Azərbaycan Xalça Muzeyinə yeni direktor təyin olundu
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.Martın 2-də yeni direktor muzeyin kollektivinə təqdim edildi. Tədbirdə çıxış edən Əbülfəs Qarayev ölkə mədəniyyətinin dahageniş şəkildə tanıdılması və təbliği üçün muzeylərin yeni dünya standartları səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, ölkəmizin ən böyük muzeylərindən biri olan Xalça Muzeyi də Azərbyacan xalqının min illərdən bəri yaratdığı toxuculuqsənətinin qorunub inkişaf etdirilməsində önəmli yer tutur və daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub:
“Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Bizim xalçaların tarixi min illərə gedib çıxır. 2010-cu ildəAzərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına salınıb. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçalarındaha geniş və səmərəli nümayiş edilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirildi. 26 avqust 2014-cüildə isə dövlət başçısının iştirakı ilə muzeyin yeni möhtəşəm binasının açılışı keçirildi. Bu binanın ərsəyə gəlməsində, həmçinin Azərbaycan xalçalarının dünyada tanıdılması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi əməyi var”.
Nazir qeyd etdi ki, müasir üslubda inşa olunan muzeyin fəaliyyəti dünyanın ən qabaqcıl muzeyləri səviyyəsində qurulmalıdır:
“Bu gün Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert Muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var.
Bu o deməkdir ki, müasir, yaradıcıdüşüncənin inkişaf etdirilməsi üçün yeni üfüqlər açılır. Bu mənada muzeyin işçilərinin üzərinə böyük məsuliyyət düşür. Buna görə də işimizi dünyanın ən məşhur muzeylərinin səviyyəsində qurmaq istiqamətində fəaliyyətimizi genişləndirməliyik”.
Daha sonra Əbülfəs Qarayev muzeyə yeni təyin olunmuş direktor Şirin Məlikovanı kollektivə təqdim etdi, ona gələcək işlərində uğurlar arzuladı.
Qeyd edək ki, Şirin Yaşar qızı Məlikova Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviriincəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb. Həmçinin Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib. 2009-cu ildə “Qız qalası” Qalereyasında sənətşünas və layihə meneceri,
2011-ci ildən Heydər ƏliyevFondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb. Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi,
festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan rəssamlarına həsr olunmuş 10 kitabın və 40-a yaxın elmi məqaləninmüəllifidir.
Xatırladaq ki, 2016-cı il yanvarın
1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva
ilə bağlanmış
müqavilənin vaxtı
bitdiyindən həmin
dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edirdi.
Palitra.-2016.-3 mart.-S.13.