İlin tələbə müəllimi” müsabiqəsinin qalibləri seçildi

 

Dərnəklərin universitet həyatında və tələbələrin çoxtərəfli inkişafında mühüm rolu var

 

Qafqaz Universitetində tələbələrin təşkil və idarə etdiyi 30-dək dərnək fəaliyyət göstərir. Bu dərnəklərin təhsilin səviyyəsinin daha da yüksəldilməsində mühüm rolu var.

Ümumiyyətlə, tələbələrin, gənclərin müxtəlif sahələrlə bağlı inkişafını təmin etmək üçün onların təhsil aldıqları ali təhsil müəssisələrində müxtəlif sahələr üzrə dərnəklərin fəaliyyəti də xeyli dərəcədə önəmli rol oynayır. Bu baxımdan Qafqaz Universitetində fəaliyyət göstərən dərnəklərin fəaliyyəti barədə məlumat vermək yerinə düşərdi.

Qeyd edək ki, universitetdə bir neçə bu cür klubya dərnək fəaliyyət göstərir. Məsələn, İdman Dünyası Klubu 2007-ci ildən fəaliyyət göstərir. Klubun əsas fəaliyyət istiqamətləri universitet tələbələri arasında müxtəlif idman növləri üzrə birinciliklər, spartakiadalar, çempionat və turnirlər təşkil etmək, ölkəmizdə keçirilən idman yarışlarında, o cümlədən universitetlərarası universiadalarda onların iştirakının təmin edilməsinə yardım etmək, idman şöbəsinin fəaliyyət planında olan tədbirlərin həyata keçirilməsinə kömək göstərmək, hər ay “Ayın idman qonağı” rubrikası ilə bağlı tanınmış idmançılarla universitetdə tələbələrin görüşünü təşkil etməkdir. Ədəbiyyat klubu 2002-ci ildən fəaliyyət göstərir. Klubun əsas fəaliyyət istiqaməti universitetdə ədəbi-bədii gecələrin təşkili, ədəbiyyatşünaslıq və dilçiliyə, dünyada baş verən mühüm ədəbi proseslərə dair yenilikləri yaymaq, ədəbi simaları və onların sənət mümunələrini tanıtmak, müxtəlif ədəbi janrlara maraq göstərən gənc yazarları şeir, hekayə və məqalə yarışmaları vasitəsilə üzə çıxarmaq, onların əsərlərini klubun nəşri olan ‘’Bulaq’’ jurnalında dərc etmək, Azərbaycan ədəbiyyatının dünəninə baxmaqla bu gününü obyektiv qiymətləndirməyə imkan verən ədəbi əsərlərin müzakirəsini təşkil etmək, universitet əməkdaşlarının hədiyyəsi olan, oxucularda maraq doğuran ədəbi əsərlərdən ibarət kitab rəfini tələbələrin istifadəsinə hazırlamaqdır. Ekologiya klubu 2005-ci ildən fəaliyyət göstərir. Klubun əsas fəaliyyət istiqamətləri ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsini tənzimləmək, canlılara dair zəruri bilik və bacarıqlar mənimsətmək məqsədilə tələbələr arasında ekoloji təbliğatı və maarifləndirməni gücləndirmək, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsinə dair seminarlar keçirmək, universitetdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı məlumat saatları təşkil etmək, ekoloji siyasətə dair ilk sənəd kimi dayanıqlı inkişaf prinsiplərinə əsaslanan «Azərbaycan Respublikasının ekoloji Konsepsiyası»na dair posterlər hazırlamaq, sağlam həyat tərzinin təmin edilməsi, xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınması, onlara qarşı mübarizədə informasiya çatışmazlığının aradan qaldırılması və ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirərək, ağac və güləkmə kampaniyaları keçirmək, ənənəvi olaraq hər il 5 iyun tarixdə “Beynəlxalq ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar universitetdə mədəni - kütləvi aksiya təşkil etməkdir.

