“STEM fənləri üzrə təhsilə diqqət vacibdir

 

Ryan Vindzor: “Böyük Britaniya bu sahəni inkişaf etdirmək üçün son illərdə böyük cəhdlər göstərir və daha çox sayda bu sahəyə maraqlı uşaqlar əhatə edilir

 

Müsahibimiz Böyük Britaniya Biznes, Sahibkarlıq, Antreprenerlikİnnovasiya üzrə West Suffolk Kollecində mühazirə oxuyan ingiltərəli gənc mütəxəssis Ryan Vindzordur.

- Mən hazırda Biznes, Sahibkarlıq, Antreprenerlikİnnovasiya üzrə West Suffolk Kollecində mühazirə oxuyuram. Həmçinin gənc antreprenerlərin (özəl sahibkarlıq və ya bir sıra incəsənət sahələri üzrə menecerlik, sahibkarlıq-İ.A.) praktiki öyrədilməsi, təlimatlandırılması və bizneslərini qurmağa alışdırılması ilə məşğulam. Bundan başqa, Kembric Universiteti Hakim Biznesi Məktəbində həftə sonları sosial antreprenerliklə bağlı təlimlər keçirəm. Bu fəaliyyətdən kənarda mən həm də bir sıra təşkilatlarda direktor kimi təmsil olunuram. Bu təşkilatlara “Keystone Development Trust”, “Charles Burrell Centre” “Foundation East” daxildir. Bundan əlavə, iki “tech start-up”a məsləhətçi kimi qoşulmuşam. Bundan başqa, öz investisiya biznesim olan “Windsor mülkiyyəti”ni təsis etmişəm. Bunu 18 yaşım olanda təsis etmişəm yeni xidmətlərlə insanları təmin etmək bu qurumun fəaliyyətini genişləndirmək üçün fəaliyyət göstərmişəm.

Antreprenerlərlə işləyərkən əsas maraq dairələrindən biri onların düşüncələri, cəhdləri davranışlarıdır. Bu baxımdan 3 nəşrdə bu cəhətlər barədə yaza onları izah edə bildiyimə görə şanslıyam.

Bu il isə mənə Dünya İqtisadi Forumu Qlobal Formalaşdırıcı Birliyinə (Kembricdə) qoşulmaq təklif olunub. Qeyd edim ki, bu formalaşdırıcılar yüksək motivasiyalı insanlardır ki, cəmiyyətdə gələcək liderlik üçün böyük potensialları var. Onlar öz nailiyyət bazaları, liderlik potensialları fərq yaratmaq öhdəlikləri ilə seçilirlər. Bu il mənim həm biznesə göstərilən xidmətlərimə görə TARA mükafatına namizədliyim verilib.

- Dünyada gənc alim mütəxəssislər biliklər iqtisadiyyatı sahəsində necə iştirak edirlər?

- Mən son illər akademik institutlarla biznes hökumətlər arasında əməkdaşlıqda artım görürəm. Ümumiyyətlə, transmilli şirkətlər parlaq tələbələrin çoxluq təşkil etdiyi ərazilərə diqqət yönəldəndə, bu, istedadlı gənc fərdlərin özlərinin öyrəndiklərini praktiki olaraq məhsuldar bir şəkildə tətbiq etmək üçün geniş qapılar açır. Bu, həmçinin şirkətlərə həmin istedadlı öz sahələri ilə bağlı gerçəkliklərə yaradıcı baxışları olan fərdlərlə qarşılıqlı təmasda olmağa da geniş imkanlar yaradır. Ona da əminəm ki, bu cür şirkətlərin internatura təklif edən gənc tələbələri işə cəlb etmələrinin maliyyə səbəbləri var. Onlarla uzunmüddətli əməkdaşlıq isə uğur gətirir, xüsusilə şirkətlərin bu baxımdan doktorantları işə cəlb etməsi onlar üçün sərfəlidir.

Əgər Kembric Universitetini misal kimi götursəniz, çox sayda beynəlxalq şirkətlər, Birləşmiş Krallığın mərkəzində yerləşən universitetimizin yerləşdiyi bu arenaya yığışırlar ki, universitetimizə ümumiyyətlə, bilik mərkəzlərinə yaxın olsunlar onlardan bəhrələnsinlər.

