihə
çərçivəsində müsahibimiz AMEA
Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə
fəlsəfə doktoru, dosent Cavadxan Qasımovdur.
-Öncə özünüz və
aldığınız təhsil, elmi fəaliyyətiniz
barəsində ətraflı məlumat verərdiniz.
- Mən,
Qasımov Cavadxan Yusif oğlu 1981-ci ildə Culfa rayon Saltaq kəndində
ziyalı ailəsində anadan olmuşam. 1987-ci
ildə Saltaq kənd orta məktəbinin 1-ci
sinfinə daxil olmuşam. 1998-ci ildə orta məktəbi
fərqlənmə attestatı ilə bitirdikdən sonraNaxçıvan
Dövlət Universitetinə qəbul olmuşam. İqtisad-hüquq fakültəsində
iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə
təhsil almışam. Təhsil aldığım
müddətdə NDU-nun Heydər Əliyev adına
YAP Gənclər Təşkilatının sədri, universitet üzrə
Tələbə Şurası sədrininmüavini və İqtisad-hüquq fakültəsində
Tələbə Elmi Cəmiyyətinin sədri
vəzifələrində uğurlu fəaliyyət
göstərmişəm. 2002-ci ildə NDU-nu fərqlənmə diplomu ilə
bitirdikdən sonra adıçəkilən təhsil
ocağının magistratura şöbəsinə
qəbul olmuşam. Vətən qarşısındakıborcumu yerinə
yetirmək üçün həmin il möhlət hüququ almışam. Həqiqi
hərbi xidməti bitirərkən N saylı Korpusun komandiri tərəfindən
Fəxri fərmana layiq görülmüşəm.
2003-cü ildə xidmətdən qayıtdıqdan sonra magistr təhsilimi
də fərqlənmə diplomu ilə bitirdim.
2003-cü ildə AMEA Naxçıvan Bölməsinin
Təbii Ehtiyatlar İnstitutunda əmək fəaliyyətimə
başlamışam. Yeni Azərbaycan
Partiyasının fəal üzvüyəm. Bölmənin elmi və ümumi işlərində
yaxından iştirak edirəm. Naxçıvan Muxtar Respublikası
və eləcə də respublikamızin səviyyəli bir çox mətbuat
və televiziya (eyni zamanda radio)
vasitələrində müxtəlif mövzularda məqalələr çap etdirmiş və
çıxışlar etmişəm. Dövlətimizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı
uğurları yaxından izləyir, seçki orqanlarında
məntəqə sədri, sınaq və buraxılış
imtahanlarında isə zal nəzarətçisi və imtahan rəhbəri olaraq fəaliyyət
göstərmişəm.
Hal-hazırda AMEA Naxçıvan
Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisiyəm.
2010-cu ildə fəlsəfə doktorluq dissertasiyasını uğurlu müdafiə
edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi
almışam. 2013-cü ilin oktyabr ayından
isə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri kimi fəaliyyət
göstərirəm. Həmin ildən həm də AMEA
Naxçıvan Bölməsində fəaliyyət
göstərən Gənc Alimlər və
Mütəxəssislər Şurasının sədr müavini seçilmişəm.
-İxtisasınızla
bağlı hansı fikirləriniz var?
- Qeyd edim ki, müasir dövrün iqtisadi problemlərinin
öyrənilməsi, ölkələrin dayanıqlı,
müqavimətli və uzun illərə hesablanan inkişafının
zəruri istiqamətlərinin
müəyyənləşdirilməsi, güclü sosial baza formalaşdırılması
məsələləri, innovativ inkişafına
əlverişlizəmin yaradılması tədbirləri,
təbii sərvətlərin qiymətləndirilməsi və
səmərəli istifadəsindən ibarət
çoxşaxəli iqtisadiyyatın
formalaşdırılması məsələləri
məndə iqtisadiyyat sahəsində ixtisaslı kadr olmağa böyük maraq yaratdı
və ölkəmizin müasir sosial-iqtisadi inkişaftempi məndə bu sahədə ciddi stimula çevrildi.