 

Gənc Müəllimlər Klubunun yaranmasında məqsəd pedaqoji ixtisaslarda təhsil alan tələbələrin elmisosial fəaliyyətlərini bir araya gətirməkdir

 

Piklubu gənc riyaziyyatçıların təşkilatçılığı ilə 2007-ci ildən fəaliyyət göstərir. Klubun əsas fəaliyyət istiqamətləri praktik fəaliyyətdə tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün real zəmin yaradaraq riyaziyyatı sevdirmək, riyaziyyatın ümumbəşəri mədəniyyətin tərkib hissəsi və cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi olması haqqında təsəvvürlər yaratmaq, bu elmin əyləncəli tərəflərini önə çəkmək, orta ümumtəhsil məktəblərində məntiqi təfəkkürün formalaşması, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsi məqsədilə fənni təşviq etmək, riyaziyyat sahəsi üzrə şagirdlərin öz yaş həddinə uyğun müvafiq bacarıqlar əldə etməsi, müxtəlif forma və məzmuna malik məlumatların məntiqi cəhətdən dərk və təhlil edilməsi, riyazi biliklərin gündəlik həyatda tətbiq edilməsi vərdişlərini formalaşdırmaq, daha geniş miqyaslı olimpiada layihələrini həyata keçirmək, səmərəli düşünmə vərdişlərinin və fikrin ifadə bacarıqlarının inkişafına şərait yaradan riyaziyyat-məntiq bilik sərgilərinin keçirilməsidir.

Bundan başqa, xeyriyyəçilik aşılayan Hacı Zeynalabdin Tağıyev dərnəyi də universitetdə fəaliyyəti ilə tanınır.

2014-cü ildən bəri fəaliyyətdə olan GMK(Gənc Müəllimlər Klubu)nın yaranmasında isə məqsəd pedaqoji ixtisaslarda təhsil alan tələbələrin elmisosial fəaliyyətlərini bir arada görmək olub. Kluba rəhbərlik edən tələbə Suqra Həsənsoy bildirib ki, klubun aktiv fəaliyyəti nəticəsində bir çox önəmli layihələrə imza atmışıq. Hər il davamlı və uğurlu keçirilən bu önəmli layihələrdən biri də “İlin tələbə müəllimi” müsabiqəsidir. Hər il keçirildiyi kimi, bu ilbu müsabiqə uğurla başa çatdırılıb: “1 ay davam edən bu müsabiqədə tələbələrimiz professor-müəllim heyəti qarşısında öz biliklərini nümayiş etdirdilər. Müsabiqənin ilk mərhələsində hər bölümdən qatılan tələbələr, təyin olunmuş 15 dəqiqə vaxt ərzində öz biliklərini hazırladıqları materiallar üzrə professor müəllim heyətinin qarşısında nümayiş etdirdilər.

Birinci mərhələdə müvəffəqiyyət qazanan tələbələr, ikinci yarımfinal mərhələsinə keçərək, öz biliklərini təkmilləşdirib, növbəti mərhələdə müəllimlik bacarıqlarını nümayiş etdirdilər. Final mərhələsinə qədər irəliləyən 7 tələbə pedaqoji məharətlərini nümayiş etdirib, nəticədə gərgin və eyni zamanda, maraqlı keçən bu yarışmada ilk 3 üç yerə aşağıdakı tələbələr layiq görülüb: Aynur Məmmədzadə (kimya-biologiya müəllimliyi, III kurs), Səmra Hüseynova (biologiya müəllimliyi, III kurs), Sevda Məmmədova (kimya-biologiya müəllimliyi, III kurs).

Yekun olaraq yarışmada iştirak edən 120 nəfər tələbəyə sertifikatları təqdim olundu. Eyni zamanda, ilk 3 yerə layiq görülən tələbələrə layihənin sponsorları olan Hazırlıq kursları tərəfindən qiymətli hədiyyələr təqdim olundu”.

 

İlkin AĞAYEV

Palitra.-2016.-3 iyun.-S.11.