“Kiprdə çox fəal azərbaycanlı tələbələr var

 

Orxan Həsənoğlu: “Biz tələbələrimizin inkişafına, onları müdafiə etməyə daim dəstək veririk

 

Xaricdə təhsil alan gənclərin bir araya gəlməsində və ictimai fəaliyyətlərinin effektiv olmasında onların bir təşkilat ətrafında toplanmasının əhəmiyyətli rolu var. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti bu baxımdan Şimali Kiprdəki gəncləri öz ətrafına toplaya bilib. Cəmiyyətin sədri Orxan Həsənoğlu ilə söhbətimizdə bunun bir daha şahidi olduq. Qeyd edək ki, O.Həsənoğlu, eyni zamanda Şimali Kiprin Girne American Universitetində Beynəlxalq Multikultural Ofis DirektoruQlobal Karyera İnstitutunun direktorudur.

- Azərbaycan-Kipr Dostluq Cəmiyyəti nə vaxtdan fəaliyyət göstərir?

-Azərbaycan-Kipr Dostluq Cəmiyyəti 2012-ci ildən fəaliyyət göstərir. Mən hələ Kiprə gəlmədən bu barədə düşünmüş, öz dostlarım ilə bu barədə danışmışdım. 2012-ci il fevral ayından etibarən isə bu ideyamızı gerçəkləşdirdik.

-Kiprdə təhsil alan gənclərimizin həmrəyliyi hansı səviyyədədir?

-Bütün ölkələrdə olduğu kimi, bizim yaşadığımız və çalışdığımız ölkədə də tələbələr çoxluq təşkil edir. Bu gün bu qardaş ölkəmizdə 750-dən artıq tələbəmiz var. Tələbələrimiz müxtəlif universitetlərdə təhsil alırlar. Demək olar ki, əksər tələbələrimiz aktivdirlər. Həmrəylik, adətən, insanlar xaricdə yaşayarkən özünü daha çox büruzə verir. Ölkəmizdə olarkən bəzən onun dəyərini bilmirik. İnsan sevdiyi şeylərdən uzaq qalınca, onun qiymətini daha çox anlayır. Bizim tələbələrimiz də vətən üçün darıxır və onun üçün çalışmaq istəyirlər.

-Xaricdəki gənclərin mənəvi inkişaf göstəricilərini necə qiymətləndirirsiz?

-Bilirsiz, insan gərək qınaq mənbəyinə çevrilsə də, doğruları ifadə etməkdən çəkinməyə. Bir çox insan gerçəkləri həmişə saxlamağa, onu dilə gətirməyə çəkinir. Mən bu insanlardan deyiləm. Gəlin, obyektiv yanaşaq. Bizim ölkəmizdən xaricə təhsil almaq üçün yollanan minlərlə gənc eyni məqsəd üçün xaricə getmir. Könül istərdi ki, xaricdə təhsil almaq niyyətində olan insanların ən az 25 faizi təhsil almaq niyyətində olardı. Səbəblər müxtəlif və acıdır. Bunların içərisində hərbi xidmətdən yayınmaq arzusunda olanlar, uşağını sırf “xaricdə təhsil alır” demək üçün şöhrətpərəstlik hissinə təslim olan valideynlər, qonşuların-qohumların yanında övladı Azərbaycanda yetərli xalı toplaya bilmədiyi üçün başı aşağı olmasın deyə, övladını attestatla xaricə göndərənlər, xaricdə əmlak almaq niyyətində olanlars. var. Sevindirici haldır ki, bütün bunlara baxmayaraq, gələcəyimizi etibar etdiyimiz gənclər də az deyil. Təhsil almaq, ölkəmizə faydalı vətəndaş olmaq üçün gəcə-gündüz oxuyanövladlar yetişdirən valideynlərə minnətdaram. Mənəvi birlik və ölkəmizin milli maraqlarının müdafiə olunmasında bu subyektiv səbəblərdən dolayı, bəzən xoşagəlməz hadisələr yaranır. Ümid edirəm ki, yaxın gələcəkdə xaricdə təhsil sahəsi ilə bağlı xüsusi qanunvericilik hazırlanacaq.

-Gənclərimiz Kiprdə ölkəmizi yetərincə tanıda bilirlərmi?

-Ümumilikdə digər ölkələrlə müqayisədə Kipr tələbələrimizin ən fəal olduğu ölkələrdən biri sayılır. Buradakı universitetlərin özündə də mühit yaradılıb. Bu, bir az da yaradılan şəraitlə bağlıdır. Ətraf mühitin insanın formalaşmasında böyük rolu olur. Digər ölkələrdən olan tələbələrlə bir arada olmaq, beynəlxalq bir atmosferdə yaşamaq tələbələrimizin inkişafına böyük təsir edir. Tanıtıma gəlincə, bu, yetərli deyil. Əslində, bizim çox böyük şansımız və əlverişli şəraitimiz var. Beynəlxalq tələbə mərkəzləri və universitetlər imkan verir ki, biz öz xalqımızı və dövlətimizi daha çox təbliğ edək. Yalnız yuxarıda qeyd etmək istədiyim səbəblərdən qaynaqlanır ki, bəzən tələbələrin burada olma niyyətləri milli-maraqları ilə üst-üstə düşmür. Bütün bunlara baxmayaraq, Kiprdə çox fəal azərbaycanlı tələbələr var. Əslində, cəmiyyətdə kəs lider olacaq, deyə bir tezisyoxdur. Bu az saydakı soydaşlarımız maksimum dərəcə performans göstərirlər. Biz tələbələrimizin inkişafına, onları müdafiə etməyə daim dəstək veririk.

