Bakıda “Formula-1” Avropa Qran-prisinə start verildi

 

Dünən saat 11-də Bakıda “Formula-1” Avropa Qran-prisinə start verilib. Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülərin “Formula-1”- debütü üçün son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib bəziləri

çempion olub.

Gənc istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni bütün komanda sürücülərin bolidləri eynidir, yalnız sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha maraqlı edir. 2016-cı ilin GP2 təqvimi 11 yarışdan ibarətdir. Onların hamısı Formula-1 həftəsonu çərçivəsində keçirilir. Mövsüm İspaniyanın Barselona trekində start götürür Abu-Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi Avropa Qran-prisinin dəstək yarışı kimi Bakı Şəhər Halqasında keçirilir. Çempionatda hər birində 2 pilot olmaqla 12 kollektiv təmsil olunur. Bu il pelotonun tərkibinə çox güclü istedadlı pilotlar - Pyer Qasli (“Red Bull”un gənc pilotlar proqramının iştirakçısı), Aleks Linn (“Wiliamskomandasının “Formula 1”- inkişaf üzrə pilotu), Sergey Sirotkin (“Renault” komandasının “Formula 1”- test pilotu), təcrübəli Mitç Evans, Artyom Markelov başqaları daxildir. İlk olaraq GP2 seriyasının 45 dəqiqəlik sərbəst yürüşlərdən ibarət ilk mərhələsi keçirilib. GP2 seriyası üzrə birinci test yarışı artıq başa çatıb. “Racing Engineering” komandasının fransalı pilotu Norman Nato test yürüşündə birinci olub. Prema Racing”in sürücüsü italiyalı Antonio Covinatsi ikinci, “Art Grand Prix”in rusiyalı pilotu Sergey Sirotkin isə üçüncü yeri tutublar.

 

Birinci test yürüşündə

Hamilton birinci oldu

Dünən saat 13:00-da “Formula-1” Avropa Qran-prisinin birinci test yürüşü start götürüb. Yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton Niko RosberqFerrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen ilə Colion Palmer mübarizə aparıblar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen Karlos Sainz, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso Censon Batton yürüşdə iştirak edirlər. Pilotlar Paskal Verlyayn Rio Haryanto “Manor”, Roman Qrojan Estabean Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyurlar. Pilotlar öz bolidləri ilə 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Birinci test yürüşünün qalibiMercedes”in sürücüsü Luis Hamilton olub. Hamiltonun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 46 saniyə təşkil edib. Onun komanda yoldaşı Niko Rosberq isə qalibdən 0,377 saniyə geri qalaraq ikinci yerdə qərarlaşıb. Valtteri Bottas (Williams) isə ilk üçlüyü tamamlayıb (1 dəqiqə 47,096 saniyə). Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso isə yürüşü dördüncü pillədə başa vurub.

 

Pilot yolu səhv saldı

Birinci test yürüşdə maraqlı hadisə baş verib. Belə ki, “Haas” komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb. Trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb. Pilot dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib. “Red Bull Racing”in pilotu Daniil Kvayt da eyni aqibətlə üzləşib. Birinci test yürüşündə qəza da baş verib. Trekin 15-ci döngəsində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını uğurla yerinə yetirə bilməyib. Nəticədə onun bolidi yararsız hala düşüb. D.Rikkardonun özü isə xəsarət almayıb. Dünən günün ikinci yarısında Avropa Qran-prisinin ikinci test yürüşü keçirilib. Qeyd edək ki, bu gün pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. İyunun 19-da isə “Formula-1” azarkeşləri Avropa Qran-prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

 

Palitra.-2016.-18 iyun.-S.2.