“İlaxır çərşənbə”
təntənəli şəkildə qeyd edilib
Dünən
Mərkəzi Parkda Bakı Şəhər İcra Hakimiyyəti
xalqımızın Milli bayramı - “İlaxır çərşənbə”ni
təntənəli şəkildə qeyd edib. Bu məqsədlə
saat 10.30-da metronun
“İçərişəhər” stansiyası və Bakı
Şəhər İcra Hakimiyyəti
binasının yanındakı ərazidən Novruz
personajları - Dədə Qorqud, Bahar qızı, Kosa,
Keçəl və musiqi
qruplarının iştirakı ilə böyük
karvan Suraxanı “Atəşgahı”na
yollanıb. Bayram karvanı Bakı Şəhər İcra
Hakimiyyətindən hərəkətə başlayaraq
İstiqlaliyyət küçəsi ilə Heydər
Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xaqani, Nizami küçələri
ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə
çıxıb, metronun “Koroğlu” stansiyasının
qarşısından keçib, Hava limanı avtomagistralı ilə hərəkət
edərək Suraxanı “Atəşgah”ına yola
düşüb. “Atəşgah”dan od götürən bayram
karvanı geriyə qayıtdıqdan sonra
Mərkəzi Parkda bayram
tonqalı alovlandırılıb.
Palitra.-2016.-16 mart.-S.16.