Azərbaycandan Türkiyəyə turizm çağırışı
Səyahət
və Turizm Peşəkarları Beynəlxalq
Assosiasiyasının ("Skal İnternational") Bakı
klubunun Azərbaycan üzrə nümayəndəsi, “Park
İnn” hotelinin meneceri Ahməd Can Yeşildağın təşkilatçılığı
ilə keçirilən tədbirdə
çıxışı zamanı o, Bakının 17-19 iyun
2016-cı il tarixləri arasında “Formula 1”
yarışlarına ev sahibliyi edəcəyini bildirib: “Bu mənada
bütün hazırlıqlar tamamlanır.
Azərbaycan dövləti çox
ciddi investisiyalarla
şəhərdə turizmi də inkişaf etdirmək üçün
əhəmiyyətli addımlar atır. Biz
də turizm elçiləri olaraq belə əhəmiyyətli tədbirlərə
özümüzü hazırladıq.
Türkiyədə Azərbaycanın daha
yaxşı tanıdılması məqsədilə türk xalqını buranı görməyə
dəvət edirik. Müvafiq
qiymətlər və yaxşı bir imiclə
Azərbaycan turizmini ayağa
qaldıracağıq. Türkiyəli qardaşlarımızı
Azərbaycanda gözləyirik və onlara
qapımız və könlümüz
açıqdır”. Azərbaycan
Sağlamlıq və Termal Turizminə Dəstək
Assosiasiyasının sədri Ruslan Quliyev, Baku City
Circult-un səlahiyyətli nümayəndələri
Bülent Özedim və
Nigar Apradarai də “Formula 1” yarışlarının bütün infrastruktur
işlərinin başa
çatdırıldığını bildiriblər: “Formula” yarışları çox
çətindir. Bunun üçün
qüsursuz bir xidmət
təqdim etməyə çalışırıq. 40 min insanın Azərbaycanda “Formula
1” yarışlarını izləməsi üçün
hazırlıq görülüb. Xaricdən
15 min nəfərin gəlməsini
gözləyirik. Azərbaycanda ölkənin səlahiyyətli
şəxsləri turizmin inkişafı üçün əhəmiyyətli səylər
göstərir”. Azərbaycandakı Türkiyə
səfirliyinin müşaviri Meral Barlas isə Türkiyənin
Azərbaycan ilə əlaqələrinin çox
mükəmməl bir şəkildə davam etdiyini və iki ölkənin bir-birinə olan
yaxınlığını hər insanın yaşayaraq
gördüyünü ifadə edib və türkləri Bakını və Azərbaycanı
görməyə dəvət edib.
Nigar
Palitra.-2016.-2 iyun S.4.