“Formula 1“-i izləmək üçün Bakıya
xeyli turist gəlib
Ailəsi ilə birlikdə
Bakıya gələn
iranlı turist Hasani:
“Formula 1” yarışlarını
izləməyə gəlmişik. Bu yarışmanın ardıcıl olaraq beş il
Azərbaycanda keçirilməsi
turizm sənayesinin inkişafına xeyli təkan verəcək”
"Formula 1" üzrə dünya çempionatının
8-ci - Avropa Qran-pri yarışlarına start verildi. Hər biri
iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış
trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında
dünyanın ən məşhur pilotları -
Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Layihənin müəllifi
bütün müasir
“Formula 1” treklərinin memarı
olan Herman Tilkedir.
17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış ərzində
bolidlər Bakının
gözoxşayan mərkəzi
küçələrindən keçəcəklər. Sürət, çağırış, cazibə
- bu üç söz Bakı Şəhər Halqasını
tam simvolizə edir.
Qeyd edək
ki, yarışın yüksək səviyyədə
təşkili ilk baxışdan
hiss olunurdu. Belə ki, yarışların
keçiriləcəyi ərazilərdə
“Könüllülər” bütün
ərazi boyu düzülərək hər
bir vətəndaşa
yardımçı olurlar.
Yarışların keçirildiyi əraziyə
isə çoxlu sayda xarici turistin
böyük həvəs
və maraqla gəldiyinin şahidi olduq. Xarici turistlər arasında
müxtəlif ölkələrin
nümayəndələrini görmək mümkündür.
Yarış keçiriləcək ərazidə yarışdan
öncə izləyicilər
üçün müxtəlif
növ maraqlı idman yarışları təşkil olunub ki, bu da
xarici turistlər tərəfindən böyük
maraqla qarşılandı.
Onu da vurğulayaq ki, burada izləyicilər
üçün hər
cür şərait yaradılıb. İzləyicilər burada təşkil olunmuş stendlərdən
milli və xarici mətbəxin nümunələrini almaq
imkanı da əldə edirlər.
Eləcə də müxtəlif
ölkələr burada
öz idman geyimlərini təqdim edirlər. Burada, həmçinin bizim milli incəsənət
nümunələrimiz təqdim
edilir ki, sənət ustaları öz əl işlərini nümayiş
etdirirlər.
“Həyat yoldaşım
və oğlum Bakını çox bəyənirlər. Bakıda istədiyimiz kimi dincələ bilirik”
Ölkəmizə gələn xarici
turistlər arasında
iranlılar da var. Müsahibimiz həmin iranlı turistlərdən
biri olan Armen Hasani ailəsi
ilə birlikdə
“Formula 1” yarışlarını izləməyə gəlib:
“Mən 3 ildir ki Azərbaycana gəlirəm. Gəldiyim illərdə çox
dəyişikliklərin şahidi
olmuşam. Bu il xüsusilə Bakıda daha çox dəyişiklik müşahidə edilir. Binalar, yollar daha da
gözəlləşib. İndi isə “Formula 1” yarışlarını
izləməyə gəlmişik.
Belə bir fikir var
ki, iranlılar bu yarışları sevmir. Mən deyərdim ki,
həvəskar hər
yerdə var. Qiymətlərə
gəldikdə ümumilikdə
yaxşıdır. Mən 2013-cü ildə bu yarışları
Dubayda izləmişəm.
Gələcəkdə də bu yarışları izləmək
üçün Bakıya
gəlmək istərdik.
Ailəmin burada hər
şey çox xoşuna gəlir. Həyat yoldaşım və oğlum Bakını çox bəyənirlər.
Bakıda istədiyimiz kimi
dincələ bilirik.
Ümumiyyətlə, bu yarışlar
müxtəlif baxımdan
ölkələr üçün
önəmlidir. Fikrimcə,
bu yarışmanın
ardıcıl olaraq beş il
Azərbaycanda keçirilməsi
ölkənin turizm sənayesinin inkişafına
xeyli təkan verəcək”.
