“Valideyn
övladını ibtidai sinifdən hər
hansı bir sahəyə yönəltməli
deyil”
Adil
Vəliyev:“6-cı sinifdən başlayaraq övladın
hansı fənlərə meyli varsa və ya hansı fənləri
daha tez qavrayırsa, buna görə qərar verilməlidir”
Azərbaycanda ali təhsil almaq, ali ixtisaslara yiyələnmək istəyənlərin sayı çoxdur. Bu barədə motivasiya hələ də qalır. Bununla belə, bu sahədə sovet dönəmindən qalmış sosial-psixoloji vəziyyət müsbətə doğru dəyişməyib. Belə ki, Azərbaycan müstəqil olandan sonra ölkədə keçid dövrü bir müddət davam etdi. Sonra isə azad bazar iqtisadiyyatı başladı.
Azad bazar, azad rəqabət şəraiti isə öz növbəsində yeni çağırışlar diktə edirdi. Bu çağırış və tələblər birinci növbədə elə intellektual əmək bazarına aiddir. Aparılan araşdırmalar və müşahidələr göstərir ki, ölkə ali təhsillilərinin, eləcə də müstəqillik dönəmində məzun olmuşların çoxu yeni dövrün tələb və çağırışlarına cavab vermir və nəticədə intellektual əmək bazarında rəqabətdə uduzurlar. Onlar əllərində diplomları ola-ola, digər sahələrə üz tutmağa məcbur olurlar. Az sayda xarici təhsil almış məzunlarla müqayisədə əksəriyyətin geridə qaldığı daha qabarıq nəzərə çarpır. Bu cür hallar göstərir ki, əhalinin indiki zamanda daha çox vacib olan intellektual potensialının xeyli hissəsi itirilmiş olur. Araşdıranda bu ali təhsillilərin nəinki mütəxəssis, hətta müasir göstəricilər baxımından savadlı olmaması da üzə çıxır. Bu da birinci növbədə onların çağdaş kriteriyalara cavab verməməsi ilə bağlıdır. BMT standartlarına görə, dünyada müasir savadlılıq kriteriyaları, əsasən, bunlardır: 1) Yazıb-oxumağı bilmək, 2) Əsas kompüter proqramlarında işləməyi bacarmaq, 3) Hər hansı geniş yayılmış xarici dillərdən birini bilmək, 4) Sosial hüquqlarını bilmək, 5) Bütün sadalanan bilgiləri digərlərinə ötürməyi bacarmaq. Göründüyü kimi, daha çox orta təhsillilərə aid olmalı olan bu kriteriyalara əksər ali təhsillilərimiz cavab verə bilməzlər. Üstəgəl, onların öz sahələri üzrə mütəxəssis kimi tələblərə tam cavab verə bilməməsi də əsas çətinlik yaradır. Bu, ümumi ali təhsil səviyyəsində olan problemlərdən irəli gələn məqamdır.
İkinci məqam isə qeyd edildiyi kimi, təhsillə bağlı cəmiyyətin şüurunun təkmilləşdirilmə zərurətidir. Artıq aksiomdur ki, ictimai şüurda hələ də təhsil almaq yox, “diplom almaq” prinsipi önəm kəsb edir. Hələ də belə fikirləşirlər ki, “əldə diplom olarsa, harasa işə keçmək olar”. Ola bilsin ki, bu kimlər üçünsə “işləyən variantdır”. Amma əksəriyyət üçün yox. Yaxud da bu gün bütün “növbətçi” ali məktəblərdə, ya da pedməktəblərdə külli miqdarda qızların “oxuduğunu” görürük. Qızlar bir neçə il bu cür məktəblərə “müəllim olmaq” üçün vaxt sərf edirlər, daha doğrusu, itirirlər...
Bu mövzuda
layihçə çərçivəsində bizə fikirlərini
bildirən Qafqaz Universitetinin
abituriyent mərkəzinin rəhbəri Adil Vəliyev qeyd edir: “Belə bir ənənəvi
sual var: “Böyüyəndə
nə olacaqsan?” Demək olar ki, hər
kəsə uşaq vaxti verilən suallardan biri olub. Görüşərkən ad, yaş soruşulandan
sonra verilir bu sual. Kiçik yaşlarımızdan
valideynlərimiz və
yaxınlarımız bizi
hansısa sahəyə
yönəltməyə çalışırlar.Uzağa
getmədən özümdən
deyim ki, kiçik yaşlarımda
evə kimsə bir neçə dəfə səhv zəng edib “Adil həkimgildəndi” dedikləri üçün
atam 5-ci sinfə kimi “böyüyəndə
həkim olarsan” deyirdi. Mən də kimin yarası olsa, pambıq yapışdırıb
özümü həkim
kimi görürdüm.
