UNEC-də akademik heyət üçün təlimlər keçirilir

 

“Thomson Reuters”ə geniş çıxış Azərbaycanda elmin inkişafına güclü təkan verməklə yanaşı, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacaq və yerli tədqiqatçıların nəşrlərinin sayını artıracaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) akademik heyəti üçün < “Elektron Universitet Modelitəlimlərinə start verilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu təlimlərin əhəmiyyətinə toxunacağıq. Təlimlərin məqsədiAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının müvafiq bəndlərini əsas tutaraqElektron Universitet Modeli”nin UNEC- tətbiqinin genişləndirilməsidir. O cümlədən professor-müəllim heyətinin İKT sahəsində bilik bacarıqlarının artırılması, diferensial əməkhaqqı sisteminin fəaliyyətinə dair daha dərindən məlumatlandırılması ali təhsil müəssisəsində innovativ tədrisin təşviqini təmin etməkdir. Elektron Universitet Modeli” 2015-2016-cı tədris ilindən UNEC-in əsas tədris binasında uğurla həyata keçirilib. Yeni tədris ilindən isə model universitetin II IV tədris binalarında tətbiq ediləcək.Elektron Universitet Modeli”nin daha səmərəli istifadəsinin təşkili ilə əlaqədar UNEC-in bütün kafedraları üzrə 900 professor-müəllimin iştirak edəcəyi təlimlər iyulun 8-dək davam edəcək. Təlimləri UNEC-Elektron Universitet Modeli”nin tətbiqi ilə bağlı İşçi Qrupunun rəhbəri Tahir Bədəlov, Beynəlxalq İqtisadiyyat (ingilis dili) kafedrasının müəllimi Aysel Quliyeva, “Elektron Universitet Modeli”ni uğurla tətbiq edən gənc müəllim Ramil Cabbarov İKT Mərkəzinin əməkdaşı Həsən İsmayılov keçir. Təlimlərdə “PowerPoint”, “Word”, “Excel” proqramlarında təqdimatların hazırlanması barədə məlumat verilir. Müəllimin şəxsi kabinetindən, Elektron Jurnaldan korporativ e-maildən istifadə qaydaları öyrədilir. Eyni zamanda müəllimin şəxsi kabinetin fayl bölməsinə təqdimatların yüklənilməsi dərs zamanı istifadəsi qaydaları barədə danışılacaq, xidməti fəaliyyət bölməsi istifadə qaydaları haqqında bilgilər verilir.

 

Alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər

Azərbaycan Dövlət İqtisad Universitetində dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası - “Web of Science” platformasının təlimləri keçirilib. “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar intellektual mülkiyyət üzrə şöbəsinin əməkdaşlarının keçdiyi təlimlərdə UNEC- birlikdə, Azərbaycanın digər dövlət ali təhsil müəssisələrinin əməkdaşları da iştirak edib. Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov təlimin məqsədi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxışkonsepsiyasında ölkəmizdə informasiyanın hər bir kəs üçün əlçatan olması əsas hədəflərdən biri kimi qoyulub: “Bura elmi məlumatlar da daxildir. Bu baxımdan, “Thomson Reuters”in təqdim etdiyi xidmətlər ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartlarına çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün çox önəmlidir. Bunun köməyilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər”. “Thomson Reuters”in Elmi tədqiqatlar intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov agentliyin Cənubi Qafqaz üzrə nümayəndəsi Marqarita Sidorova “Web of Science” elmi məlumatların bazası haqqında ətraflı təqdimatla çıxış ediblər. Bildiriblər ki, “Web of Science” beynəlxalq səviyyədə tanınmış elmi portaldır. Bu portala müxtəlif sahələrdə - təbiət, ictimai, humanitar elmlər mədəniyyət üzrə 12000 jurnal 148 000 konfrans materialı yerləşdirilib. Bu bazada elm adamlarını maraqlandıran bir çox məsələlər barədə hər cür məlumatları, elmi istinadları, sənədləri, konfrans materiallarını tapmaq mümkündür. Portalda hər bir elm sahəsində əldə olunan yeniliklər, nailiyyətlər barədə materiallar daim yenilənir. “Web of Science”də elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələri, onların çıxardığı qərarları da tapmaq mümkündür. Bütün bunlar istənilən araşdırmada uğur qazanmaq, həmçinin qrant alınmasına kömək edir. Bu portal, həmçinin ən geniş elmi referatlar bazasıdır. Portala abunə yolu ilə çıxış əldə etmək mümkündür. Şirkət nümayəndələri qeyd ediblər ki, “Thomson Reuters”ə geniş çıxış Azərbaycanda elmin inkişafına güclü təkan verməklə yanaşı, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacaq yerli tədqiqatçıların nəşrlərinin sayını artıracaq. Təlimdə iştirakçılara “Web of Science” platformasında işləmək imkanları öyrədilib.

