“Araşdırmalarımda Rusiya kitabxanalarındakı kitablar əvəzsiz rol oynayacaq

 

Vüsal Axundzadə: “ADA” Universitetində təhsil tələbənin istək və şikayətləri əsasında qurulur

Müsahibimiz Vüsal Axundzadə “ADA” Universitetinin bakalavr üzrə ilk məzunlarındandır. O, 2011-2016-cı illərdə “ADA” Universitetində oxuyaraq, tam ingilis dilində təhsil alıb, o cümlədən bir çox siyasətçilərlə görüşübxarici ölkələrə fakültə üzrə təhsil səfərləri gerçəkləşdirib. Bu il isə Rusiya Federasiyasında Ali İqtisadiyyat Məktəbinin İctimai siyasət və siyasi təhlil fakültəsinə magistr üzrə dövlət təqaüdü əsasında qəbul olub. Əsas planlarından biri Rusiyada təhsil alaraq, Azərbaycan diasporuna qoşulmaqonlarla birgə fəaliyyət göstərməkdir.

 

-“ADA” Universitetinin özəlliyi nədir?

-“ADA” Universitetinin özəlliyi onun təhsil keyfiyyəti və həmən təhsili özünəməxsus keyfiyyətli metodikası ilə keçməsidir. Yüksək təhsil keyfiyyəti ilə seçilən belə növ universitetlər “ADA”-dan savayı, Azərbaycanda bir neçə dənədir, lakin tələbə və valideynlər arasında universitetlərin verdikləri təhsilin keyfiyyəti haqda diskussiyalar yer alanda “ADA” Universitetinin adı 1-cilər sırasında olur. Bu isə o deməkdir ki, “ADA” özünü təhsildə doğruldub və əhalinin inamını qazanıb. “ADA” Universiteti öz metodikasında sovet stilini rədd edərək, daha çox Qərb təhsil növüona məxsus metodika əsasında təhsil verir. Bu və digər səbəblərə görə “ADA” Universitetində təhsil yerlixarici professorlar tərəfindən aparılır. “ADA”-nın digər özəlliyi ondan ibarətdir ki, təhsildə, universitetdə təhsilin formalaşmasında 1-ci yer və önəmlik tələbəyə verilir. Bu nə deməkdir? Təhsil “ADA”-da tələbənin istək və şikayətləri əsasında qurulur. Yəni bir çox tələbə bir professorun təhsil verməsindən ara-sıra şikayət etsə, həmən professor “ADA”-dan qeyd-şərtsiz xaric olunur. Digər tərəfdən, bir çox tələbələrin istəklərini nəzərə alaraq, həmən tələbələrə fakültələrinə uyğun kurslar yaradılır və bu növ təhsildə dəyişikliklər və əlavələr olunur. Belə təhsil sistemini özündə yaratmış “ADA” Universiteti bu səbəblərdən Azərbaycanda 1-cilər arasındadır.

-“ADA” məzunları bu gün bir kadr kimi nə dərəcədə öz sözünü deyib?

-İlk öncə onu qeyd etmək istəyirəm ki, 2006-cı ildən bəri fəaliyyət göstərən “ADA” Universiteti 2016-cı ilə qədər məzunları yalnız magistratura pilləsinin tələbələri idi. Bu ildən başlayaraq məzunlar sırasında həm də bakalavr tələbələr yer alırlar. Magistr məzunların bir qismi xarici tələbələr olduğundan onların bir çoxu öz vətənlərinə geri qayıdaraq orada dövlət dairələrində işə düzəliblər. Yerli tələbələrə gəldikdə, onların, demək olar ki, hamısı Azərbaycanda bir çox nazirliklərdə professional kadr kimi fəaliyyət göstərirlər. “ADA” Universitetinin magistr məzunlarından biri Rza Əliyev Şvartsman təqaüdünə layiq görülmüş ilk və hələ ki, yeganə azərbaycanlıdır. Bakalavr məzunları bu il “ADA”-nın ilk məzunlarıdır, lakin, buna baxmayaraq, bizim bir çoxumuz bir kadr kimi özümüzü göstərmişik. Biznes sahəsində bakalavr tələbələr “Deloitte”, “Port Baku” və digər şirkətlərdə fəaliyyət göstərirlər. Beynəlxalq əlaqələr sahəsində tələbələr Xarici İşlər Nazirliyində, SOCAR-da, özüm şəxsən Strateji Araşdırmalar Mərkəzində özümü bir kadr kimi göstərmişəm.