6-cı sinifdən etibarən atam həkimlikdən prokurorluğa
keçdi. Daha doğrusu, mənim keçməyimi istədi.Təbii
ki, uşaq olduğum üçün
hansı sahə nə işə yarayır, o qədər məlumatım yox idi və buna
görə də asan bir şəkildə
kiçik yaşlarımda
bir neçə vəzifəyə təyin
olundum - ailənin prezidenti(atam) tərəfindən. Valideyn ibtidai sinifdən övladını hər hansı bir sahəyə yönəltməli
deyil. 6-cı sinifdən başlayaraq övladının hansı
fənlərə meyli
varsa və ya hansı fənləri
daha tez qavrayırsa, buna görə qərar verməli və yönləndirməlidir.Valideynlər kiçik yaşlarında
övladlarını öz
istədikləri sahəyə
yönləndirsələr də, böyüdükcə
uşaqlar özlərini
hansı sahədə
görsələr, ora
meyil edəcəklər.
Bu gün atamın o qədər israrlarına baxmayaraq, mən onun dediyi sahələrdə
yox,tamam fərqli bir sahədə - ali təhsil ocağında işləyirəm”.
“Populyar ixtisaslar yoxsa əmək bazarının tələbi
əsasdır” sualına
cavab verən müsahib belə qeyd edir: “Bu, elə bir mövzudur
ki, bu haqda
aylarca bir neçə kitab belə yazmaq olar. Ancaq mən bəzi
hissələrə toxunaraq
mövzu haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm.
Bunun üçün
təbii ki ali təhsil
ocaqlarında qruplar üzrə ixtisaslarla tanış oldum bir az. Belə qənaətə gəldim
ki, ixtisaslarımız
3 hissəyə bölmək
olar. Populyar ixtisaslarla bağlı
deyim. Bu ixtisaslar
populyarlığı ilə
tələbələri və
valideynləri özünə
cəlb edir,ancaq
oxuyub bitirdikdən sonra ixtisasının adının səni cəlb elədiyini, əslində, əmək
bazarının tələb
etdiyindən çox,
məzun verildiyini görürsən. Bitirdiyin
ixtisasa olan tələb də çox az
olur və təyinatlı olmadığı
üçün iş
tapmaqda müəyyən
problemlər ortaya çıxır. Bu kimi bəzi ixtisaslar akademiyalara(Polis Akademiyası,
Sərhəd Qoşunları
Akademiyası, Dövlət
Gömrük Komitəsinin
Akademiyası) verilsə,
daha yaxşı olar, ona görə
ki, bitirdikdən sonra təyinatlı olaraq bir işə
yönəldilirsən.
Ehtiyac duyulmayan
ixtisaslar. Belə ixtisaslar da, təəssüf ki, hələ də bəzi ali
təhsil ocaqlarımızda
var, hazırda bu ixtisası bitirən tələbələr,
sadəcə, diplom almaq üçün bu ixtisası seçə bilirlər və aldıqları diplomla, demək olar ki, o sahədə
nəinki işləmək,
ümumiyyətlə, iş
tapmaları belə mümkünsüz səviyyədə
olur.
Əmək bazarında tələb olunan ixtisaslar. Bu ixtisasları
seçməklə sizlər
hazırkı və önümüzdəki ən
azı, 20 il
işləməyinizi qaranti
altına almış
olursunuz. Hazırda fikir versək, əmək bazarının
tələb etdiyi mühəndislik, müəllimlik
və sair ixtisaslar üzrə, demək olar ki, savadlı kadrlardan heç kim işsiz
deyil.
