“Azərbaycanda psixologiya sahəsində kifayət qədər alimlər var

 

Müşviq Mustafayev:

“Psixologiyanın tədrisində əsas üstünlük şəxsiyyət keyfiyyətləri və praktik vərdişlərin formalaşdırılmasına verilir

 

Layihə çərçivəsində Bakı Dövlət Universitetinin müəllimi Müşviq Mustafayevlə müsahibəni təqdim edirik

 

-Öncə özünüz haqqında məlumat vermənizi istərdik...

-Mən 1976-cı ildə Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olmuşam, 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə isə ümumi psixologiya üzrə magistraturasını bitirmişəm. 2000-ci ildən BDU-nunEksperimental psixologiya” ETL-də elmi işçi vəzifəsində çalışıram. 2005-ci ildə “Gənclərin mənəvi inkişafının bəzi sosial-psixoloji cəhətlərinin təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edibpsixologiya elmləri namizədi alimlik dərəcəsi adını almışam. Psixologiya elmləri üzrə FD.02.014 Dissertasiya şurasının nəzdindəki Elmi seminarın elmi katibi və “Psixologiya” jurnalının məsul katibiyəm. Sosial psixologiya problemləri üzrə elmi-tədqiqat işi üzərində çalışıram. Bir neçə dövlət və beynəlxalq proqramqrantlarda iştirak etmişəm. 30-dan çox məqalənin müəllifiyəm. BDU-da Şəxsiyyət və fərdiyyət psixologiyası, Sosial psixologiyaqeyri-ixtisas fakültələrdə Psixologiya fənni üzrə mühazirə və məşğələ dərsləri aparıram.

-Azərbaycanda yetərincə peşəkar psixoloqlar varmı?

-Azərbaycanda yetərincə psixoloq varonlar müxtəlif istiqamətlərdə fəaliyyət göstərirlər. Xüsusilə 1991-ci ildə Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin yaranması ilə psixoloq kadrlarının hazırlanmasında yeni dövr başladı. Hazırda respublikamızda kifayət qədər elmlər doktorları, fəlsəfə doktorları var. Bütün bunlar isə öz növbəsində peşəkarlığın göstəricisidir. Bu proses artıq dinamik xarakter daşıyır. Gün keçdikcə daha da inkişaf edərək təkmilləşir.

-BDU-nun Psixologiya fakültəsi olaraq yeni psixoloqlar ordusu yarada bilirsizmi?

-Fikrimcə, yavaş-yavaş bu məsələlər də öz yoluna düşür, Bakı Dövlət Universitetində psixologiya ixtisasının yaranmasından sonra, təhsildə yeni bir sosial-psixoloji xidmət ixtisası yaradılıb, bu il isə həmin ixtisasın ilk buraxılışı həyata keçirilib. Eləcə də respublikamızın digər ali məktəblərində də bu işlər həyata keçirilir. Bütün bunlar isə öz növbəsində onu deməyə əsas verir ki, bu istiqamətdə mövcud olan boşluqlar aradan qaldırılır. Bütün bu qeyd etdiklərimiz bir daha sübut edir ki, belə bir ordu artıq var, qalır onları praktik vasitələrlə silahlandırmaq.

-Psixologiya sahəsində tədrisdə əsas nəyə üstünlük verilir?

-Qeyd edək ki, psixologiyanın tədrisində əsas üstünlük şəxsiyyət keyfiyyətləri və praktik vərdişlərin formalaşdırılmasına verilir. Eyni zamanda hər bir mütəxəssisi ümumən insan psixologiyasına bələd olmağa yönəltməklə yanaşı, hər bir ixtisas sahəsinin mütəxəssisini də öz sənəti ilə bağlı psixoloji məsələlərə istiqamətləndirməyi nəzərdə tutur. Psixoloji biliklərdən istifadə hər bir tələbədə və gələcək mütəxəssislərdə insan həyatına aid humanist baxışları, onların şəxsiyyət kimi formalaşması xüsusiyyətlərini öyrənməyə kömək edirpsixologiya elminin müasir problemləri ilə yaxından tanış edərək, öz praktik fəaliyyətlərində ondan bəhrələnmələrinə imkan yaratmış olur.

-Uşaqların məktəbəqədər hazırlıq səviyyəsi qaneedicidirmi?