Elə bu yolda inamla addımlamaq mənim
gənc iqtisadçı olaraq formalaşmağımda
əsas rola malik oldu. Bu mənada 1998-2002-ci
illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad-hüquq fakültəsində
iqtisadiyyatın tənzimlənməsi ixtisasını
almışam. İqtisadçı olmaq çox çətin, bununla yanaşı,
məsuliyyətli və şərəfli bir peşədir.
Əgər bunun çətinliyi sosial-iqtisadi təhlillərin
aparılmasında dəqiqlik, incəlik və həssaslıq
tələb etməsindədirsə, məsuliyyətliliyi
ayrılıqda hər bir fərdin, bütövlükdə
isə böyük bir cəmiyyətin iqtisadi maraq və
mənafelərini ifadə edəcək iqtisadi nəticələr
çıxara bilməkdə, şərəfliliyi isə düşünülmüş idarəetmənin
qazandırdığı nailiyyətlərin
qarşıdakı illər və gələcək
dövrlər üzrə pozitiv proqnozların
verilməsində bir iqtisadçıkimi mövqe bildirməkdən,
yəni iştirakçı olmaqdan ibarət ola bilər.
Bütün bunları
əsas tutaraq, iqtisadiyyatın tənzimlənməsi
ixtisası üzrə bakalavr və magistr pillələri
üzrə ali təhsilimi davam etdirdim.
Ardıcıl illərin gedişində sanki talenin mənə elm sahəsində bu potensialımdan
istifadə etmək qismətini də gördüm. Belə ki,
2003-cü ildə həqiqi hərbi xidmətimi başa vurduqdan sonra Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsində
əvvəlcə laborant, sonra böyük laborant,
ardınca kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi kimifəaliyyət
göstərməyə başladım.
Qeyd edim ki, iqtisadi proseslərin
ardıcıl davamlılığının təminatı
istiqamətində, bunun isə daha çox sosial mahiyyətli
olması əsası ilə tədqiqatların
aparılmasında maraqlı oldum. Ölkə
iqtisadiyyatının da, Prezident İlham Əliyevin
də prioritet kimi seçdiyi insankapitalının
və potensialının inkişafı və davamlılığının
təmin olunmasında zəruri amil və
vasitələrdən səmərəli istifadə
yollarının araşdırılması, faydalı
məşğulluq səviyyəsinin yüksəldilməsi
və potensialının artırılması məsələlərinə
diqqəti artırdım. İqtisadiyyatın aparıcı
sahələrində məşğulluq potensialına
töhfə verəcək amilləri araşdırdım. Bu sahədə aqrar sektoru tədqiqat obyekti kimi seçdim.
Yaşadığım Naxçıvan Muxtar Respublikasının
materialları əsasında “Məşğulluq probleminin həllində aqrar sektorun rolu”
adlı dissertasiyamövzusunu tamamlayıb, 2010-cu
ildə müdafiə etdim və iqtisad üzrə
fəsləfə doktoru alimlik dərəcəsi
aldım. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında,
yəni əsas makroiqtisadi göstərici olan Ümum Daxili Məhsulun strukturuna diqqət
edərkən aydınolur ki, muxtar respublikanın iqtisadi potensialı güclüdür və bir çox sahələrin istehsal həcmi durmadan artmaqdadır. Bu mənada qeyd edə
bilərik ki, iqtisadiyyatın sənaye sahəsi həmin strukturda ilk yerdə
təşəkkül tapmışdır. Növbəti
yerləri isə tikinti sahəsi və kənd
təsərrüfatı sahəsi olaraq təşkil
etməkdədir. Təbii ki, Naxçıvan Muxtar Respublikası,
əsasən, aqrar bölgə olmaq etibarı
ilə sənayenin ilk yerdə təşəkkül
tapması burada iqtisadiyyatın mezoiqtisadi əhəmiyyətinin çox güclü olmasının
və sənaye potensialının güclü, busahədəki infrastrukturun isə böyük təsirə malik olmasının
hesabınadır. Əsas prioritet isə
qarşıdakı illərdə ÜDM-in strukturunda kənd
təsərrüfatının yerinin irəliyə doğru gedişinin təmin
edilməsidir.
