AMEA ilə UNEC arasında anlaşma memorandumu imzalanıb

 

Sənəddə birgə elmi-tədqiqatların aparılması, onların tədris prosesində tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması digər məsələlər öz

əksini tapıb

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elm təhsilin vəhdəti: Qlobal çağırışlar lokal imkanlarmövzusunda elmi konfrans keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda konfransın əhəmiyyəti ilə bağlı məqamlara toxunacağıq. UNEC- keçirilən tədbirdə universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, elm, təhsil təcrübənin vəhdəti olmadan biznesdə uğur qazanmaq mümkün deyil.

 

Ədalət Muradov:

İstəyirik ki, müəllimin pedaqoji fəaliyyəti onun

elmi tədqiqatları əsasında qiymətləndirilsin

Rektor elmi tədqiqatların aparılmadığı universitetin orta məktəbdən fərqlənmədiyini vurğulayıb: “UNEC- elmlə təhsilin vəhdətini daha yüksək səviyyədə təşkil etmək üçün “Elm təhsilin vəhdəti: Qlobal çağırışlar lokal imkanlarmövzusunda konfrans keçirməyi qərara aldıq. Tədbirin əsas müzakirə mövzusu AMEA ilə UNEC arasında əməkdaşlıq olacaq”. İstəyirik ki, müəllimin pedaqoji fəaliyyəti onun elmi tədqiqatları əsasında qiymətləndirilsin”- deyən rektor bildirib ki, bunu nəzərə alaraq, UNEC- “diskurs.az” virtual iqtisadi forumu “UNEC ekspertjurnalı yaradılıb. Bu resurslar müəllimlərimizə elmi tədqiqatlarının nəticələrini ictimaiyyətlə bölüşmək imkanı verir.

 

Akif Əlizadə:

Akademiyada universitetlər yaradılarsa, onlar

gələcəkdə mükəmməl elm təhsil mərkəzlərinə

çevriləcək

AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Dövlətin elm təhsilə qayğısından söz açan akademik, Prezident İlham Əliyevin magistr doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təşəbbüsünü alqışladığını bildirib: “Bu qərar elm təhsildə kadr hazırlığına böyük zəmin yaradacaq, təhsildə fasiləsizliyi təmin edəcək. Tədqiqatçıların böyük əksəriyyəti qadınlardır. Yeni qərarın magistr doktorantlar arasında oğlanların sayının artmasına da təsir edəcəyinə ümid edirik”. AMEA-nın prezidenti Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirməyin üstünlüklərindən danışıb. Bildirib ki, akademiyada universitetlər yaradılarsa, onlar gələcəkdə mükəmməl elm təhsil mərkəzlərinə çevriləcək. “Elm təhsilin vəhdəti yeni tələblərə uyğun istiqamətdə yaradılmalıdır”- deyən akademik, burada innovasiyanın da vacib faktor olduğunu bildirib. AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, EA-nın müxbir üzvü Nərgiz Axundovaİqtisadi biliklərin tədrisinin ictimai elmlər sahəsində əhəmiyyətimövzusunda danışıb: “O ölkə rəqabət sistemində üstünlüyə nail ola bilər ki, orada bilik iqtisadiyyatı öz əksini tapsın. Gələcək iqtisadiyyatın təməli elm təhsilin vəhdətindədir. Akademik təhsillə biznes biliklərinin birləşməsi iqtisadi dinamikaya gətirib çıxaracaq”. Nəzəriyyə ilə təcrübənin bir-birindən uzaq düşdüyünü vurğulayan N.Axundova bu proseslərdə elmi tədqiqatların vacibliyini qeyd edib. Bildirib ki, elmi tədqiqatla məşğul olan müəllim iqtisadiyyatda gedən prosesləri daha yaxşı görə bilir.