-Hazırda özünüzü gənc mütəxəssis kimi görürsüzmü?

-Bəzi sahələrdə müəyyən dərəcədə, bəli, özümü bir mütəxəssis kimi görürəm. Əsasən, araşdırma sahəsində özümü bir gənc mütəxəssis kimi görürəm. Əvvəllər bir araşdırmanı aparmaq mənim üçün bir hobbi idi. İndi mən bu işə çox ciddi bir məsuliyyətlə yanaşıram. Öz fakültəmə uyğun bir mövzu üzrə araşdırma aparıb, bir çox informasiyanı əldə edib sonra “süzgəcdən” keçirərək nəticəni əldə edərək onu istifadə etmək, mənim üçün həvəslə edilmiş bir işdir. Strateji Araşdırmalar Mərkəzində böyük entuziazm ilə keçdiyim 3 aylıq praktika mənə Rusiyada Ali İqtisadiyyat Məktəbinə daxil olmaqda çox kömək olmuşdur. Amma düşünürəm ki, mənə bir mütəxəssis olmaq üçün bu və digər sahələrdə gələcəkdə böyük məsuliyyət və həvəs ilə öz üzərimdə calışıb ciddi işlər görməliyəm.

-Rusiyada Azərbaycan həqiqətlərini necə yaymağı düşünürsüz?

-Azərbaycan həqiqətlərini Rusiyada, əsasən, əhali və dövlət dairələrində yaymağı düşünürəm. Media Rusiyada informasiya sahəsində əhali üçün əvəzsiz rol oynadığına görə, bu növ işləri media vasitəsi ilə görməyə çalışacam. Azərbaycanın tarixi, Azərbaycanın mədəniyyəti haqda, multikulturalizm sahəsində əldə etdiyi uğurlar haqda, Azərbaycan və onun siyasi xadimlərinin tarix boyu oynadığı əvəzsiz rollar haqda sənədli filmlər hazırlanmağı və əhaliyə media vasitəsi ilə yaymağı düşünürəm.

-Rusiya kitabxanalarında Azərbaycanla bağlı kifayət qədər materiallar var. Orada araşdırmalarınızda kitabxanalardan yararlanmaq istəyirsizmi?

-Təbii ki. Mənim üçün araşdırmalarda əsas informasiya mənbəyi kitablardır, istər çap, istər elektron formatda. Bayaqkı suala əsasən demək istəyirəm ki, Azərbaycan haqda edilən araşdırmalarda o kitablar əvəzsiz rol oynayacaq. Bir faktı da nəzərə almaq lazımdır ki, Rusiya kitabxanaları öz kitab sayı növlərinə görə həmişə seçilib buna görə Rusiyada araşdırma zamanı o kitabxanalardan yararlanmamaq, bir növ səhf sayılardı. Digər tərəfdən mənim özümə şəxsən maraqlıdır ki, Rusiya kitabxanalarında əhaliyə Azərbaycan haqda hansı informasiya verilir.

-“ADA” məzunu olaraq gələcək perspektivinizi necə görürsüz?

