Diasporda yenilik:
Kiyev-Krasnoyarsk-Bakı arasında mədəni körpü
yaradılacaq
Nicat Mirzəyev: “Uğurlarımızla millətimizi sevindirmək bizim üçün böyük şərəfdir”
Azərbaycan mədəniyyətinin xaricdə təbliği diasporumuzun qarşısında qoyulmuş əsas vəzifələrdən biridir. Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və həmçinin “Qafqaz” ansamblı bu baxımdan aktiv fəaliyyət göstərir. Hər iki quruma, eləcə də Gənclər Dünyası İctimai Birliyinə rəhbərlik edən Nicat Mirzəyev görülən işlərlə bağlı qəzetimizə müsahibə verib.
-Azərbaycan mədəniyyəti
Ukraynada necə təbliğ olunur? Bu prosesin
daha da yaxşı
olması üçün nələr etmək
olar?
-Bildiyimiz kimi, bizim milli folklorumuz çox zəngindir və bunu dünyaya təbliğ etməliyik. Bunun üçün öz işinə sevgi, birlik və maliyyə dəstəyi lazımdır. Məsələn, bir çox tələbəmiz Ukraynaya təhsil almağa gəlir. Bu gənclərimizdən hər biri dərslərdən əlavə, boş vaxtlarında gəlib bizim məktəbimizdə Azərbaycan rəqslərini bir neçə aya öyrənib, öz universitetlərində tez-tez olan tədbirlərdə Azərbaycan mədəniyyətini təmsil edə bilərlər. Bir neçə qrup tələbələri biz belə öyrətmişik. Artıq onlar öz təhsil aldıqları yerlərdə çox sevilirlər. Yəni qeyd etmək istəyirəm ki, hər şey özümüzdən asılıdır. Milli dəyərlərimizin tanınması üçün yetərincə birlik göstərmiriksə, heç cür irəli gedə bilmərik.
Qaldı ki, bizim rəqs məktəbinə, hər il daha da yeni uğurlara nail oluruq. Məktəbimiz peşəkarlığı, güclü sistemi ilə gözəl nəticələr göstərib. Hər valideyn istəyir ki, övladı bizim məktəbdə oxusun. Bu il yeni tələbələrimizin sayı 100-dən çox oldu. Yeni rəqslərimizin sayı artır. Mükafatlarımız daha da çoxalıb. Bu da bizim 5 ildə çəkdiyimiz əziyyətimizin nəticəsidir.
-Ümumiyyətlə,
Ukrayna hökuməti sizin
ansamblın fəaliyyəti üçün
lazımi şərait yaradırmı?
-Bəli. Ukrayna dövlətinə və millətinə hər zaman minnətdarıq. Onlar bizim folklorumuza çox böyük sevgi bəsləyirlər və xüsusən də, bizim rəqs ansamblımıza böyük diqqət göstərirlər. Hər il yeni təşəkkürnamələr, diplomlar, kuboklarla bizi təltif edirlər. Tez-tez mədəniyyət mərkəzimizə Ukrayna televiziya kanallarından baş çəkib bizim haqqımızda veriliş hazırlayırlar. Bu il Ukraynada keçirilən beynəlxalq festivalda biz üç dəfə Qran-pri kubokuna layiq görüldük! Bu, inanılmaz nəticədir!
Amma yeni uğurlarımız qarşıdadır. Uğurlarımızla həmişə öz millətimizi sevindirmək bizim üçün böyük şərəfdir.
- Ukraynada
fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatları ilə əlaqə saxlayırsız?
-Bəli, hər biri ilə gözəl münasibətimiz var. Hər hansı tədbirdə Azərbaycan mədəniyyətini təmsil etməyə dəvət edirlərsə, fikirləşmədən təmənnasız olaraq dəstək oluruq.
-Dövlət tədbirlərinə
dəvətlər alırsızmı?
