“Yaxın dövrdə ölkəmizə üz tutan xarici turistlərin sayında kəskin artım olacaq

 

Ruslan Quliyev:

“Əvvəllər Türkiyəyə turist göndərirdiksə,

artıq indi türk turistləri gözləyirik

 

İqtisadi ictimai təsirlərlə bağlı dünyanın bir çox ölkəsində ən əhəmiyyətlisektorlardan biri lan turizm, hər il daha da inkişaf edir. Turizmin sürətlə böyüməsi xüsusilə iqtisadi baxımdan fayda təmin edən bir sənaye olması baxımından ölkələr beynəlxalq turizm bazarından daha çox qazanc əldə etmək istəyir. Bunun nəticəsində turizm sektorunda ölkələr arasında yaşanan rəqabət artmaqdadır.

Turizm həm beynəlxalq miqyasda geniş məşğulluq imkanları yaradan bir sektordur. Dünyada təxminən 300 milyon insan bu sahədə çalışır. Belə ki, dünyada hər 16 çalışandan biri turizm sektorundadır. Dünyadakı bütün sərmayə yatırımlarının da təxminən 7 faizi məhz bu sahəyə yönəldilir. Dünya Səyahət Turizm Şurasının Oxford Economics ilə ortaq şəkildə reallaşdırmış olduğu illik araşdırmasının nəticələrinə görə, turizm dünya iqtisadiyyatına birbaşa 3,1 faiz gəlir verir. Qloballaşmanın təsiri ilə artan turizm gəlirləri, ölkələrin xarici ticarət borclarının da ödənməsində əhəmiyyətli bir paya malikdir.

Dünya Turizm Təşkilatı (DTT) 2015-ci ildə dünyadakı beynəlxalq turist sayının 4 faiz artaraq 1 milyard 184 milyon nəfərə çatdığını açıqlayıb. Bu rəqəm 2014-cü ilə görə 50 milyon artıqdır. DTT-nin hesabatına görə, dünyadakı turistlərin sayı 2010-cu ildən indiyədək hər il artmaqdadır. Turistlərin, dünya miqyasında ötən il 194 milyard dollar xərclədiyi göstərilir. Onların ən çox üstünlük verdikləri 10 ölkə var ki, onların sırasında Yaponiya, Tailand, Cənubi Koreya, ABŞ, Sinqapur, Avstraliya, Rusiya, İndoneziya, Yeni Zelandiya Birləşmiş Krallıq var.

Artan rəqabət mühitində, ölkələr , daha çox turist cəlb etmək üçün turizmin inkişafına yönəlmiş yeni strategiyalar təyin edilir bu strategiyalar əsasında yeni təqdimat fəaliyyətləri tətbiq olunmaqdadır. Ümumi ölkədaxili təqdimat fəaliyyətlərinin yerinə, artıq daha geniş, bir ölkənin tək destinasyon turistik məhsul olaraq satışa çıxarılması anlayışı tərk edilərək, ölkələrin müxtəlif bölgələri müəyyən şəhərlərin turistik şəxsiyyətləri ön plana çıxarılmaqdadır.

Hazırda turizm sahəsində rəqabət artdıqca ölkələr təqdimat fəaliyyətlərini artırmaqdadır. Artan turizm təqdimatı fəaliyyətlərində, ölkələrin istifadə etdikləri təqdimat üsullarının bənzərliklərinin artdığı görülməkdədir. Bu məzmunda, hər ölkə rəqib ölkələrindən daha müvəffəqiyyətli bir təqdimat kampaniyası həyata keçirmək üçün fərqli təqdimat üsullarından istifadəyə ehtiyac hiss edir.

Belə ki, mədəniyyət turizmi, festival, sərgi, müsabiqə, konsert, şou, idman, mədəni bədii tədbirlər ön plana çıxmağa başlayıb. Həmçinin bu cür təqdimat üsulları, reklam fəaliyyəti ilə dəstəklənərək bir turizm təqdimat zənciri yaradır.

Bu gün ölkəmiz üçün prioritet olan turizm sektoru ilə bağlı təqdimat fəaliyyətlərinə böyük ehtiyac var. Azərbaycan müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində təmsil olunur, xarici ölkələrin telekanallarında reklam çarxları yayımlanır. Ancaq bu istiqamətdə təbliğat zəncirinin daha da genişləndirilməsi vacibdir.

 

Ölkəmizə gələn turistlərin 30 faizdən çoxunu

rusiyalılar təşkil edir

Qeyd edək ki, bugünlərdə Moskvada Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin Rusiyada ilk turizm nümayəndəliyi olan “Tour a Vent” şirkətinin təntənəli təqdimatı keçirildi. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkəmizi təmsil edən ilk turizm agentliyinin açılmasını böyük hadisə adlandırıb vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirir, bu sahənin qeyri-neft sektorunun inkişafında mühüm amil olduğunu diqqətə çatdırıb. Azərbaycanın geniş turizm imkanlarından söhbət açan səfir turizm operatorlarını respublikamıza qastronomik turlar təşkil etməyə, toplaşanları isə Azərbaycana səfərə dəvət edib. Yeni turizm agentliyinin açılmasının iki ölkənin turizm sənayesi arasında əməkdaşlıqda dönüş nöqtəsi olacağı bildirilib qeyd edilib ki, Rusiya Azərbaycanın turizm potensialının inkişafında mühüm rol oynayır, ölkəmizə gələn turistlərin 30 faizdən çoxunu rusiyalılar təşkil edir.

