Milli Kitabxanada “Qədim tarixi Quran kitabları” adlı sərgi açılıb
Dünən M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında müxtəlif bölgələrdən
toplanmış “Qurani-Kərim”
kitablarından ibarət
“Qədim tarixi Quran kitabları” adlı sərgi açılıb.
Multikulturalizm ili ilə əlaqədar təşkil olunan sərgi Mədəniyyət
və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Respublikası
Qadınlar Cəmiyyətinin
birgə təşəbbüsü
ilə reallaşıb.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov sərginin əhəmiyyətindən
söz açıb. Multikulturalizm ili
ilə əlaqədar
keçirilən tədbirlərə
toxunan natiq vurğulayıb ki, hazırda kitabxanada “Multikulturalizm Azərbaycanın
həyat tərzidir” adlı guşə fəaliyyət göstərir.
Quranın İslam dininin müqəddəs və ən əsas kitabı olduğunu vurğulayan K.Tahirov 70 il hökm sürən
sovet dönəmində
insanların dindən
uzaqlaşmadığını, hər zaman Tanrıya sitayiş etdiklərini, inanc yeri kimi Qurana
and içib sığındıqlarını
bildirib. Quran kəlməsinin
oxumaq, qiraət mənası daşıdığını
və insanları sülhə, ədalətə,
mehribanlığa, dostluğa,
elmə dəvət edən səmavi kitab olduğunu söyləyib.
Tədbirdə Respublika Qadınlar Cəmiyyətinin sədri
Bahar Qasımova çıxış edərək
təmsil etdiyi qurumun gördüyü işlərdən, həyata
keçirdiyi layihələrdən
söz açıb. O, Azərbaycanın
bölgələrində qorunan
qədim tarixə malik “Qurani-Kərim” kitablarının toplanmasından,
Quranın bütün
müsəlman əhli
üçün vacibliyindən
irəli gələrək
bu kitabların araşdırılması və
qorunması haqqında
apardıqları müzakirələrdən,
sərginin vacibliyindən
danışıb. Bildirib ki,
“Qurani-Kərim” Allah-Təalanın
qüdrət və əzəmətini, əzəli
və əbədi varlıq olmasını tərənnüm edən
ilahi bir kitabdır.
Tədbirdə çıxış edən
digər natiqlər də sərgini yüksək qiymətlədirib
və ölkəmizin
multikultural dəyərlərindən
söz açıblar.
Bildirilib
ki, ən yüksək mənəvi
dəyərləri özündə
birləşdirən müqəddəs
İslam dinimiz insanların mənən yeniləşməsində və
saflaşmasında, cəmiyyətdə
əxlaqi meyarların,
dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna
rol oynayır, hər bir cəmiyyətin
siyasi, iqtisadi, sosial və mədəni inkişafı
üçün möhkəm
zəmin yaradan mənəvi keyfiyyətlər
formalaşdırır. Müqəddəs kitabımız “Qurani-Kərim”dən
gələn dəyərlər
həm də milli ənənələrimizlə
birgə min üç
yüz ildən artıqdır ki, xalqımızın yüksək
mənəvi dünyasını
təşkil etməkdədir.
Məhz bu xüsusiyyətlərinə görə
islam tariximizin
müxtəlif dövrlərində
bu hikmət kitabı mədəni inkişafımıza, intibahımıza
gözəl töhfələr
vermişdir.
Sonra iştirakçılar sərgi
ilə tanış
olublar. Sərgidə vaxtilə Şuşa
qalasında, Naxçıvanda,
Bərdədə və
başqa rayonlarda evlərin divarlarına hörülmüş, quyularda
gizlədilmiş “Quran” kitabları
nümayiş etdirilib.
Üç gün davam edəcək sərgidə
təqdim olunan Quran kitablarının tarixi əsrləri adlayır.
Nigar
Palitra.-2016.-16 mart.-S.13.