-Öz fakültəm üzrə həm tam ali təhsil, həm o təhsilə uyğun praktika təbii ki, ardından da . Bu, medalın görünən tərəfidir. Medalın görünməyən tərəfi isə odur ki, bunların hamısı öz vətənimə xidmət etmək çərçivəsində reallaşmalıdır. İstər Azərbaycanda, istər xaricdə, mənim bütün işlərim planlarım Azərbaycanı tanıdıb, həqiqətləri yayıb uğura aparmaqdır. Azərbaycanın belə bir vəziyyətində, dost düşmənin seçilən vaxtında, vətənimin ərazi bütövlüyünün kobudcasına pozulduğu halda, bu işləri özümə borc bilirəm.

-Tələbə gənclərin intellektual səviyyəsinin yuksəldilməsi üçün nələr edilməlidir?

-O asılıdır tələbə və gəncin sürdüyü həyat tərzindən. Ümumiyyətlə, hər bir tələbə və gənc uşaqlıqdan bu yana necə böyüyürsə, hansı mühitdə tərbiyə alırsa, hansı səviyyədə təhsil götürürsə, həmən o şərait böyüyən tələbə və gəncin həyat tərzində öz əksini tapır. Ona görə, bir tələbə və ya gənc öncə ailəsindən yaxşı tərbiyə almalı, sonradan məktəbdə güclüeffektli təhsilə yiyələnməlidir. Bu cür nəticəni almaq üçün Azərbaycanın indiki təhsil sistemində bəzi dəyişikliklər həyata keçirilməlidir. Əgər bir şagirdə məktəbdə dərs effektli və həvəslə keçirilsə, təbii ki, o şəxsin gənc olan dövrdə intellektual səviyyəsi yüksək olacaq. Lakin müasir gəncin intellektual səviyyəsinin yüksəldilməsi üçün gənclər arasında sorğu keçirilməli, istəkləri müəyyən edilməli və dövlət tərəfindən o istəklər nəzərə alınaraq təhsildə dəyişikliklər olunmalı, yeni proqramlar yaradılmalıdır. Misal üçün, “ADA” Universiteti öz tələbələri üçün bu prinsiplə işləyib, çalışır.

-Rusiyada gənc politoloq həmkarlarınızla nə etməyi planlayırsız?

-Artıq heç kimə sirr deyil ki, Rusiyada Azərbaycan diaspor və lobbisinə qarşı işləyən və işlərinə əngəl olan erməni diasporlobbi qüvvəsi var. O biri tərəfdən Azərbaycanın Rusiya ilə əsrdən çox siyasi əlaqələri var. Bu əsas iki prinsipi nəzərə alaraq onu qeyd edə bilərəm ki, mənim Rusiyada gələcək işim Azərbaycanı və onun təsvirini (mədəniyyəti, tarixi və uğurları) hökumət dairələri və əhali səviyyəsində genişləndirib möhkəmlətmək, Azərbaycan həqiqətlərini yaymaq və erməni diaspor və lobbisinə qarşı layiqli cavab tədbirləri görməkdir. Bir deyim var ki, “Rusiyada Azərbaycan və Ermənistan dost kimidir və düşmən ola bilməz”, hansı ki, bu, təmiz palavradır. Çünki müstəqilliyimizi qazandığımız gündən, həm ərazi bütövlüyümüzü itirib, torpaqlarımız ermənilər tərəfindən işğal olundu və həm də Rusiyada ermənilər tərəfindən ruslara bir qəddar düşmən kimi qələmə verildik. Əsasən də, Dağlıq Qarabağda baş verən axırıncı aprel döyüşləri ərəfəsində Rusiyada yerli media və erməni lobbisi tərəfindən aparılan antiazərbaycan kampaniyasının şahidi olduq. Ona görə də Azərbaycan bu vəziyyətdə Rusiyada öz təbliğatını ciddi şəkildə gücləndirməli və ermənilərə siyasi arenada yeganə və güclü olmadıqlarını göstərməlidir. Döyüşçü döyüşdə soyuqqanlı və təmkinli olaraq qələbə qazana bilər, hansı ki, mən bunu Rusiyada gənc politoloqlarla birgə Allahın köməyi ilə edəcəm.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-24 iyun.-S.11.