-Kiprdəki digər xalqların təşkilatları ilə əməkdaşlıq edirsizmi?

-Burada bir-iki beynəlxalq təşkilat var. Bilirsiz, Kiprin müstəqilliyinin Türkiyə xaricində digər heç bir dövlət tərəfindən tanınmaması burada əlimizi-qolumuzu bağlayan əsas səbəblərdən biridir. Heç bir ciddi beynəlxalq qurum burada fəaliyyət göstərən təşkilatlara dəstək köməklik etmək niyyətində deyil. Bu, sadəcə, AKDC üçün keçərli deyil. Biz daha çox öz ölkəmiz ilə bağlı işlər görürük. Səmimiyyətlə demək istərdim ki, AKDC Azərbaycanı xaricdə təmsil edən, ən çox çalışan diaspor təşkilatlarından biridir. İl ərzində müxtəlif tədbirlər keçiririk. Sadəcə, insanları bir araya toplayıb standart tədbirlərin tərəfdarı olmasaq da, milli bayramlar əhəmiyyətli günlərdə bunu geniş miqyasda edirik. Yalnız bütün bunlarla birlikdə yerli rəsmi dövlət qurumları ilə mütəmadi dialoq içərisindəyik. İstər KKTC Prezidenti, istərsə yerli hökumət nümayəndələri (Baş nazir nazirlərin hər biri) ilə görüşə bilirik. Ancaq buranın ən böyük problemi çox tez-tez hökumətin dəyişməsidir ki, bu da bizim layihələrə çox təsir edir.

-Azərbaycanlı gənclər etməlidirlər ki, xaricdə yaşadıqları ölkələrin ictimai-siyasi mərkəzlərinə təsir imkanları olsun?

-Bu, çox maraqlı və müzakirəyə açıq məsələdir. Mən öz fikrimi bu barədə davamlı bildirirəm. Xaricdə yaşayan soydaşımız ilə tələbələrimizi bir tutmaqsiyasi proseslərə qatmaq tərəfdarı olmamışam. Bizim məqsədimiz bu tələbələrin bir an öncə məzun olub ölkəyə qayıtmasıdır. Onları xaricə göndərərkən əsas məqsəd bu olmalıdır. Xaricdə təhsil almaq insana daha çox mənəvi və əxlaqi davranış qaydalarına əməl etmək tələb edir. Ölkə daxilində təhsil alan bir tələbə, sadəcə, universitetdə öz ailəsini təmsil edir. Bu, xaricdə tam fərqlidir. O, ölkəmizi, millətimizi, xalqımızı, dövlətimizi və ailəsini təmsil edir. Tələbə xaricə göndərildiyində bu, ona izah olunmalıdır. Tələbələr siyasi proseslərə qəti qatılmamalıdır. Bizə öncəliklə savadlı və dünyagörüşü olan vətəndaşlar lazımdır. Bundan əhəmiyyətlisi isə vətənpərvər, milli dəyərlərimizə, dövlətimizə və xalqımıza sadiq vətəndaşlar lazımdır. Xaricdə xüsusi mərkəzilər dövlət qurumları və digər məsələlər ilə diaspor təşkilatları və bu ölkədə diplomatik missiya daşıyıcıları məşğul olmalıdır.

-Dünya Azərbaycanlılarının IV Qurultayından sonra Kiprə dönüb hansı addımlar atıbsız ?

- Dünya Azərbaycanlılarının IV Qurultayından sonra da AKDC olaraq yeni fəaliyyət planı hazırladıq. Diasporumuzun inkişafında əsas istiqaməti təhsilin üzərində qurmağın tərəfdarıyam. Biz Kipr tarix kitablarında ölkəmiz haqda mövzunun salınması üçün mütləq nəticə əldə edəcəyik. Bu işdə qərarlıyıq. Bunun üçün ilk olaraq mən, AKDC sədr müaviniDiaspor Jurnalistləri Birliyinin Kipr təmsilçisi Rəşad Bədirli və digərləri ilə bilikdə ölkənin təhsil naziri Özdəmir Berova ilə görüşdüm.

Ö.Berova bildirdim ki, Kiprdə yaşayan türklər Azərbaycan xalqı üçün eyni milli-mənəvi və ortaq dəyərləri bölüşən qardaş xalqdır. Görüşdə tələbələrin qarşılaşdığı problemləri dilə gətirərək, qarşılıqlı maraqlar çərçivəsində yeni fəaliyyət planına ehtiyac olduğunubundan sonra daha sıx əməkdaşlıq edilməsinin vacibliyini vurğuladım. Xüsusən Nazirdən xahiş etdim ki, Şimali Kiprdə orta məktəb dərsliklərində müasir Azərbaycan tarixi ilə bağlı mövzunun salınmasına köməklik göstərsin. Öz növbəsində təhsil naziri sözügedən məsələni xüsusi diqqətdə saxlayacağını və “Tarix” dərsliklərinə salınacaq mövzuların hazırlanıb təqdim edilməsini xahiş etdi. O, məsələni Şimali Kiprin xarici işlər nazirimüvafiq dövlət qurumları ilə müzakirə edəcəyini bildirdi.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-29 iyun.-S.11.