UNEC Yunanıstan
ali təhsil
müəssisələrinə ekvivalent universitet statusu alıb
Bununla da, UNEC məzunları
Yunanıstanda əmək və akademik fəaliyyət
göstərdikləri zaman Yunanıstan ali təhsil müəssisələrinin məzunları
ilə eyni statusa malik olacaq
Yunanıstan Respublikasının Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu (QMTTİ) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında “Neft və qazın menecmenti və nəql edilməsi” üzrə birgə magistr proqramına dair imzalanan memorandumun həyata keçirilməsi məqsədilə rəsmi açılış mərasimi keçirilib.
QMTTİ-də təşkil olunan
mərasimdə Təhsil Nazirliyinin təmsilçisi
Samir Vəliyev, UNEC-in
rektoru, professor
Ədalət Muradov və universitetin
əməkdaşları iştirak edib. Mərasimdə QMTTİ-nin
rektoru, professor Asimopoulos Nikolaos bildirib ki, proqramın təşkili
və həyata keçirilməsi universitetlərimiz arasında
akademik və elmi əməkdaşlığı
genişləndirməklə yanaşı, həmçinin hər
iki ölkə arasında təhsil, elm, mədəniyyət və sosial
əlaqələrin gücləndirilməsində vacib əhəmiyyət kəsb edir. Yunanıstan təhsil nazirinin müavini Theodosis Pelegrinis Cənubi
Qafqazın aparıcı ölkəsi olan
Azərbaycanda insan resurslarının
potensialının nəinki təhsil müəssisələrinin
inkişafına, eləcə də hər iki
ölkənin faydalanmasına töhfə verəcəyini qeyd edib. Təhsil Nazirliyinin təmsilçisi
Samir Vəliyev son iki ildə Azərbaycan təhsil sistemində
aparılan islahatların verdiyi töhfələrdən
danışaraq bildirib ki,
Azərbaycan Prezidentinin təhsil sahəsinə
göstərdiyi qayğı və diqqətin nəticəsində
tədrisin və elmin inkişafında əsaslı
dəyişikliklərə səbəb olan
insan kapitalının formalaşması prosesi sürətlənib. Belə
ki, fundamental və sosial-humanitar sahələri də əhatə
etməklə xaricdə təhsil təcrübəsi alan gənc professor və
müəllim heyətinin təhsil prosesinə cəlb edilməsilə
yeni mühitin
yaradılmasına nail olunub,
yüksək intellektual tələblərə
cavab verən ixtisas və
proqramlar respublikanın bir
çox təhsil müəssisələrində
fəaliyyətə başlayıb. Bununla
yanaşı, Təhsil Nazirliyinin təşəbbüskarı
olduğu SABAH qrupları da
müxtəlif ali təhsil müəssisələrində
fəaliyyət göstərməkdədir. Yunanıstan
Respublikasının QMTTİ və UNEC arasında təşkil
edilən bu magistr
proqramı hər iki təhsil müəssisəsi
arasında inkişaf göstəricisidir. Rektor, professor Ədalət Muradov
çıxışında bildirib ki, Azərbaycan təhsil sistemi
və UNEC-in tarixində ilk
dəfə olaraq universitetin
akademik heyəti Avropa
Birliyinin üzvü olan Yunanıstanda “Neft və
qazın menecmenti və nəql edilməsi”
magistr proqramı üzrə xarici kadrların hazırlığını
həyata keçirməkdədir. Rektor
qeyd edib ki, 1930-cu ildə əsası qoyulan
Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz
ölkələrinin ən böyük ali təhsil ocaqlarından biridir.
UNEC-də 10 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox
tələbə və magistr təhsil
alır. UNEC-də bakalavr, magistr
və doktorantura təhsil pillələri
üzrə ixtisaslar Azərbaycan, ingilis, rus və türk dillərində tədris edilir. Universitetdə 1000-ə yaxın
professor-müəllim heyəti, o
çümlədən 80-dən yuxarı elmlər doktoru, professor, 600-ə
yaxın elmlər namizədi, fəlsəfə doktoru çalışır. UNEC-də
dünyanın 12 ölkəsindən 850-dən çox tələbə və magistr təhsil alır. Ə.Muradov bildirib ki, QS reytinq agentliyinin 2016-cı il iyunun 14-də açıqladığı
sıralamada UNEC regionun 30 ölkəsinin
500-dən çox universiteti
arasında ilk dəfə olaraq
İnkişaf Etməkdə olan Avropa və Mərkəzi
Asiya Universitetlərinin 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti
arasında qərarlaşıb. UNEC ilk
dəfə olaraq, Avropa
Birliyinin üzv
ölkəsi olan Yunanıstan
Respublikasının Təhsil Nazirliyinin “Akademik ad və məlumatların
tanınması üzrə təşkilatı” tərəfindən
Yunanıstan ali təhsil müəssisələrinə
ekvivalent universitet statusu alıb. Bununla da, UNEC məzunları Yunanıstanda əmək
və akademik fəaliyyət göstərdikləri
zaman Yunanıstan ali təhsil
müəssisələrinin məzunları ilə eyni statusa malik
olacaq.
Anar
Palitra.-2016.-30 iyun.-S.15.