Multikulturalizm dəyərləri təhsildə davamlı olaraq təşviq olunur

 

Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə “Azərbaycanda multikulturalizmmövzusunda “dəyirmi masakeçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda multikulturalizmin təbliği və tədrisi ilə bağlı məqamlara toxunacağıq. Əvvəlcə onu qeyd edək ki, Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin Sofiya Universitetində azərbaycanşünaslıq istiqamətini yaratmaqbu sahədə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.

Mərkəz Azərbaycan dili, mədəniyyəti və tarixinin yayılmasına geniş imkanlar yaradır. Sofiya Universitetinin Klassikyeni filologiya fakültəsində türkologiya ixtisasının tələbələri üçün “Azərbaycan dili” seçmə fənni üzrə dərslər keçirilir. “Azərbaycanda multikulturalizmmövzusunda təşkil edilən “dəyirmi masada çıxış edən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitresku dünyada multikulturalizm ideyasının tarixi barədə məlumat verdikdən sonra Azərbaycanda mövcud olan multikultural mühitə dair məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda multikulturalizm həm cəmiyyətin dünyagörüşündən irəli gələn dəyərdir, həm də ümummilli lider Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir. Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və cəmiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət tərəfindən qorunur.

Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək geniş mənada multikulturalizm anlayışının insanların fərqli dini, etnik, mədəni, irqi mənsubiyyətə malik olmalarının dəyərləndirilməsi, tanınması və təşviqindən ibarət olduğunu qeyd edib. Bir çox ölkələrdə irqçilikksenofobiya meyillərinin gücləndiyini təəssüflə qeyd edən səfir bunun müxtəlif mədəniyyətlər arasında təmasların qurulmasına ciddi maneə törətdiyini diqqətə çatdırıb. Tarixən multikulturalizmin Azərbaycan mədəniyyətinin məxsusi cəhəti olduğunu xatırladan diplomat Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğunu vurğulayıb. Müsəlman aləmində ilk dünyəvi demokratik dövlətin 1918-ci ildə məhz Azərbaycanda yarandığını vurğulayan səfir hələ həmin dövrdə dini, etnik mənsubiyyəti, cinsi və irqindən asılı olmayaraq, bütün vətəndaşlara səsvermə hüququnun verildiyini bildirib. Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq modeli kimi qəbul olunduğunu qeyd edən N.Qurbanova hazırda ölkəmizdə müsəlman, xristian, yəhudi və digər icmaların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O qeyd edib ki, 2008-ci ildə müxtəlif ölkələrin mədəniyyət nazirləri, icma nümayəndələri və mədəniyyət xadimləri arasında beynəlxalq platforma rolunu oynayan “Bakı prosesi”nə start verilib. Səfir ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyini, aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı ilə birgə Bakıda VII Qlobal Forumun keçiriləcəyini, bununla yanaşı, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan olunduğunuil ərzində Azərbaycanda və xaricdə çoxsaylı beynəlxalq tədbirlərin təşkil olunacağını “dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə çıxış edən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Qergina Dvoretska Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışaraq, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasını multikulturalizmin uğurlu modeli adlandırıb. O, əminlikdə söyləyib ki, Azərbaycandakı tolerantlıq mühiti regionda çətin vəziyyətə baxmayaraq, qorunub saxlanacaq. Humanitar Forumun digər iştirakçısı, dirijor Kiril Lambov ölkəmizdə milli azlıqlara göstərilən diqqətdən danışıb. O, Azərbaycanda milli azlıqların məskunlaşdığı bir sıra bölgələrə səfər etdiyinionlara münasibətdə heç bir fərqin qoyulmadığının şəxsən şahidi olduğunu bildirib. Bolqarıstanın ölkəmizdəki sabiq hərbi attaşesi Trifon Trifonov dünyada cərəyan edən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə artmaqda olan antisemitizm fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azadmehriban şəraitdə yaşamalarının, dini etiqad azadlığından yararlana bilmələrinin təqdirəlayiq olduğunu qeyd edib. Daha sonra beynəlxalq multikulturalizm qış və yay məktəblərinin iştirakçısı olan bolqar tələbələr multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən Azərbaycan kimi bir ölkə ilə yaxından tanış olmalarından böyük şərəf hissi keçirdiklərini vurğulayaraq, ölkəmizlə bağlı təqdimatla çıxış ediblər. Tədbirin sonunda Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə milli geyimlərimiz hədiyyə edilib.

 

Multikulturalizmi

təbliğ edən kitab

Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının Bakı Slavyan Universitetində təqdimatı olub. Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev multikulturalizm dəyərlərindən ibarət olan kitabın tərtibçilərinə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edilib. Bu kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, “Azərbaycan multikulturalizminin siyasihüquqi qaynaqları” adlı üçüncü kitab çapa hazırlanır. Kitabın Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq çapdan çıxdığını deyən Asif Hacıyev nəşrin gələcəkdə dərslik kimi istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinədək folklor və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu nəşrdə insanpərvərlik, birlik, bərabərlik ideyaları, Azərbaycan multikulturalizmi tamamilə əksini tapıb. Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev dövlət siyasətinin əsasını təşkil edən multikultural dəyərlərin əsrlərdən bəri Azərbaycan xalqının anlayışında formalaşdığını deyib. Aparat rəhbəri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”nı Azərbaycanda multikulturalizmə yeni yanaşmanın nəticəsi kimi səciyyələndirib. O qeyd edib ki, kitab multikultural təhlükəsizlik üçün vacib mənbədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov kitabın ərsəyə gəlməsində əməyi olan redaksiya heyətinə və bu təqdimat mərasiminə görə BSU-nun kollektivinə minnətdarlığını bildirib. Ural Federal Universitetinin Azərbaycanşünaslıq Mərkəzi direktorunun müavini Denis Jeriborov, BSU-nun Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd, BSU-nun dosenti, filologiya elmləri doktoru Rüstəm Kamal, BSU-nun multikulturalizm kafedrasının müdiri Ülviyyə Abbasova Azərbaycanda multikulturalizmin xüsusiyyətləri, tarixi ənənəsi, ölkəmizdə aparılan multikulturalizm siyasətinin əhəmiyyətindən danışıb, kitabın müəlliflərinə təşəkkür ediblər.

Anar Miriyev

Palitra.-2016.-29 mart.-S.7.