Elektron Universitetsistemi UNEC-i fərqləndirən bir modeldir

 

Professor Ədalət Muradov: “Məqsədimiz yeni dərs ilindən UNEC- müasir tələblərə cavab verən strukturla işə başlamaqdır

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin yekunları müzakirə edilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda Azərbaycan Dövlət İqtisad Universitetində tədrislə bağlı məsələlərə toxunacağıq. UNEC rektoru, professor Ədalət Muradov il ərzində görülən işlərdən danışıb. Struktur dəyişikliklərindən söz açan rektor bildirib ki, tədris ilinin sonuna qədər proses yekunlaşacaq:

Məqsədimiz yeni dərs ilindən UNEC- müasir tələblərə cavab verən strukturla işə başlamaqdır. Biz Azərbaycanda ilk dəfə olaraq, UNEC- təhsil klaseri yaratmağa iddialıyıq”- deyən Ə.Muradov universitetin filiallarında görülən işlərdən danışıb: “2015-ci ilin noyabrında Rusiya Federasiyası Elm Təhsil Nazirliyinin əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilib. Bu il Dərbənd filialına qanuni əsaslarla tələbə qəbulu həyata keçiriləcək. Prezidentin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə ali təhsil müəssisələrinin mövcud maddi-texniki kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı UNEC-ə verilib. Yeni tədris ilində Zaqatala filialına 200 tələbə qəbulu üçün yer ayrılıb. Filialda ümumi iqtisadiyyat, biznes, maliyyə mühasibat ixtisasları üzrə qəbul həyata keçiriləcək”.

 

III tədris binası 24 ay ərzində müasir tələblərə

cavab verən bina ilə əvəz ediləcək

 

RektorElektron Universitetmodelinin UNEC-in əsas tədris binasında pilot layihə kimi həyata keçirilməsini 2015/2016-cı tədris ili üçün ən əlamətdar hadisələrdən biri hesab etdiyini bildirib: “Elektron Universitetsistemi UNEC-i fərqləndirən bir modeldir. Bu gün tədris binasının 57 auditoriyasındaElektron Universitetmodeli müvəffəqiyyətlə tətbiq edilir. Yeni tədris ilindən sistem digər iki tədris binasında da tam tətbiq olunacaq. III tədris binası isə sökülərək, 24 ay ərzində müasir tələbələrə cavab verən bina ilə əvəz ediləcək”. İlk dəfə UNEC- tətbiq edilən diferensial əməkhaqqı sistemindən danışan rektor, iyul ayının 1-də sistemin bütün göstəricilərinin ictimaiyyətə açıqlanacağını bildirib. Ə.Muradov UNEC tələbələrinin beynəlxalq dərəcəli əlavə diplom almaq imkanlarından söz açıb. Bu tədris ilində 6 tələbənin dünyanın nüfuzlu London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramı üzrə təhsil aldığını bildirib. Eyni zamanda, tələbələrin yeni tədris ilində Fransanın nüfuzlu Montpellier Universiteti ilə ikili diplom proqramına qoşula biləcəklərini vurğulayıb. Tədris təlim texnologiyaları üzrə prorektor, professor Damət Bağırov 2015/2016-cı tədris ilinin yekunları barədə hesabatla çıxış edib. İmtahan sessiyasına hazırlıqdan söz açaraq bildirib ki, yay imtahan sessiyasında şəffaflığı obyektivliyi təmin etmək məqsədi ilə universitetinQaynar xəttxidmətinin fəaliyyəti gücləndiriləcək bütün tədris binalarında qərargahlar yaradılacaq. İmtahanlar ictimaiyyət nümayəndələrinə açıq keçiriləcək.

 

İnzibati heyətdə çalışanlar müəllim kimi yalnız 0,5 ştat üzrə işləyə bilər

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi idarə edilməsi mərkəzinin direktoru Raqif QasımovElektron Universitetsistemində müəllimlərin şəxsi kabinetinə yüklənən məlumatlara dair hesabat verib. Bildirib ki, 2015/2016-cı tədris ilində Maliyyə mühasibat fakültəsi üzrə cəmi 60 faiz müəllim sistemdən fəal istifadə edib. R.Qasımov müəllimlər üçün iyunun 15-dən etibarənElektron Universitetsistemindən istifadə təqdimatların hazırlanması üzrə təlimlər təşkil ediləcəyini qeyd edib. Tədbirdə kafedralar üzrə üzrlü üzrsüz səbəbdən dərslərin boş keçməsi, əvəzləmə dərsdən yayınmalarla bağlı məlumatlar dinlənilib. Rektor bundan sonra dərslərin boş keçməsi ilə bağlı Audit şöbəsinin həftəlik hesabatının kafedra müdirlərinə təqdim edilməsinə dair göstəriş verib. Yeni tədris ilində dərs yüklərinin paylanması dərs saatları barədə ətraflı məlumat dinlənildikdən sonra bildirilib ki, inzibati heyətdə çalışanlar müəllim kimi yalnız 0,5 ştat üzrə işləyə bilər. Tapşırılıb ki, bir həftə ərzində müəllimlərin sillabusları saytda yerləşdirilsin çap edilsin. Müzakirələrdə bildirilib ki, yeni tədris ilində tələbə biliyinin bir neçə kriteriyalar üzrə qiymətləndirilməsi təkmilləşdiriləcək.