 

“Post neft dövründə Azərbaycan turizmini mükəmməl şəkildə təmsil edəcək nümayəndəlik yaranıb

Bugünlərdə daha bir turizm nümayəndəliyimiz isə Türkiyədə açıldı. Bu açılışdaSən Azərbaycanı görşüarı ilə türk turistlərə səslənildi. Qeyd edək ki, Türkiyədən Azərbaycana 2015-ci ildə gələn turistlərin sayı 340 min təşkil edib. Hazırda isə məqsəd bu rəqəmi milyonlardan artıq olmasını təşkil etməkdir. Bildirildi ki, Azərbaycan strateji enerji qaynaqları, tarixi zənginliyi yüksək keyfiyyətdə turizm potensialı ilə yanaşı, dünyada bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qeyd edildi ki, Azərbaycan Avropanın hər hansı bir məşhur məhəlləsindən heç geri qalmayacaq qədər zəngin mağaza şəbəkələri, qonaqpərvərliyi, ən önəmlisi isə etibarlı mühiti ilə türk qonaqlarını gözləyir.

Mədəniyyət turizm nazirinin müavini Nazim Səmədov isə bildirib ki, Türkiyədə turizm nümayəndəliyinin açılmasında məqsəd turizm potensialının geniş miqyasda tanıdılması, yeni perspektivlərin araşdırılması, potensial türk turistlərin diqqətlərinin Azərbaycana cəlb edilməsidir. Bildirildi ki, bu gün Türkiyəyə gedən azərbaycanlı Azərbaycana gələn türk vətəndaşları 15 faiz təşkil edir.

Nümayəndəliyin açılışında iştirak edən Azərbaycan Sağlamlıq Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev qəzetimizə bildirdi ki, Türkiyədə belə bir turizm nümayəndəliyinin açılması, həqiqətən , tarixi bir hadisədir: “Bundan qazanan yalnız iki dövlət tək millət olacaq. Əvvəllər daha çox biz Türkiyəyə turist göndərirdiksə, artıq biz türk turistləri gözləyirik. Son 2 ildə bu sahədə böyük artım var. Ümumiyyətlə, post neft dövrü başladı Azərbaycan turizmini daha mükəmməl şəkildə təmsil edəcək bir nümayəndəlik yarandı. Buradan Azərbaycan turizminin bütün növləri təbliğ olunacaq. Biz bu təmsilçilikdən çox şey gözləyirik”.

 

“....nəhayət ki, ölkəmizə

turist göndərə biləcək

ölkələr müəyyən edilib

həmin ölkələrdə turizm nümayəndəliyi yaradılması prosesinə başlanıb

Azərbaycan Turizm Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, dünya təcrübəsində bu tipli nümayəndəliklərin olması faktı mövcuddur: “Təsadüfi deyil ki, 1999-cu ildə qəbul olunmuş hazırda qüvvədə olan "Turizm haqqında" qanunda da belə nümayəndəliklərin yaradılması nəzərdə tutulub. Qanunda qeyd edilir ki, Azərbaycan Respublikasının turizm sahəsində müvafiq icra hakimiyyəti orqanı dünya bazarında turizm məhsulunun hərəkətə gətirilməsi, yayılması, satışı məqsədilə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə müəyyən edilmiş qaydada turizm nümayəndəlikləri yaradır. Təəssüflər olsun ki, belə nümayəndəliklərin yaradılması uzun müddət mümkün olmayıb. Zaman-zaman müxtəlif toplantılarda belə nümayəndəliyin yaradılmasının ölkəyə turist axınına səbəb olacağı, bu sahədə xarici ölkələrin nümunəsi misal göstərilsə , bu məsələ həllini tapa bilmirdi. Konkret olaraq nümunə kimi deyə bilərik ki, Moskva şəhərində müxtəlif ölkələrə məxsus 40-a yaxın belə nümayəndəliklər fəaliyyət göstərir. Bunların bəziləri müstəqil turizm ofisləri kimi, bəziləri isə səfirliklərin yanında bir qurum kimi fəaliyyətdədirlər. Bu qurumlar sutkanın 24 saatını ölkələrinin turizm potensialını, turizm məhsullarını reklam edir, bunun üçün müxtəlif vasitələrə - posterlər, reklam rolikləri, viktorinalar, verilişlər, müsabiqələr s. əl atırlar. Sevindirici haldır ki, nəhayət ki, ölkəmizə turist göndərə biləcək ölkələr müəyyən edilib həmin ölkələrdə turizm nümayəndəliyi yaradılması prosesinə başlanıb. Eyni zamanda Qəbələ hava limanındanPeqasusşirkətinin ucuz qiymətlərlə uçuşlara başlayacağını nəzərə alsaq deyə bilərik ki, yaxın dövrdə ölkəmizə üz tutan xarici turistlərin sayında kəskin artım olacaq. Qeyd etdiyim kimi, Azərbaycana turist göndərə biləcək potensial ölkələr müəyyənləşdirilməli həmin ölkələrdə nümayəndəliklər yaradılmalıdır. Bundan ölkə turizminin yalnız qazanacağını hesab edirəm”.

 

Nigar Abdullayeva

 

Palitra.-2016.-2 mart.-S.5.