-Buna birmənalı şəkildə cavab vermək çətindir. Çünki bu sahədə ciddi araşdırmaların aparılmasına ehtiyac var. Ancaq bir məsələni qeyd edim ki, məktəbə psixoloji hazırlıq uşaq həyatının ən önəmli dövrlərindən biridir. Bu baxımdan ilk dəfə məktəbə gedəcək uşaqlarla psixoloji hazırlığın təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki uşaqların bu dövrdə qarşılaşdıqları problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və onların həlli yollarının tapılması vacibdir. Uşaq fəaliyyətinin dəyişməsi, oyun fəaliyyətindən təlim fəaliyyətinə keçid uşaq üçün müəyyən çətinliklər yaradır. Məktəbə getməmişdən əvvəl istədiyi vaxt oynayan uşaq təlim fəaliyyətinə başlamaqla bundan qismən məhrum olur. Bu baxımdan uşaq azad davranış tərzindən ciddi tələblər qoyulan sosial situasiyaya düşür. Bütün bunlar isə istər-istəməz uşağın məktəbə adaptasiya olmasına mənfi təsir göstərir, onlarda gərginlik yaradır. Bu isə öz növbəsində uşaqlarda təlimə qarşı neqativ münasibət yaradır. Həmin prosesə uşağı yavaş-yavaş alışdırmaq lazımdır. Bütün bu qeyd edilənlər valdeynlər və məktəbəqədər təhsil müəssisələrinin kollektivi tərəfindən hökmən nəzərə alınmalıdır.

-Orta məktəblərdə psixoloji xidmət qaneedicidirmi?

-Qeyd edək ki, orta məktəblərdə praktik psixoloqların sayının artması, təhsildə sosial-psixoloji xidmət ixtisasının açılması təhsil sahəsindəki problemlərin praktik həllinə müəyyən təkan versə də, hələlək məktəblərdə psixoloji xidmətin təşkili istənilən səviyyədə deyil. Praktik psixoloq yararlı diaqnostik metod və vasitələrlə şagirdin intellektual, iradi-emosional və şəxsiyyət yönümdə inkişaf səviyyəsini müəyyən etmək metodikalarını əldə etmək imkanına malik olmalıdır. Müasir dövrdə təhsil sistemi məktəb psixoloqlarının simasinda psixologiya sahəsindəki yeni nailiyyətlərin gündəlik məktəb həyatına tətbiqini reallaşdıran mütəxəssislərlə təmin olunmaqdadır. Lakin bir məsələni də qeyd edim ki, orta məktəbdə bir psixoloq bütün işlərin öhdəsindən gələ bilməz. Bunun üçün bir neçə psixoloqun olması və birgə fəaliyyət göstərməsi vacibdir.

-Bəzən gənclərdə özünə inamsızlıq halları müşahidə olunur. Belə bir vəziyyətdən çıxmaq üçün nə edilməlidir?

-Qeyd edək ki, özünə inamsızlıq bir tərəfdən tərbiyə sistemindən, digər tərəfdən isə şəxsiyyətlə mühit arasında qarşılıqlı əlaqənin fərdin münasibətlər sisteminə, münasibətlərin məzmununa və həmin münasibətlərin fərdin davranışına etdiyi təsirdən qaynaqlanır. Çünki gənclərdə özünə inamsızlığın yaranması, ilk növbədə onun mühit daxilində tutduğu mövqe zəminində məruz qaldığı münasibətlərdən asılıdır. Ona görə də gənclərdə özünə inamsızlığı aradan qaldırmaq üçün onun münasibətlər sferasına diqqət yetirmək, eyni zamanda gənclərə seçim imkanı vermək və onlarda məsuliyyət hissi formalaşdırmaq lazımdır.

-Gənclərin psixoloji olaraq maariflənməsində, əsasən, nəyə üstünlük verilməlidir?

-Gənclik yaşı həyata hazırlıq dövrüdür. Bu baxımdan gənclərdə, əsasən, müstəqil düşüncə tərzinin formalaşdırılmasına, eyni zamanda məsuliyyət hissinin, özünü ifadə edə bilmək qabiliyyətinin inkişafına və həyatda öz yerini tapmasına şərait yaratmaq lazımdır. Qeyd edim ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi bugünkü gənclik qarşısında böyük tələblər qoyur. Bu baxımdan müasir gənclər şəxsiyyət kimi elə formalaşdırılmalıdır ki, həlli vacib olan məsələlərin öhdəsindən şərəflə gələ bilsin. Bütün bunlar isə, ilk növbədə gənclərin fəaliyyət sahələrinin mahiyyətini, onların mənəvi inkişaf səviyyəsini, təfəkkür tərzini, bilikmaraq dairəsini inkişaf etdirməyi tələb edir. Çünki inkişafımızın müasir səviyyəsi gənclərdə milli şüuru, milli əqidəni, ləyaqət hissini ön plana çəkir.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-23 iyun.-S.11.