Ali Korkmaz:
“Mən I Avropa Oyunları zamanı da Bakıya gəlmişdim. İndi də “Formula 1” yarışlarını
izləmək üçün
gəlmişəm”
Yarışları izləməyə gələn
xarici ölkə vətəndaşlarından biri
də Türkiyədən
gələn Ali Korkmazdır:
“Mən ikinci dəfədir ki, Azərbaycanda oluram. Bu səfərimdə Bakının daha da gözəlləşdiyinin
şahidi oldum. Eyni zamanda Bakı artıq beynəlxalq yarışların keçirildiyi
bir şəhər kimi tanınır. Belə idman yarışları zamanı həm maraqlı tədbirləri
izləyirik, həm də dincəlirik. Gözəl istirahət yerləri var.
Bu yarışın təşkil
olunduğu Milli Parkın ərazisi də çox gözəldir. Mən I Avropa
Oyunları zamanı da Bakıya gəlmişdim. İndi də
“Formula 1” yarışlarını izləmək üçün
gəlmişəm. Bu idman növünə də marağım var. Bizim üçün bu yarışların Bakıda təşkil olunmasının xüsusi
önəmi var. Çünki
bilirik ki, hər hansı xarici ölkəyə deyil, qardaş ölkəmizə gəlirik.
Ümid edirik ki, bundan
sonra da Azərbaycanda bu cür beynəlxalq yarışlar təşkil
olunacaq və biz də böyük məmnunluqla onu izləməyə gələcəyik”.
Lalə
Eyubova:
“Xaricilər bizim
stendlərə yaxınlaşırlar,
maraqla baxırlar. Xüsusilə
qadınlar daha çox maraq göstərirlər”
Turistlərin bu ərazidə
ən çox maraq
göstərdiyi yerlərdən biri də
milli incəsənət nümunələrimizdir.
Burada müxtəlif incəsənət
nümunələri təqdim olunur ki, turistlər birbaşa
onların hazırlandığını izləmək
imkanı əldə edirlər. Turistlərin ən çox maraq göstərdiyi
stendlərdən biri bizim
geyimlər, araxçın hazırlandığı bölmə
idi. Burada
araxçın üzərində işləyənlərdən
biri Lalə Eyyubovadır. O, bu sənətlə uşaqlıqdan məşğul
olduğunu deyir: “Anam rəssamdır, onun yolunu davam etdirirəm. Mənim
üzərində işlədiyim araxçın tikməsi
adlanır. Özüm hazırda
xalçaçılıq kursunda oxuyuram. Bu sənəti
sevirəm. Gözəl sənətdir. Hətta bir çox insanların xəbəri
yoxdur, bu, daha dərin sənətdir. Hamı adi baxır. Adi xalçalar da var. Elələri də var
ki, həqiqətən də çox dərin mənalıdırlar və onu hər adam bilmir. Mən hazırda tələbəyəm.
Bacarıqlı ustalar əl işlərini
nümayiş etdirmək üçün
bu yarışlar ərəfəsində iştirak edirlər. Xaricilər bizim stendlərə yaxınlaşırlar, maraqla baxırlar. Xüsusilə qadınlar daha çox maraq göstərirlər. Bu
məhsullardan almaq istəyənlər də
olur. Ancaq bunlar satış üçün
deyil, sadəcə, milli
incəsənətimizi təqdim edirik. Mən
gələcəkdə də öz sənətimi
davam etdirəcəm. Onu
da deyim ki, hazırda araxçın hazırlanması
ilə bağlı xüsusi bir istehsal mərkəzi yoxdur. Ancaq şəxsi olaraq hazırlayıb şəhərdə olan milli dükanlara
təqdim edirik. Mən öz
əl işlərimi, hələ ki, xaricdə
təqdim etməmişəm, ancaq tətbiqi
sənət ustası kimi anam
xaricdəki sərgilərdə iştirak
edir. Burada isə bizim əl işlərimiz
yarış başlayan ilk
gündən hər bir turistin
diqqətini cəlb edir. Ümid
edirəm ki, onlar bütün Azərbaycanın milli
mədəniyyət və incəsənət nümunələrini
bəyənəcəklər”.
Nigar Abdullayeva
Palitra.-2016.-18 iyun.-S.4.