 

Təkliflər paketinin hazırlanması məqsədilə işçi qrup yaradılıb

Onu da qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və sənaye fakültəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, UNEC-inİqtisadiyyat və sənaye fakültəsi”nin dekanı, dosent Asiman Quliyev, “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri, professor Əli Əlirzayevin iştirakı ilə keçirilən görüşdə ölkə turizmi, onun inkişaf yolları, “Turizmotelçilik” ixtisası üzrə tədris olunan fənlər və onların əhəmiyyətindən danışılıb. Tədbirdə turizm üzrə aidiyyətı qurumlarla tədbirlərin keçirilməsi, elmi tədqiqatlar təkliflər paketinin hazırlanması məqsədilə işçi qrup yaradılıb. İşçi qrupun tərkibində Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov, UNEC-in İqtisadiyyat və sənaye fakültəsinin dekan müavini Müşrəvan Əliyev, UNEC müəllimləri Yalçın Köçərli və Elşən Məmmədov fəaliyyət göstərəcək. Sonda UNEC-də “Turizmotelçilik” ixtisası üzrə təhsil alan tələbələrin sualları cavablandırılıb. Turizmlə bağlı daha bir tədbir 5 nömrəli Bakı Peşə Liseyində keçirilib. “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” çərçivəsində təlimlərdə iştirak edən müəllim və şagirdlərə sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, “British Council” və turizm sənayesi müəssisələrinin əməkdaşları iştirak ediblər. Qeyd olunub ki, Təhsil NazirliyiBritish Council” və turizm sənayesi müəssisələri - Hilton HotelFairmont Hotel ilə birlikdə ilk peşə-ixtisas təhsili sahəsində pilot layihə həyata keçirib. Layihə çərçivəsində cari ilin may-iyun aylarında 45 nəfər şagirdin iştirakı ilə hotelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçirilib. Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlarakvalifikasiyalara uyğun kurikulumun hazırlanması və şagirdlər üçün üzrə təcrübə proqramının işəgötürənlərlə birgə həyata keçirilməsinə imkan yaratmadır. Habelə, ilk peşə-ixtisas təhsili müəssisələrində turizm sektoru üzrə ehtiyaclara uyğun və təcrübəyə əsaslanan proqramın yaradılması, məzunların məşğulluq imkanlarının artırılması da layihənin əsas hədəflərindəndir. Təlimlərə Böyük Britaniyanın peşə təhsili üzrə təcrübəsindən yararlanaraq, təhsilin məzmunu və təlimlər üzrə ixtisaslaşmış “People 1st” təşkilatı dəvət edilib. Ekspert tərəfindən 12 müəllimə hotelçilik, fəal istirahət, səyahət və turizm üzrə bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər keçilib. Eyni zamanda həmin müəllimlər tərəfindən tərtib olunmuş kurikuluma uyğun olaraq, şagirdlər üçün də təlimlər təşkil edilib. Layihə çərçivəsində müsabiqə əsasında seçilmiş 45 şagird 5 nömrəli Bakı Peşə Liseyində 2 həftəlik nəzəri təlimlərdə və paytaxtdakı 5 ulduzlu Hilton HotelFairmont Hotel mehmanxanalarında 6 həftəlik istehsalat təcrübəsində iştirak ediblər. Pilot layihənin davamı kimi növbəti tədris ilindən etibarən 3 ixtisasın kurikulumunun hazırlanması (hoteldə konsiyerj, aşpaz, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi) və təhsil müddəti 1 il olan qruplarda kadr hazırlığının aparılması nəzərdə tutulur. Sonda təlimdə iştirak etmiş məzunlara sertifikatlar təqdim olunub.

 

Anar Miriyev

Palitra.-2016.-25 iyun.-S.11.