“Qurultayda səslənən fikirlər
hər birimiz üçün stimul olmalıdır”
Minəvvər Vahabova: “Bizim məqsədimiz Azərbaycanı
xaricdə tanıtmaq və onun mənafeyi uğurunda əlimizdən
gələni əsirgəməməkdir”
Dünya azərbaycanlılarının hər beş ildən bir qurultayının
keçirilməsinin özəlliyi budur ki,
xaricdəki soydaşlarımız vətəndə bir araya gəlirlər.
Və onlar sonradan vətəndən sanki yeni güc alır
və böyük qurultay təəssüratları
ilə yaşadıqları ölkələrə
qayıdırlar. Elə ABŞ-dakı Nyu-York Azərbaycan-Amerika
Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri
Minəvvər Vahabova da bu təəssüratlarını
bizimlə bölüşüb. İyunun 3-4-də
Bakıda Dünya Azərbaycanlılarının IV
Qurultayında iştirak edən Minəvvər
Vahabovanın sözlərinə görə,
Azərbaycanda olmağına çox sevinir: “Belə qurultaylar, forumlar, konfranslar diaspor liderlərinin
toplanması, problemlərinin müzakirəsi üçün çox faydalıdır. Qurultayda səslənən
fikirlər hər birimiz üçün stimul olmalıdır.
Qurultayın açılışında cənab Prezidentin də
çıxışından o qənaətə
gəldik ki, hər kəs bizim diaspor təşkilatlarının bir çətir
altında işləməsini istəyir. Bu, çox vacibdir. Çünki biz,
xaricdə yaşayan azərbaycanlılar
ölkəmizin təbliği üçün əlimizdən
gələni etməliyik. Fərqi yoxdur hansı yollarla,
yəni hər bir gördüyümüz işlər
dənizdə bir damla da olsa, Azərbaycanın
xeyrinədir”.
M.Vahabova dedi ki, xaricdə yaşayan azərbaycanlıların
əsas məqsədi vətənə xidmət etməkdir:
“ABŞ-dakı Azərbaycan diasporu da ölkəmizlə
bağlı həqiqətləri konqresdə, senatda qaldırmalıdır. Biz,
Azərbaycan həqiqətlərini aksiyalar, piketlər,
məktublar və s.yollarla ABŞ-da yaymalıyıq.
Acınacaqlı haldır ki, xaricdə Azərbaycanı
tanımayan insanlar var. Şəxsən mənə çox pis təsir edir ki,
Ermənistanı tanıyırlar, Azərbaycanı
tanımırlar. Bizim məqsədimiz Azərbaycanı
xaricdə tanıtmaq və onun mənafeyi,
çiçəklənməsi uğurundaəlimizdən
gələni əsirgəməməkdir”.
Fuad Hüseynzadə
Palitra.-2016.-7 iyun.-S.7.