 

UNEC- imtahan

sessiyasınaİctimai Nəzarət Şurasınəzarət edir

Onu da qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində 2015/2016-cı tədris ilinin yay imtahan sessiyasına start verilib. UNEC- imtahan sessiyasında tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması məqsədiləİctimai Nəzarət Şurasıyaradılıb. UNEC- təşkil olunan yay imtahan sessiyasının monitorinqini, qiymətləndirilməsi nəzarət səlahiyyətlərini bu qurum həyata keçirəcək. Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq, nəticələri qiymətləndirəcək. İctimaiyyət nümayəndələri, valideynlər, KİV qeyri-hökümət təşkilatlarının nümayəndələri şikayət təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya biləcəklər. Daxil olan müraciətlər mütəxəssislər tərəfindən operativ şəffaf araşdırılaraq, qısa zamanda müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apelyasiya Komissiyasının işinə nəzarəti Şura həyata keçirəcək. Şura imtahan dövründə universitetin Qaynar xətt xidmətinin (146-1-3) fəaliyyətinə nəzarət edəcək. İmtahanlara nəzarət UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparılacaq. İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi olmadan yayılmayacaq.İctimai Nəzarət Şurası”nın üzvləri ilə görüşən rektor, professor Ədalət Muradov bildirib ki, İctimai Nəzarət Şurasıın yaradılması UNEC- keçirilən imtahan prosesində ictimai nəzarəti təmin etməyə xidmət edəcək. Ə.Muradov monitorinqlər zamanı qarşılaşdıqları halların olduğu kimi, ictimaiyyətə çatdırılmasını Şura üzvlərinə tövsiyə edib. İstəyimiz obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır. Rektor qeyd edib ki, hədəfimiz UNEC-i dünya səviyyəli universitet sıralarında görməkdir. Görüşün sonunda İctimai Nəzarət Şurasının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə Şura üzvləri tərəfindən təkliflər verilib.

 

Vəli Vəliyev:

İmtahan tam şəffaf keçir proses zamanı neqativ hallara rast gəlinməyib

 

Dünən Universitetdə 2015-2016-cı tədris ili üzrə yaz semestrinin imtahan sessiyalarına start verilib. “UNEC İctimai Nəzarət Şurasıüzvləri gün ərzində universitetin bütün tədris binalarında imtahan prosesinə nəzarət edib. UNEC-in əsas binasında keçirilən ilk imtahanda Maliyyə mühasibat fakültəsinin Azərbaycan rus bölməsi üzrə 150-ə yaxın tələbəsi biliyini sınayıb. 1-ci 4-cü kurs tələbələrinin iştirak etdiyi imtahana hər qrup üzrə 1məsul şəxs, 4 nəzarətçi, 1 tyutor 1 dekan müavini nəzarət edib. Tələbələrin işini asanlaşdırmaq məqsədilə imtahan sualları öncədən universitetin saytında yerləşdirilib. İmtahan zamanı tələbələr əlavə olaraq qələm kağızla təmin edilib. Universitetin digər korpusunda təşkil edilən imtahanda isə 220 tələbə iştirak edib. İmtahanın gedişini hər qrup üzrə 3 nəzarətçi dekanlar izləyib. İmtahanda yalnız 25 faiz davamiyyəti olmayan tələbələrin iştirakına icazə verilməyib. İmtahanı izləyən “UNEC İctimai Nəzarət Şurası”nin üzvü, “XXI ƏsrTəhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyevin sözlərinə görə, imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub. Bildirib ki, tələbələrlə söhbətdə bunun şahidi olduq. Tətbiq olunan imtahan metodu şəffaflığın təmin olunmasına xidmət edir. UNEC rəhbərliyi tələbə, müəllim valideynlərin Şura ilə əlaqələrini yüksək səviyyədə qurub. Monitorinq qaynar xəttə daxil olan müraciətlər əsasında imtahanların gedişatına gündəlik qiymət veriləcək.Gündəlik monitorinqin nəticələri barədə KİV-lərə məlumat verəiləcək.Səsİnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev bildirib ki, imtahan tam şəffaf keçir proses zamanı neqativ hallara rast gəlinməyib: “İmtahan zamanı Şüra üzvlərinin tələbələrlə rahat ünsiyyət qurmasına şərait yaradılıb”. UNEC-də imtahan sessiyası iyul ayının 4-də yekunlaşacaq.

 

Anar Miriyev

Palitra.-2016.-2 iyun.-S.11.