İşsiz bir ali təhsilli gəncə “gəl dükanda satıcı işlə” və ya buna oxşar iş təklif etsək, “Mən universitet bitirmişəm ki, satıcı işləyəm?”-deyə cavab verər. Ancaq soruşsaq ki, hansı ixtisası bitirmisən - bu zaman, yəqin edirəm ki, ya mövzunu yayındırmağa çalışar və ya yavaş bir səslə bitirdiyi ixtisası deyər. Buna görə də ali təhsil ocaqlarının məqsədi universitetin plan yerlərini doldurmaq deyil, Məzun edəcəyi tələbəni əmək bazarına uyğun ixtisaslı mütəxəssis kimi yetişdirmək olmalıdır. Belə ki, universitetlərdə hansı ixtisasların mövcud olduğunu gözdən keçirsək, bəzi ixtisasların adlarının fərqliliyi, ancaq keçirilən dərslərin, demək olar ki, eyni olduğunu,bəzi ixtisas adlarının isə çox uzun olduğunu görürsən - ixtisas adını dəfələrlə oxuyarkən belə abituriyentlərin anlaya bilməkdə çətinlik çəkəcəklərinə şübhəm yoxdur. Məsələn, “çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri” və ya “çoxişlənən malların texnologiyası mühəndisliyi” və yaxud da “kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı” və s. Düşünürəm ki, hər bir ali təhsil ocağı “açıq qapı” günü elan etməlidir və oraya gələn abituriyentlərin və valideynlərin suallarını cavablandırmalı, təkliflərini dəyərləndirməlidir. İxtisaslar haqqında ətraflı məlumat verməli,bitirdikdən sonra hansı sahə üzrə işləyə biləcəkləri haqqında məlumatlandırmalıdırlar. Çünki statistikaya nəzər salsaq işsiz insanların, əslində, universitet bitirdiyini ancaq hal-hazırda bitirdiyi ixtisasa uyğun əmək bazarında heç bir iş olmadığı görünməkdədir.Bu kimi bəzi problemləri aradan qaldırmaq üçün universitetlər tələbələrin praktikası üçün şirkətlərlə bərabər işləməli, özəl şirkətlər və dövlət müəssisələri üçün kadrlar hazırlamalı və bu qurumların tələbatları üzərinə yeni ixtisaslar açmalıdır.İxtisaslarımızın dünya əmək bazarına uyğun olması xarici tələbələrin də Azərbaycana gəlməyinə səbəb ola bilər. Bu həm ölkəmizi tanıtmaq adına, həm də dövlət büdcəsinə gələcək vəsaitlər baxımından bizə yararlı ola bilər. Düşünün ki, Amerikada təhsil alan əcnəbi tələbələr tərəfindən dövlətə hər il 7 milyard dollar ödənilir və burda təhsil alan tələbələrin çoxu Yaponiya, Çin, Koreya,Tayvan, Honkonqdan olur. Bu gün təhsil Amerika üçün milyard dollarlıq biznesdir. Asiya ölkələrindən fərqli olaraq amerikalılar Avropada təhsil almağa meyil edirlər. Belə ki, Avropada təhsil alan amerikalılar, əsasən, ictimai və humanitar elmlərin 37%,biznesin 14%, xarici dillərin 10 %, bədii və ya tətbiqi incəsənətin 9 %-ni seçir.
İxtisaslardan bəziləri də var ki, onların universitetlərdə deyil, texnikumlarda, peşə məktəblərində olması daha məqsədəuyğundur. Çox təəsüf ki, Azərbaycanda valideynlərin əksəriyyəti övladlarının məhz universitetə qəbul olmağını istəyirlər. Düşünün, evinizin divarı tez-tez qabıqlayıb soyulur və ya maşınınızın hər hansı bir hissəsi xarab olub və siz yolda qalmısınız. Bunun üçün siz hansısa bir universitetin magistr dərəcəsini belə bitirsəniz, müvafiq peşə sahibi qədər məlumatlı ola və arada yaranan problemi həll edə bilməzsiniz. Hesablamalara görə, ABŞ-da işçi qüvvəsinin 10%-dən çoxu texnikum, peşə məktəblərində hazırlanır. Beləliklə, peşəkar fəhlələr,texniklər,idarəetmə kadrları arasında həmin göstərici 12-17% təşkil edir. Almaniyada peşə təhsilinə yiyələnənlərə həftədə 3-4 gün müəssisələrdə təcrübə keçirilir və 1-2 gün isə peşə məktəbində nəzəri biliklər verilir. Hazırda 500 mindən çox müəssisə və dövlət xidməti sistemi gənclərin peşə təhsilinə yiyələnmələri ilə məşğuldur.Nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi peşəkarların və fəhlələrin yüksək ixtisasa yiyələnmələrini təmin edir.
Universitetə qəbul olmaq-oranı bitirdiyiniz mənasına gəlməz,
bitirdinizsə, iş tapmağınız
və ya istədiyiniz işi
tapmağınız mənasına gəlməz. Bütün bunları düşünərək
ixtisas seçiminə daha
diqqətlə yanaşmalı, gələcək həyatınızda
atacağınız addımı doğru
yerə qoyduğunuza əmin
olmalısınız.
İlkin AĞAYEV
Palitra.-2016.-18 iyun.-S.11.