“Elektron lövhə dərsi
dinamik edir, şagirdlərin
dərsə marağını artırır”
Aybəniz
Mürsəlova:
“Zaman
məktəbə başqa tələblər
təklif edir. Müasir
təhsilin əsas vəzifəsi şagirdlərdə həyati
bacarıqları formalaşdırmaq, onları həyata
hazırlamaqdır”
Mürsəlova Aybəniz Eyvaz
qızı 1980-ci il martın 24-də
İsmayıllı rayonu Cülyan
kəndində anadan olub.
1987-ci ildə
Cülyan kənd tam orta məktəbinin I sinfinə qəbul olub. Orta məktəbi 1997-ci ildə müvəffəqiyyətlə
bitirib, ADPU-nun Riyaziyyat
fakültəsinin qiyabi
şöbəsinə qəbul
olub. 2002-ci ildə həmin universiteti bitirib. 1999-cu ildən Cülyan
kənd tam orta məktəbində riyaziyyat
müəllimi kimi fəaliyyət göstərir.
İşlədiyi müddətdə bir çox nailiyyətlərə imza
atıb. Məktəbdə işlədiyi müddətdə
dərs dediyi şagirdlər ölkəmizdə
və ölkədən
xaricdə müxtəlif
universitetlərə qəbul
olub. 2009-cu ildə İsmayıllı
rayon Mədəniyyət və
Turizm Şöbəsi
nəzdində kompüter
üzrə tam kursu bitirib. 2013-cü ildən Vergilər Nazirliyinin “Vergi Dostları” şəbəkəsinin,
2013-cü ildən Təhsil
Şurasının üzvüdür.
2014-cü ildə Təhsil
Şurasının “Təhsilin
İnkişafı üzrə
Dövlət Strategiyası”-na Dəstək Proqramı üzrə keçirilən “Öyrədənlərin
öyrədilməsi” layihəsi
çərçivəsində “İKT bacarıqlarının təkmilləşdirilməsi
və elektron dərs nümunələrinin
hazırlanması” kursunu
bitirib. 2014-cü ildə
“Mərhəmət” Kimsəsizlərə
Yardım İçtimai
Birliyinin maliyyə dəstəyi ilə “İnteraktiv Təlim Texnologiyalarının tədris
prosesində” istifadə
mövzusunda təlim kursunu müvəffəqiyyətlə
bitirib. 2015-ci ildə Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun
Təhsil Texnologiyaları
mərkəzi tərəfindən
keçirilən “Elektron
məktəb üçün
Elektron müəllim”
təlimində iştirak
edib. 2014-cü ildə Orta Asiya və Güney
Qafqaz Söz Azadlığı şəbəkəsi
içtimai birliyinin “Onlayn Etika - Netiket” proqramı çərçivəsində təşkil edilmiş
“Virtual aləmdə etik
normaların gözlənilməsi!”
mövzusunda keçirilən
seminarda iştirak edərək sertifikat alıb. 2014-cü ildə «Prometan» interaktiv lövhələrindən
istifadə üzrə
təlim kursunu müvəffəqiyyətlə bitirib. Təhsildə göstərdiyi fəaliyyətinə
görə fəxri fərman və diplomlarla təltif edilib.
Layihə
çərçivəsində müsahibimiz İsmayıllı
rayon Cülyan kənd
tam orta məktəbində
riyaziyyat müəlliməsi
Aybəniz Mürsəlovadır:
- Pedaqoji fəaliyyətim təhsil sahəsində aparılan islahatlar dövrünə təsadüf
etdiyindən gənc müəllim kimi yeniliklərlə maraqlanmağa,
öyrəndiklərimi tədris
prosesində tətbiq
etməyə başladım.
Bu gün təhsilimiz
bilikyönümlü təlimdən
nəticəyönümlü təlimə keçid dövrünü yaşayır.
Zaman məktəbə başqa
tələblər təklif
edir. Müasir təhsilimizin əsas
vəzifəsi şagirdlərdə
həyati bacarıqları
formalaşdırmaq, onları
həyata hazırlamaqdır.
Şagirdlərə biliyi hazır
şəkildə deyil,
bu bilikləri əldə etməyi öyrətmək vacibdir.
Bu baxımdan şagird fəaliyyətini
təşkil edən,
bu fəaliyyətlə
onlarda idraki, yaradici bacarıqları inkişaf etdirən fəal təlim aktuallıq kəsb edir. Fəal təlimlə qurulan
dərslər bilik yarışına çevrilir.
Mən, İsmayıllı rayon Cülyan
kənd tam orta məktəbində riyaziyyat
müəlliməsi kimi
kurikulum tətbiqi ilə əlaqədar müəyyən təcrübə
qazanmışam. Ənənəvi tədris proqramından fərqli olaraq, kurikulumda təlim məqsədləri konkret
olaraq verilən standartların reallaşmasına
xidmət edir. Müəllimin qarşısında duran əsas vəzifə şagirdin marağını nəzərə
almaqdır. Sinifdə hər
bir şagirdin xarakterik xüsusiyyəti mütləq nəzərə
alınmalıdır. Tədris ocaqlarında təhsil alan
şagirdlərin motivləri
müxtəlifdir. Dərsə xüsusi
maraq göstərənlər,
hər dəfə yenilikləri öyrənməyə
səy göstərməklə
yanaşı, dərsə
maraq göstərməyənlər
də var. Bütün
bu amillər hamısı dərsdə
çoxlu situasiyaların
baş verməsinə
səbəb olur.
- Bunun üçün nə etmək lazımdır?
- Bütün bu vəziyyətləri nəzərə
alıb, tədris prosesində idrak fəaliyyətini vahid məqsədə yönəltmək
müəllimin şəxsi
yaradıcılığı ilə bağlıdır.