Həmçinin gənc tələbələrin sənaye liderləri ilə əməkdaşlığına yardım edən sayları getdikcə artan forumlar, şəbəkə tədbirləri ictimai qurumları bu sahədə artan əməkdaşlıqları da bu baxımdan qeyd etmək lazımdır. Müəssisə məsləhətçisi kimi mənim məqsədlərimdən biri bu sahədə tərəflər arasında körpü yaratmaq biznesi bizim regionda məktəblərə daha da yaxınlaşdırmaqdır.

- Sizin ölkənizdə gənc elmi-tədqiqatçı tələbələrin hansı çətinliklərindən danışa bilərsiniz?

- Öncə deyim ki, mənim fəaliyyətim elmi-tədqiqatları gənc alimlərin təhsillərini bir o qədər yaxından əhatə etmir. Burada əsas məsələ gənc alimlərin təcrübəsi ilə bağlı əldə etməkdə çətinlik çəkmələri ilə bağlıdır.

Ümumiyyətlə isə Britaniya hökuməti STEM fənlərini- (elm, texnologiya, mühəndislik riyaziyyat - İ.A.) inkişaf etdirmək üçün son illərdə böyük cəhdlər göstərir daha çox sayda bu sahəyə maraqlı uşaqları əhatə edir. Bu isə yeni dövrün tələblərinə cavab vermək baxımından təhsildə vacib amildir.

Onu da qeyd edim ki, hazırda STEM fənləri üzrə təhsil alan daha çox sayda tələbələr var, bu isə müvafiq sənaye sahələrini daha çox rəqabətli edir istedadlı gənc alimlərin bu sahələrə müraciətlərini artırıb. Hesab edirəm ki, bu sahədə yaxşı perspektivli tapmağa çalışan gənc alimlər müvafiq təcrübələri üzrə daha çox işləməlidirlər digər ölkələrə səyahət etməkdə, fəaliyyət göstərdikləri ölkələri dəyişməkdə açıq mobil olmalıdırlar.

- Öz ölkənizdəki gənc alim mütəxəssislərin imkanları ilə Azərbaycan, Rusiya, Gürcüstan Ukrayna kimi ölkələrdə yaşayan gənc alim mütəxəssislərin imkanlarını necə müqayisə edərdiniz?

- Düşünürəm ki, STEM üzrə karyera qurmaq üçün daha çox gənc insanın əhatə olunması ilə bağlı ölkələrdə eyni məqsəd var. Amma onu da deyim ki, Azərbaycan kimi ölkələr gənc insanlara ölkədə böyük imkanlar yaradırlar. Məsələn, buraya xarici ölkələrdə təhsil almaqla bağlı proqramı aid etmək olar. Bu cür ölkələrdən böyük istedadlar çıxmaqdadır.

- Gənc alimlərin stimullaşdırılması üçün hansı təklifləriniz ola bilər?

- Erkən yaşlardan başlayaraq, gənc insanların stimullaşdırılması, ruhlandırılması motivasiya edilməsi, onların elmi sahədə yaxşı karyera qurmaq barədə düşünməsini təmin etmək üçün əsasdır. Onların bacardıqları karyera sahələri üzrə üzə çıxarılması bu sahədə məşğul olacaq adamların müəyyən edilməsi əsasdır. Məsələn, Birləşmiş Krallıqda biz, daha çox mentor (təlimatlandırıcı) proqramlarına diqqət yönəldirik sənaye liderlərinin gənc tələbələrlə görüşünü təşkil edirik, onlar tələbələrə nəyi bacara biləcəkləri nəyə nail olacaqları ilə bağlı fikirlərə söyləyirlər. Bizneslə bu cür bağlantı tələbələrin biliklər iqtisadiyyatını yüksəltməsi bununla da cəmiyyətin inkişafına müsbət təsir göstərməsi baxımından şərait yaratmış olur.

 

İlkin AĞAYEV

Palitra.-2016.-12 mart.-S.6.