Azərbaycan Dövlət İqtisad
Universitetində Yunus Sosial
Biznes Mərkəzi açılıb
ADİU, Yunus Mərkəzi və BAMF arasında birgə
əməkdaşlığa dair memo randum imzalanıb
Dünən Azərbaycan
Dövlət İqtisad Universitetində bu ali məktəbin
(ADİU) və Beynəlxalq Avrasiya Mətbuat
Fondunun (BAMF) birgə təşkilatçılığı
ilə “Sosial biznes - inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans
keçirilib. Konfrans
çərçivəsində ADİU-da
Yunus Sosial Biznes Mərkəzinin
açılışı olub. Layihə
çərçivəsində təqdim etdiyimiz
yazıda beynəlxalq konfransda müzakirə
olunan məsələlərə
toxunacağıq.
“Bu gün tələbələr
arasında yeni təfəkkürlü yanaşmalarda sosial
biznes baxımından inkişafın olması sevindirici
haldır”
Tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov 2006-cı ildə Məhəmməd Yunus və onun rəhbərlik etdiyi “Grameen Bank”ın Nobel sülh mükafatına layiq görüldüyünü bildirib. Qeyd olunub ki, professor Məhəmməd Yunus “Wharton” Biznes Məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları” siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə “Fortune” jurnalı Məhəmməd Yunusu 2012-ci ilin martında “Dövrümüzün 12 dahi sahibkarı” siyahısında 12-ci yerə layiq görüb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu iyirmi dahi asiyalıdan biri seçib. 2008-ci ildə Böyük Britaniyanın “Prospect” jurnalı və ABŞ-ın “Foreign Policy” jurnalı tərəfindən keçirilmiş açıq online səsvermədə, “Top 100 intellektual şəxslər” siyahısında Məhəmməd Yunus dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatına, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin “Azadlıq” medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir.
“Sosial
rifahın yüksəlməsi Azərbaycan
iqtisadiyyatının
əsas xəttidir”
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov vurğulayıb ki, sosial rifahın yüksəlməsi Azərbaycan iqtisadiyyatının əsas xəttidir. Ölkədə insan potensialının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilməlidir. Azərbaycanın müstəqil iqtisadi siyasətinin başlıca istiqamətlərini bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. Ulu öndər Heydər Əliyev tərəfindən uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət Azərbaycanda makroiqtisadi sabitlik və dinamik inkişaf üçün əsaslı zəminlər yaradıb, ölkədə geniş sahibkarlıq təbəqəsi formalaşıb və özəl sektorun ölkənin sosial iqtisadi inkişafında rolu daha da artıb. Bu gün Azərbaycanda sosial siyasət aparılır. Son 12 ildə davamlı və dinamik inkişaf konsepsıyasına əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmiş uğurlar daha da möhkəmləndirilib, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahəsində regionların inkişafı sürətlənıb, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanin sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, konservativ xarici borclanma strategiyası həyata keçirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib və nəticədə əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılıb. N.Əmirov qeyd edib ki, neftin qiymətinin kəskin ucuzlaşması, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi. Lakin aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental qiymətini almaqdadır. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyənləşdirilib. Belə ki, 2016-ci ildən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşdirilib. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir ölkə vətəndaşının rifahının artırılmasına imkan verən mühütün yaradılması məqsədi dayanır. Belə mühitin yaradılması dayanıqlı iqtisadi inkişafın təmini, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişafı, onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.
“Əmək
bazarı üçün kadr
hazırlığında ali təhsil
müəssisələrinin rolu
danılmazdır”
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata keçid edilib. Təhsil sisteminin insan kapitalının formalaşdırılmasında xüsusi rolu olub. Ölkədə ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya tikintisi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər böyük əhəmiyyət daşıyır. Sosial biznesin kökündə gəlir əldə etmək dayanmamalıdır. Əmək bazarı üçün kadr hazırlığında ali təhsil müəssisələrinin rolu danılmazdır. Bu gün tələbələr arasında yeni təfəkkürlü yanaşmalarda sosial biznes baxımından inkişafın olması sevindirici haldır. Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus qeyd edib ki, biz bank sahəsində fəaliyyətə başlamaqla bütün ənənəvi bank prinsiplərini kökündən dəyişdik. Onun sözlərinə görə, Banqladeşə qayıtdıqdan sonra ölkəsində aclığa, qıtlığa son qoymaq üçün əksəriyyəti qadınlar olmaqla, yoxsul insanlara mikrokreditlər verərək onların öz tələbatlarını ödəməsinə şərait yaradıb. M.Yunus deyib ki, bizdə 8,5 milyon müştərinin 97 faizi qadındır. “Grameen Bank”ın Banqladeşin 80 min kəndində filialları fəaliyyət göstərir. Biz bank olaraq gəlir əldə etmək, mənfəət güdmürük, əksinə, insanların problemlərinin həlli üçün çalışırıq. Konfransda Məhəmməd Yunusa ADİU-nun fəxri doktoru diplomu təqdim olunub. Sonra universitetdə Yunus Sosial Biznes Mərkəzinin açılışı olub. Tədbirdə həmçinin, ADİU, Yunus Mərkəzi və BAMF arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus, ADİU-nun rektoru Ədalət Muradov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev imzalayıblar. Sənəddə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişafı, yoxsulluğun aradan qaldırılmasında professor Məhəmməd Yunusun fikirlərinin tanınması, sosial biznes konsepsiyasının həyata keçirilməsi nəzərdə tutulub.
UNEC YSBM tədris
səfərləri
təşkil edəcək
Bildirilib ki, UNEC YSBM sosial
biznes ideyasını təşviq etmək
məqsədilə tələbə və könüllülərin
inkişaf etməkdə olan
ölkələrdəki kasıbların iqtisadi
inkişafını təmin edən proqram
və metodların ilkin mənbədən
öyrənilməsi üçün tədris
səfərlərini təşkil edəcək. Eyni zamanda, UNEC YSBM Azərbaycanda
və regionda sosial biznes ideyasının inkişafını dəstəkləmək
üçün akademik
görüşlər, seminar, diskussiya və tədqiqatlar keçirəcək.
Sosial biznes
ideyalarınıın yayılması istiqamətində vətəndaş
cəmiyyəti qurumları, mikromaliyyə təsisatları və
biznes strukturları YSBM-in
fəaliyyətinin uğurlu təşkilinə
cəlb olunacaq. Mərkəz, həmçinin
sosial biznes dizayn laboratoriyaları yaratmaqla
bərabər, tələbə mübadilə proqramları, akademik debatlar, təcrübə
proqramları, eləcə də könüllü
fəaliyyətlər həyata keçirəcək. Mərkəzin
rəhbəri UNEC-in müəllim heyəti
arasından seçiləcək. Sonda Nobel sülh
mükafatı laureatı Məhəmməd Yunus
YSBM-də tədbir iştirakçıları üçün Azərbaycan dilinə tərcümə
edilən “Kasıbların bankiri” (The Banker to
the Poor)
kitabını imzalayıb.
Anar Miriyev
Palitra.-2016.-22 iyun.-S.11.