Naxçıvan Muxtar Respublikasının
iqtisadiyyatında aqrar sektorun maksimal imkanlarının
araşdırılması onun əmək
ehtiyatlarından istifadənin yetərlilik səviyyəsinin
artırılması perspektivlərinin öyrənilməsi
və nəticə etibarı ilə səmərəli
məşğulluq səviyyəsinin yüksəldilməsi
yollarının tədqiqi baxımından çox əhəmiyyətlidir. Qeyd edək ki, muxtar respublikanın
kənd təsərrüfatının inkişaf etdirilməsi üçün kifayət
qədər potensialı vardır. Bir faktı
göstərə bilərik ki, burada əsas
əkinçilik bölgəsi Arazboyu düzənlik hesab olunur vəbütün əkinçilik
məhsullarının təxminən 90%-dən
artığı bu ərazinin payına düşür.
Sədərək və Ordubad rayonlarının
arasındakı böyük bir ərazini
əhatə edən bu sahə muxtar respublika iqtisadiyyatının aqrar sektorunun inkişafında
həlledici rola malikdir.
- Tədqiqat
apardığınız sahə barəsində hansı
fikirləriniz var?
- Elmi dövriyyənin
əhatə dairəsinin genişliyi, yeni tədqiqatçıların
elmə dəvət edilməsi, maraq doğuran və
həvəs yaradan sahələrə cəlb
edilməsi, fəaliyyətlərində
stimullaşdırılması, bu sahədəki
tədqiqatların məhsuldarlığının və intensivliyinin təmin
olunmasını şərtləndirməkdədir. Bu mənada ümummilli liderimiz böyük Heydər
Əliyevin Azərbaycanın dövlət siyasətində
elmə xüsusi yer verməsi, AMEA-nın
regionlardakı bölmələrinin və elmi mərkəzlərin
təşkilatlanması istiqamətində qətiyyətli
tədbirlərin həyata keçirilməsinixüsusi qeyd etmək
lazımdır. Bu sahədə 2002-ci ildən təsis
edilən AMEA Naxçıvan Bölməsinin müstəsna
əhəmiyyətini ayrıca vurğulamaq istərdik. Burada fəaliyyət
göstərən elmi və texniki personalın, eyni zamanda mövcud olan səmərəli
idarəetmənin önəmini xüsusivurğulamaq lazımdır. Qeyd etmək
lazımdır ki, AMEA Naxçıvan Bölməsində
səmərəli işin təşkili buradakı
elmi-tədqiqat institutlarının yerinə yetirdiyi vəzifələrin
faydalılığı əsasında daha da güclənməkdədir. Fəaliyyət
göstərdiyim AMEA Naxçıvan Bölməsinin TəbiiEhtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsində işin əlverişliliyinin
təmin olunması üçün əməkdaşların
səmərəli fəaliyyətini qeyd etmək
yerinə düşər. Şöbəmizdə bir dosent, bir fəlsəfə doktoru fəaliyyət
göstərməkdədir. AMEA-nın müxtəlif
tədqiqat institutları və müəssisələrinin aspirant və
dissertanları olaraq təhsilini başa vuran gənc
alimlərimiz dövlətin elmə olan yüksək
qayğı və diqqətindən ruhlanmaqdadırlar.
Bütün dövrlərdə
ən əsas məsələ gənclərin təhsilə,
elmə ruhlandırılması, insan potensialının
inkişafı, savadlılıq səviyyəsinin
yüksəlməsi, intellektual mülkiyyətin böyük təsirə malik olmasından
ibarətdir. Bu mənada insan amilinin inkişafına
təsir edən vasitələr içərisində İKT-nin imkanlarının,
təhsil səviyyəsinin yüksəldilməsinin, onun gənclərin dünyagörüşünün artırılması
istiqamətindəki təsirinin çoxaldılmasının
önəmi də olduqca qaçılmazdır.
İlkin AĞAYEV
Palitra.-2016.-1 iyun.-S.11.