İKT-nin inkişaf
etdiyi bir dövrdə hər bir müəllim daha keyfiyyətli, səmərəli dərs
qurmaq üçün
elektron dərslərə
üstünlük verir.
Son illərdə məktəblərin “PROMETHEAN ACTİVBOARD” tipli interaktiv lövhələr ilə təchizi göstərir ki, bu, şagirdlərin
dərs prosesində dərsə olan marağını daha da artırır. Adi dərslərdən fərqli
olaraq, kompüterlə
aparılan dərslər
uşaqlar üçün
cəlbedici və yaddaqalan olur. Rəngarəng, görüntülü dərslər şagirdlərin
fənnə marağını
artırır, diqqəti
yalnız lövhəyə
cəmləyir. Sinfə gətirilə
bilinməyən və
yaxud tapılmayan əyani vəsaitləri bu lövhədə asanlıqla nümayiş etdirmək mümkün olur. Tədris etdiyim riyaziyyat dərsində tez-tez istifadə etdiyim və şagirdlərimin çox sevdikləri bir neçə interaktiv tapşırıqlardan
bəzi nümunələrdən
misal çəkmək
istərdim- “SEHRLİ QƏLƏM” , KROSSVORD, PAZLLAR. Lövhənin yaddaşına elektron disklər, videoroliklər,
tədris olunan mövzularla bağlı təqdimatlar yerləşdirmək
mümkündür. Ən böyük
üstünlüyü birbaşa
internetə baglanmaq funksiyasıdır. İstənilən dərs vəsaitinin elektron versiyası yüklənir və tədris prosesində istifadə olunur. “Promethean lövhə”dən istifadə hər bir dərsi daha dinamik edir.
Şagirdlər istənilən
həndəsi fiqurları
bu möcüzəli ekranda izləyə bilir ki , bu da
şagirdlərin nəzəri-praktiki
biliklərin, bacarıq
və vərdişlərin
inteqrasiya etməklə
tədris prosesini daha da canlandırır.
Şagirdlərin yaradıcı təfəkkürü,
dərs materialını
dərketmə qabiliyyətini
daha da artırır.
Bu lövhədə keçirilən dərslər
kənarda qalan passiv şagirdlərdə
də böyük maraq oyadır. Məncə,
dözümlülük, hörmət,
əməkdaşlıq etmək
dərslərdə yaradıcı
mühitin təşkili
üçün vacib
amillərdən biridir.
Şagirdlərdə bu keyfiyyətin
formalaşması üçün
müəllim bütün
bilik və bacarığını səfərbər
etməlidir.
-Bu məsələdə
açıq dərslərin
rolu nədən ibarətdir?
- Bir neçə gün əvvəl açıq dərsim oldu. Hər şey yaxşı
oldu, dərs iştirak edən qonaqların da, şagirdlərin də xoşuna gəldi, vaxtın necə gəlib keçdiyini hiss etmədik. Qarşılıqlı anlayış, istifadə
olunan metodika və müəllim-tələbə
yaradıcılığı öz işini gördü. Tələbələrim fəallığı, bilikləri
ilə təkcə məni deyil, dərsdə iştirak edən müəllimləri
də sevindirdi. Açıq
dərsdə iştirak
edəcək müəllimləri
dərsin planı ilə məlumatlandırmaq
məqsədi ilə qabaqcadan buklet hazırlamışdım. Burada dərsin mövzusu, məqsədi, quruluşu,
açıq dərsin
əsasını təşkil
edən elmi və metodiki yeniliklər əks olunmuşdu. Dərs Cəbr
və analizin başlanğıcı fənni
üzrə “Permutasiya”
mövzusunda idi.
Dərsin məqsədi mövzunu
təkrar etmək, ümumiləşdirmək, qazanılmış
nəzəri bilikləri
məsələ həllinə
tətbiq etmək, tələbələrin yaradıcı
təfəkkürünü formalaşdırmaq və tədqiqat fəaliyyətini
həyata keçirmək,
qrupda işlədiklərinə
görə qarşılıqlı
yardım, məsuliyyət
hissi və sair bu kimi
qabiliyyətləri inkişaf
etdirmək idi. Açıq
dərs ənənəvi
dərs strukturunu saxlayaraq, İKT-nin tətbiqi ilə,
“Promethean lövhə”də yeni təlim üsullarına əsaslanaraq
keçirildi. Keçmiş dərsin təkrarını
oyun formasında aparmaq qərarına gələrək bu məqsədlə xüsusi
təqdimat hazırlamışdım.
Təqdimat zamanı tələbləri
2 qrupa bölüb yarış keçirdik.
Yarışda krossvorddan və
Coğrafiya fənninı
inteqrasiya edərək
maraqlı yarışma
təşkil etdim, ballar hesablandı və qaliblər müəyyən olundu.
“Permutasiya”nın əsas xassələrini əks etdirən plakatlarla iş, teoremlərə görə
düsturların yazılması,
elektron testlərinin həlli kimi ciddi tapşırıqlardan
sonra əyləncə
tipli dəqiqələr
xüsusi maraq yaratdı. Burada tələbələrin yaradıcılıq işləri
nümayiş etdirildi,
riyazi rebusların cavabları tapıldı.
Ev tapşırıqları verildikdən
və qiymətləndirmə
aparıldıqdan sonra
dərsin sonunda maraqlı riyazi krossvord həll edildi.
Beləliklə, klassik quruluşunu saxlayaraq yeniliklərlə,
müəllif işləri
ilə zəngin bir dərs sona
çatdı. Belə dərslər
şagirdlərin dərsə olan
marağını artırır.
Anar Miriyev
Palitra.-2016.-2 mart.-S.11.