 

Bakalavr pilləsindəElmi tədqiqatın əsasları

fənninin tədris olunması tədrisə AMEA professorlarının cəlb

olunması təklif edilib

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Elm təhsilin sintezi: dünya təcrübəsi aktual meyllərmövzusunda məruzə ilə çıxış edib. Professor elmi fəaliyyəti gücləndirmək, alimləri beynəlxalq aləmdə tanıtdırmaq məqsədi ilə, dünya təcrübəsini rəhbər tutaraq, ölkədə Elmi İstinad İnstitutunun təsis olunmasının vacibliyini vurğulayıb. Z.Məmmədov, eyni zamanda, professor-müəllim heyətinin elmi tədqiqat fəaliyyətinin yüksəldilməsi məqsədilə dərs yükünün azaldılmasını bakalavr pilləsindəElmi tədqiqatın əsaslarıfənninin tədris olunmasını, tədrisə isə AMEA-nın professorlarının cəlb olunmasını təklif edib. Professor həmçinin, UNEC nəzdində Bakı Ali Bank Məktəbinin açılması fikrini irəli sürüb. Konfransda müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Bildirilib ki, AMEA ilə UNEC-in vahid kitabxana şəbəkəsinin yaradılması, dərslik hazırlığı birgə tədqiqatların aparılması elm təhsilin vəhdətini təmin etməkdə vacib rol oynayacaq. Sonda AMEA ilə UNEC arasında elm təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə birgə elmi-tədqiqatların aparılması, onların tədris prosesində tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması digər məsələlər öz əksini tapıb.

UNEC- konfrans:

“Elm təhsilin vəhdəti: Qlobal çağırışlar lokal imkanlar

Qeyd edək ki, UNEC- dissertasiyaların keyfiyyətinin yüksədilməsi müasir tələblərə uyğunluğunu təmin etmək məqsədilə Ekspertiza Komissiyası yaradılıb. Dissertasiyaların Ekspertiza Komissiyasının müvafiq rəyindən sonra ixtisaslar üzrə kafedralara müzakirə üçün göndərilməsi nəzərdə tutulur. Yeni qaydaların tətbiqində əsas məqsəd UNEC- elm sahələri ixtisaslar üzrə müdafiə edən doktorant dissertantların dissertasiyalarının kafedralarda ilkin ekspertizasına qədər keyfiyyətinin yüksədilməsinə dair rəy vermək, təkliflər hazırlamaq müasir tələblərə uyğun olduğunu təmin etməkdən ibarətdir. Ekspertiza Komissiyasının əsas vəzifəsi elmi-tədqiqat işlərinin məzmununun keyfiyyətcə yaxşılaşdırılmasına xidmət etməkdir. UNEC- elm sahələri ixtisaslar üzrə təhsil alan doktorant dissertantların dissertasiyalarının keyfiyyətinin yüksədilməsinə dair təkliflərin verilməsi,elmi dərəcə almaq üçün təqdim edilmiş dissertasiyaların tələblərə uyğunluğunun yoxlanılması, dissertasiyaların tərtibi qaydalarına uyğunluğun yoxlanılması, dissertasiyaların əsas nəticələrinin dərc olunmasına dair elmi nəşrlərin uyğunluğunun yoxlanılması, dissertasiyaların müasir tələblərə uyğunluğunun qiymətləndirilməsi komissiyanın funksiyalarına daxildir. Daha bir yenilik UniversitetdəAçıq qapıgünlərinin keçirilməsidir. Bu dəfə təşkil dilənAçıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov tələbələri, valideynləri ictimaiyyət nümayəndələrini qəbul edərək, yay imtahan sessiyası ilə bağlı müraciətlərini dinləyib. Ə.Muradov müraciətlərin operativ araşdırılması vaxtında tədbirlərin görülməsi məqsədilə aidiyyəti struktur bölmələrinə tapşırıqlarını verib. Rektor bildirib ki, UNEC- imtahanlara nəzarəti İctimai Nəzarət Şurası həyata keçirir. Tanınmış ekspertlər, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura hazırda monitorinq aparır nəticələri qiymətləndirir. Hər kəs şikayət təkliflərini, onları narahat edən sualları Şuraya da ünvanlaya bilərlər. Müraciətlər mütəxəssislər tərəfindən şəffaf araşdırılaraq, operativ qısa zaman ərzində tədbirlər görüləcək. İstəyimiz obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır. Qeyd edək ki, “Açıq qapıgünləri imtahan sessiyasının sonuna kimi davam edəcək. Görüşlər hər həftənin şənbə günü keçiriləcək. NövbətiAçıq qapıiyun ayının 11-i, 18-i, 25-i iyul ayının 2-də olacaq.

 

Anar Miriyev

Palitra.-2016.-8 iyun.-S.11.