Bəli. Biz ümumən Ukraynada bütün milli rəqslərimizi incəliyinə qədər öyrədən, hər bir gözəlliyini başqa millətlərə çatdıran yeganə rəqs ansamblıyıq. Bunun üçün Azərbaycandan peşəkar rəqqaslar dəvət etmişik. Çünki əgər biz dövlətimiz adından çıxış ediriksə, bu, layiqincə, yüksək səviyyədə olmalıdır. Ölkəmizlə bağlı hər bir tədbirə dəvət alırıq və orada böyük sevgi ilə iştirak edirik.
-Ukraynada yaşayan azərbaycanlı gənclər ölkənin mədəni həyatında nə dərəcədə fəaldırlar?
- Əlbəttə, fəal gənclərimiz var. İstedadlı gənclərimiz yetərincədir. Amma burada təhsil alan bütün gənclərimiz həmrəy olsa, daha da gözəl olar, bu sahədə xeyli inkişaf olar.
-Azərbaycanlılar
Ukrayna cəmiyyətinə inteqrasiya ola bilibmi?
- Çox təəssüf ki, az halda. Çünki bizdə əksəriyyətinin belə bir yanlış stereotipi var ki, burada kök atmayaq, heç bir karyera qurmayaq, ukraynalılarla ünsiyyətimiz olmasın. Düşünürlər ki, burada müvəqqəti qalırlar və çıxıb gedəcəklər. Ona görə də nəyəsə başlamağa ehtiyac bilmirlər.
Bu fikir də bizi uçuruma aparır. Məhz bu səbəbdən
Ukraynada və ya digər ölkələrdə
nə cəmiyyətə,
nə də dövlət strukturlarına
inteqrasiya edə bilmirik. Ümid edirəm ki,
bu səhvlərimizi başqa millətlərə
baxıb aradan qaldırarıq.
-Bir azərbaycanlı olaraq başqa xalqlar arasında xalqımızı
necə təmsil edirsiz?
- Öz ictimai təşkilatımız olan
Gənclər Dünyası
çərçivəsində Azərbaycan mədəniyyəti
ilə bağlı konsertlər, tədbirlər
keçiririk. Belə
konsertlərdə "Sarı
gəlin", "Yallı",
"Uzundərə", "Naz eləmə", "İgidlər rəqsi",
"Qaytağı", "Şalaxo", "Nəlbəki"
, "Bayram rəqsi"
və s. rəqslərimzi
nümayiş etdiririk.
Milli musiqi alətlərimiz, milli geyimlərimizlə bağlı sərgilər
keçiririk. Onların yaranma
tarixini insanlara çatdırırıq. Bununla yanaşı, kimsəsiz uşaqlar evində xeyriyyə konsertləri təşkil edirik. Hər il
hesabat konsertimizi keçiririk. Bu konsertlərimiz
çox yüksək
səviyyədə və
anşlaqla keçir.
Çox
sevinirik ki, bizim sayəmizdə Azərbaycan folklorunu yüzlərlə ukraynalı
daha da çox
tanıyır və sevir.
-Başqa ölkələrə qastrol
səfərlərinə gedirsizmi?
-Biz bütün Ukrayna şəhərlərində konsert
verdik. Bu il
də xarici ölkələrə gedəcəyik.
Artıq
bir neçə beynəlxalq festivala dəvət almışıq.
Xüsusən də, Rusiyanın
Krasnoyarsk şəhərində fəaliyyət göstərən
"Odlar Yurdu" rəqs ansamblının bədii rəhbəri Səadət xanım Qarayevadan dəvət almışıq. Orada
Azərbaycan festivalı
ilə əlaqədar
keçiriləcək tədbirlərə
qoşulmaq fikrimiz var.
Həmçinin milli folklorumuzla bağlı yeni bir layihə
fikirləşirik: Kiyev-Krasnoyarsk-Bakı.
Fuad Hüseynzadə
Palitra.-2016.-25 iyun.-S.7.